"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıda yeni sürüşmə mənbələri yaranıb

15 Dekabr 2015 - 10:07
in ÖNƏMLİ
Bakıda yeni sürüşmə mənbələri yaranıb

Bakıda bəzi hallarda süni təpəciklər münasib olmayan yerlərdə salınır ki, bu da gələcəkdə böyük fəsadlara səbəb ola bilər. Bunu Trend-ə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzov deyib.
Onun sözlərinə görə, yaşıllıqlar, eyni zamanda təpəciklər salınan zaman, ilk növbədə, hər hansı ərazinin geooloji quruluşu, infrastruktur vəziyyəti nəzərə alınmalıdır: “Əsk halda, bu təpəciklər gələcəkdə böyük fəsadlara – böyük sürüşmələrə səbəb ola bilər”.
Baş direktor qeyd edib ki, yağış və qar bu təpəciklərdəki bütün tökmə torpağı yuyub apara bilər: “Buna görə də mütləq bu amillərin hamısı nəzərə alınmalı, onlar salınarkən şəhərin infrastrukturu üzrə mütəxəssislərlə məsləhətləşmək lazımdır. Elə sahələr var ki, orada süni təpəciklərin salınması üçün yerlər münasib seçilir. Lakin bəzi hallarda münasib olmayan yerlərdə təpəciklər salınır. Təpəciklər salınır, 5-10 gündən sonra isə həmin ərazi plana düşür, onu götürmək məcburiyyətində olurlar. Ancaq mən düşünürəm ki, onları saldıqda ehtiyatlı olmaq lazımdır. Onların salınmasına sərf edilən xərclər, saxlanması, suvarılması xərcləri var. Bəzən görürsən ki, baxılmır, quruyub gedir. İnsanlar arasında da çaşqınlıq yaranır ki, baxılmırdısa, onu nə üçün yaradırdınız?”.
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Starə Tarixəzəri Trend-ə bildirib ki, Bakı Beynəlxalq Avtovağzalının qarşısında – Sumqayıt-Bakı yolunda sürüşmə-çökmə prosesinin baş verməsinə antoropogen amillər, yəni yol kənarındakı təpələrdə sulama işlərinin aparılması səbəb olub. Onun sözlərinə görə, təpə sulanarkən sular yeraltı axarla asfaltın çökməsinə səbəb olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev isə Trend-ə bildirib ki, yolda avtomobillər hərəkət etdiyindən, eyni zamanda müəyyən bərkitmə işləri görüldüyündən ərazidə monitorinq işləri apara bilmirlər: “Amma topoqrafik işlərin nəticəsinə görə, 16 metrlik istinad divarında Avtovağzala tərəf hərəkət yoxdur. Digər istinad divarında isə 2-3 mm-lik hərəkət qeydə alınıb”.

Bunu da oxuyun

Kəlbəcərin Baş planı təsdiqləndi

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Məhkəmənin Leyla Yunusla bağlı qərarından şikayət veriləcək

Next Post

İlham Əliyev FHN əməkdaşlarına ali rütbə, orden və medallar verdi – SİYAHI

Bənzər yazılar

Kəlbəcərin Baş planı təsdiqləndi

Kəlbəcərin Baş planı təsdiqləndi

02 May 2024 - 10:35

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib.  Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

01 May 2024 - 15:37

Xarici işlər naziri Ceyhun Bayramov UNESKO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Qabriela Ramosla BMT-nin İqlim Dəyişikliyi üzrə...

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

23 Aprel 2024 - 12:42

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin...

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

17 Aprel 2024 - 16:39

Bank sahəsi üzrə aparılan son araşdırmalara görə bankların faiz dərəcələri 9.5%-26% aralığında müəyyən edilib. Vətəndaşlar faiz dərəcələrin yüksək olma səbəbini...

Next Post

İlham Əliyev FHN əməkdaşlarına ali rütbə, orden və medallar verdi - SİYAHI

Başçının süni təpəciklərinə rəsmi etiraz: “Təhlükə mənbələridir”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.