
Rusiyada, Şimal Qütb Dairəsinin 350 kilometr cənubundakı Oymyakon kəndində -71,2 dərəcə soyuq var. Bu isə Şimal yarımkürəsinin ən aşağı temperaturudur.
Cebhe.info xəbər verir ki, Yeni Zellandiyadan olan fotoqraf Amos Chapple dünyanın ən soyuq məskənini görüntüləməyə qərar verib. Bitki mənşəli qida məhsullarının becərilmədiyi kənddə marketlərin dəzgahlarını balıq və ət məhsulları doldurur. İstiliyin -48 dərəcəyə qədər endiyi bu yerdə donmuş balıqlar çörək kimi yan-yana düzülür. Günəş şüalarının dondurucu sis təbəqəsini keçməktə belə çətinlik çəkdiyi kənddə bu gün təxminən 500 adam yaşayır. Evlərin içinə dondurucu soyuq səbəbiylə su təsisatı quraşdırmaq qeyri-mümkün olduğu üçün bölgədə tualetlər ev xaricinə inşa edilib.
Bölgədə avtomobilləri yalnız qarajlarda işə salmaq mümkündür. Qaraj xaricinə çıxan nəqliyyat vasitələri, dayanmadan yollarına davam etmək məcburiyyətindədir, çünki dondurucu hava səbəbiylə müəyyən müddət dayanmış nəqliyyat vasitəsini yenidən işə salamaq mümkün olmaya bilər.
Rusiyanın Şimal Qütbünə ən yaxın kəndi “Oymyakon” adını mövqeyinə nisbətən isti olan sularından alır. “Donmayan su” mənasını verən bölgədə 1930-cu illərə qədər maral sürülərinin su ehtiyaclarını qarşılanıb. Ancaq Sovet hökuməti ölkənin şimal-şərqində dəniz səviyyəsindən 750 metr yüksəklikdə olan, günlərin uzunluğunun qışda üç saat, yazda isə 21 saat arasında dəyişdiyi bu bölgədə bir insan məskəninin salınmasına qərar verib. O illərdə köçkünlərin yerləşdirildiyi kənddə bu gün təxminən 500 nəfər insan məskunlaşıb. Kənddə məhdud çeşiddə məhsul satan ancaq bir market var və hər kəs buradan alver edir. Ancaq yenə də kənd əhalisi balanssız bəslənmək səbəbi ilə sağlamlıq problemləri yaşamır.
Mütəxəssislər kəndlilərin səhiyyə problemi yaşamamasını maral südündə qida dəyərlərinin yüksək olması ilə əlaqələndirir. Bu kənddə azyaşlılar da soyuğa davamlıdır. Məktəblər hava istiliyi -52 dərəcədən aşağı olduqda bağlanır. Oymyakon sakinlərinin ən sevdiyi fəaliyyət növü isə buz tutmuş göldə balıq ovlamaqdır.








