"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bu gün ABŞ dolları bahalaşdırmaq qərarı verəcək

16 Dekabr 2015 - 10:49
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bu gün ABŞ dolları bahalaşdırmaq qərarı verəcək

Azərbaycan Mərkəzi Bankı FED-in bu qərarını gözləyir, manat dərhal ucuzlaşacaq
Natiq Cəfərli: «Milli valyutanın mərhələ-mərhələ dəyərdən düşməsinə qərar verəcəklər»
“Dekabr ayının 8-11-i arası Azərbaycan Mərkəzi Bankının ehtiyatları 255 milyon dollar azalıb ki, bu da günə 63.7 milyon dollar deməkdir”. Bunu “Bizim Yol”a iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi.
Qeyd edək ki, noyabr ayı üçün valyuta ehtiyatları 6 milyard 245 milyon dollar olub. Əgər dekabr ayındakı azalmanı da nəzərə alsaq, o zaman valyuta ehtiyatları 6 milyard manatdan aşağı düşəcək. Bu isə Mərkəzi Bankın təhlükəli qırmızı xətti” keçməsi deməkdir. Qarşıdakı günlərdə ABŞ Mərkəzi Bankının (FED) uçot dərəcələrini artıracağı, İran bazara neftini çıxaracağı təqdirdə dolların dəyərinin möhkəmlənəcəyini deyə bilərik. Belə olan halda, yaxın zamanda manata qarşı təzyiqlərin daha da artacağını görəcəyik. Azərbaycan Mərkəzi Bankı indiki rezervləri ilə manata qarşı təzyiqləri saxlaya biləcəkmi?
Əvvəlcə valyuta ehtiyatlarının azalmasının səbəblərinə toxunan N.Cəfərli bunu müxtəlif amillərə bağladı: “Mərkəzi Bankın valyuta ehtiyatlarının azalması biznes mühitinin yaxşılaşmadığını göstərir. Eyni zamanda əhalinin əlində olan vəsaitin xaricə çıxarılması ilə də bağlı ola bilər. Məsələn, Türkiyədə daşınmaz əmlak bazarına investisiya yatırmaqda Azərbaycan vətəndaşları ilk üçlüyə daxil olub.
Digər bir səbəb isə vaxtilə Rusiyada çalışan soydaşlarımızın Azərbaycanın daşınmaz əmlak, avtomobil, qızıl bazarına etdikləri yatırımlar ətrafında gedən proseslərdir. İndi Rusiyada iqtisadi-sosial vəziyyət pisləşdiyindən azərbaycanlılar həmin əmlaklarını sataraq, dollara çevirib ölkədən çıxarırlar. Onlar bununla oradakı işlərini qorumağa çalışırlar.
Bundan başqa ölkədə məmurlarla, banklarla bağlı əməliyyatlar aparılır. Onlara yaxın çevrədən olan adamların bundan təşvişə düşüb əllərində olan vəsaiti Azərbaycandan çıxarmağa çalışması ehtimalı da yüksəkdir. Yəni səbəblər çoxdur. Onların hamısını bir-birinin üzərinə gələndə Mərkəzi Bankın rezervlərinə ciddi təsir göstərir”.
N.Cəfərli əlavə etdi ki, insanların manata, bank sisteminə olan inamının azalması vəziyyəti daha da çətinləşdirir: “İnsanlar əllərinə düşən qazancı dollara çevirməyə üstünlük verirlər.
Habelə, qonşu ölkələrin də psixoloji təsirləri var. Azərbaycanda birinci devalvasiya Rusiya və Qazaxıstanda gedən proseslərdən sonra baş verdi. İndiki dövrdə belə rubl dollara nisbətən kəskin ucuzlaşıb-1 dollar 70 rubl olub. Təqribən, 10 rubla qədər bahalaşma oldu. Qazax təngəsində də devalvasiya baş verdi. Artıq türk lirəsində də bir həftəyə yaxındır ki, 7 faizdən çox ucuzlaşma gedir. Əlbəttə, bütün bunların da böyük təsirləri var. Əgər qonşu ölkələrdə bu proseslər baş verirsə, neftin qiyməti psixoloji həddən də aşağı düşübsə, iqtisadiyyatı “qara qızıl”dan asılı olan Azərbaycanda da manatın dəyərdən düşməsi qaçılmaz olacaq. Bu isə valyuta ehtiyatlarının azalması deməkdir”.
İqtisadçı yaxın həftələrdə manatda növbəti devalvasiyanın müşahidə olunacağını söylədi: “Sabah (yəni bu gün-V.R) çox vacib bir gündür. Federal Rezerv Sisteminin iclası olacaq və ilkin nəticələrini açıqlayacaq. Çox böyük ehtimalla təşkilat uçot dərəcələrini artıracaq. Hətta bu, həll olunmuş məsələdir. Uçot dərəcələrinin artırılması Azərbaycana da təsirsiz ötüşməyəcək. Fikrimcə, Azərbaycan Mərkəzi Bankının gözləntilərindən biri budur ki, dünyada gözləntilər başlasın, Federal Rezerv Sistemi bu addımı atsın, ondan sonra manatın yüngül devalvasiyasına başlasın. Bunu isə dünyada gedən proseslərlə izah etməyə çalışacaqlar. Çox güman ki, Mərkəzi Bank belə bir arqument axtarır ki, öz məsuliyyətini xaricdə baş verən proseslərin üzərinə atsın. Yəqin ki, bu, ya da gələn həftə manatın yumşaq şəkildə devalvasiyasının şahidi olacağıq”.
N.Cəfərli bu dəfəki devalvasiyanın fevral ayındakı kimi kəskin olacağını düşünmür: “Ona görə ki, Mərkəzi Bank və hökumət də anladı ki, Azərbaycan iqtisadiyyatı buna hazır deyil. Əslində, iqtisadiyyat birinci devalvasiyanı hələ həzm edə bilməyib, bank sektorunda vəziyyət çox ağırdır, pərakəndə satış çöküb, ticarət dövriyyəsi azalıb. Hökumət üzən məzənnə formulunu ortaya boş yerə atmayıb. Onu iqtisadi kateqoriya kimi insanların beyinlərinə yeritməyə çalışırlar. Üzən məzənnəyə uyğun olaraq, yenə də manatın məzənnəsinin inzibati qaydada təyin olunması olacaq. Çünki Azərbaycanda üzən məzənnəyə keçmək üçün iqtisadi institutlar yoxdur, bu mümkünsüzdür. Sadəcə olaraq, inzibati qaydada manatın kursu yumşaq şəkildə dəyişəcək. Milli valyutanın mərhələ-mərhələ dəyərdən düşməsinə qərar verəcəklər”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İran və Türkiyə arasında şok skandal – Foto

Next Post

Beynəlxalq Bankda yeni təyinat: sədr seçildi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Beynəlxalq Bankda yeni təyinat: sədr seçildi

MTN-nin Akademiyası necə fəaliyyət göstərəcək?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.