“Əfv Komissiyası işini davam etdirir. Əfvlə bağlı bütün müraciətlər araşdırılır”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Azay Quliyev deyib. O bildirib ki, komissiya Əsasnaməyə uyğun şəkildə araşdırma aparıb, məsələlərə müvafiq qaydada baxdıqdan sonra prezidentə tövsiyə xarakterli təklif irəli sürür:
“Hazırda bu proses gedir. Bütün bu işlər başa çatdıqdan sonra yekun qərar prezident tərəfindən veriləcək”.



