Bakı Metropoliteni sərnişinlər üçün Yeni il sürprizi hazırlayır.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev açıqlamasında bildirib ki, sərnişinlərin metroda Yeni il bayramının personajları olan Şaxta baba və Qar qızla rastlaşa biləcəklər.
Qurum rəsmisi qeyd edib ki, bayram ərəfəsində sərnişinlər metroda xoş sürprizlərlə qarşılaşacaqlar.




