
“Yanvarın 1-dən etibarən Azərbaycan teleefirində reytinq verən transmilli şirkət səhnəni tərk edir, yerini milli şirkətə ötürür. Bunu MTRŞ də, ANS də, digər teleşirkətlər də bilir və dəyişiklərə hazırlıq gedir. Hamı bilir ki, artıq şıdırğı reytinq pulları olmayacaq. Səfeh verilişlərə, bəsit teleaparıcılara daha kimsə pul ayırmayacaq”.
Cebhe.info xəbər verir ki, bunu yazıçı Həmid Herisçi bildirib. Onun sözlərinə görə, bu qərar həm də siyasidir: “Amerikaya, beynəlxalq transmilli şirkətlərə bağlı nə varsa arxivə göndərilir.
Xülasə, külək şimaldan əsməyə başlayır. Məsələn, ANS istəyir məzmununu dəyişsin, sırf xəbər təyinatlı olsun. Buna görə bütün digər verilişlərini qapayır. Oxşar tədbirləri digər telekanallar da görəcək”.



