"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İlham Əliyev Kəlbəcər girovları ilə bağlı tapşırıq verib

16 Dekabr 2015 - 18:26
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Azərbaycan baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində bir sıra görüşlər keçirib.

Komitənin mətbuat xidmətindən  verilən məlumata görə, görüşlərdə Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev də iştirak edib. Əli Həsənovun Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer ilə görüşündə ölkəmiz ilə bu təşkilat arasında əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluq ifadə edilib və əlaqələrin inkişaf perspektivləri barədə müzakirələr aparılıb.

Azərbaycanın qaçqın və məcburi köçkünlərlə bağlı təcrübəsi, xüsusilə dünyanın müxtəlif ölkələrindəki humanitar layihələrdə iştirakı təqdir olunub. Ölkəmizin bu sahədə zəngin təcrübəsi nəzərə alınaraq BQXK və Azərbaycan arasında əməkdaşlığın yeni istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Dünyanın müxtəlif böhran bölgələrində BQXK ilə birgə layihələrin həyata keçirilməsi üçün hökumətə müraciət olunması təklif edilib. Görüşdə, həmçinin BQXK və onun tərəfdaşlarının əvvəllər olduğu kimi, əlavə dəyər vergisindən azad edilməsi və hökumət tərəfindən bu təşkilatın fəaliyyətinə maliyyə dəstəyinin artırılması məsələləri qaldırılıb.

Baş nazirin müavini görüşdə Azərbaycandakı mövcud sosial-iqtisadi inkişafdan bəhs edib, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyini söyləyib, xüsusilə Azərbaycan Prezidenti tərəfindən 2020-ci ilədək müəyyənləşdirilmiş strateji istiqamətlər barədə məlumat verib.

Əli Həsənov bu gün Azərbaycanda tolerant mühitin hökm sürdüyünü, müxtəlif dinlərə etiqad edən şəxslərin sərbəst şəkildə öz dini məbədlərində ibadət edə bildiyini, paytaxt Bakıda hətta erməni kilsəsinin olduğunu, monoetnik Ermənistanda isə məscidlərin dağıdıldığını qeyd edib. O, 9,6 milyondan artıq əhalisi olan Azərbaycanda 1,2 milyon qaçqın və məcburi köçkünün yaşadığını diqqətə çatdıraraq, Azərbaycan dövləti və hökumətinin bu sahədə gördüyü işlərdən danışıb.

Görüşdə müharibə şəraitində olan Azərbaycanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin rolunun mühüm önəm kəsb etdiyi və bu xüsusda təşkilatın Bakı ofisinin fəaliyyətinin təqdirəlayiq olduğu qeyd edilib. Həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş və girov götürülmüş şəxslərlə bağlı məsələyə toxunulub. Baş nazirin müavini hərbi münaqişədən əziyyət çəkən və torpaqları işğal altında olan Azərbaycanda qaçqın və məcburi köçkünlərlə bağlı vəziyyət barədə məlumat verib, o cümlədən bu beynəlxalq təşkilatın əsir və girovların saxlanma şəraitinin yaxşılaşdırılması, onların ailələri ilə ünsiyyət qurmasının təmin edilməsi istiqamətində böyük töhfə verə biləcəyini qeyd edib.

Baş nazirin müavini Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə BQXK-nın prezidentindən erməni əsirliyində olan girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin müasir kommunikasiya imkanlarından istifadə edilməklə öz ailə üzvləri ilə birbaşa təmas qura bilməsi üçün kömək göstərilməsini xahiş edib.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti P. Maurer təmsil etdiyi təşkilatın erməni əsirliyində olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyəti ilə mütəmadi şəkildə maraqlandığını və onların saxlanma şəraitinin yaxşılaşdırılması üçün səylər göstərildiyini deyib. O, Azərbaycanın qaçqın və köçkünlərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyətini yüksək qiymətləndirib və ölkəmizin BQXK-nın fəaliyyətinə verdiyi güclü dəstəyə görə minnətdarlıq edib.

Görüşün sonunda Baş nazirin müavini Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidentini Azərbaycana səfərə dəvət edib. Baş nazirin müavini Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin daha bir görüşü Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Cenevrədə yerləşən mənzil-qərargahında bu təşkilatın baş direktoru Uilyam Leysi Svinq ilə keçirilib.
Görüşdə BMqT və Azərbaycan arasında miqrasiya sahəsində əməkdaşlığın yüksək səviyyədə olması məmnunluqla qeyd edilib.

Əli Həsənov ölkəmizin miqrasiya sahəsinə xüsusi diqqət yetirdiyini vurğulayıb və miqrasiya proseslərini tənzimləmək məqsədilə yaradılmış Dövlət Miqrasiya Xidmətinin fəaliyyətini qeyd edib. O, Azərbaycanın üzləşdiyi qaçqın problemi, BMT və digər təşkilatların müvafiq qətnamələrinin hələ də icra olunmaması, Azərbaycan torpaqlarının işğalı məsələsini diqqətə çatdırıb.

Qeyd edib ki, bu gün 550 milyon nəfər əhalisi olan Avropa ölkələri 600-700 min qaçqın problemi qarşısında aciz qalıb. Lakin 9,6 milyon nəfər əhalisi olan Azərbaycan ölkə rəhbərliyinin düzgün və humanist siyasəti nəticəsində onilliklərdən bəri 1,2 milyon qaçqın və məcburi köçkünlə bağlı problemlərin öhdəsindən gəlir. Əli Həsənov BMqT-nin Bakıdakı ofisinin fəaliyyətini yüksək qiymətləndirərək, ölkəmizin bu təşkilat ilə əməkdaşlığın gücləndirilməsi kontekstində yeni layihələrə açıq olduğunu diqqətə çatdırıb.

Baş nazirin müavini Azərbaycanın sürətli inkişafı səbəbindən ölkəmizin miqrantlar üçün təyinat ölkəsinə çevrildiyini və miqrant axınının getdikcə artmasına baxmayaraq, hazırda ölkəmiz tərəfindən bu proseslərin lazımınca tənzimləndiyini bildirib. Qeyd edib ki, bununla yanaşı, gələcəkdə miqrant axınının güclənmə ehtimalını nəzərə alaraq, BMqT ilə əməkdaşlığı inkişaf etdirməyə ehtiyac duyulur.

Uilyam Leysi Svinq bu il sentyabrın 2-3-də Azərbaycana səfərini və Prezident İlham Əliyev tərəfindən qəbul edildiyini məmnunluqla xatırladıb, dövlətimizin başçısına səmimi salamlarını çatdırmağı xahiş edib. O, ölkəmizdə miqrasiya sahəsində aparılan tənzimləyici işləri, Miqrasiya Xidmətinin yaradılmasını, bu sahədəki fəaliyyəti alqışlayıb. Baş direktor Azərbaycan Prezidentinin birbaşa qayğısı ilə qaçqın və məcburi köçkünlər üçün yaradılmış şəraiti yüksək qiymətləndirib, buna görə ölkə rəhbərliyinə təşəkkür edib.

O, ümidvar olduğunu bildirib ki, ölkəmizə səfəri beynəlxalq qurumla Azərbaycan arasında əməkdaşlığın inkişafına yeni töhfələr verəcək. Uilyam Leysi Svinq Azərbaycanın bir çox ölkələrin əldə edə bilmədiyi uğura imza ataraq miqrasiya sahəsində vahid sistem yaratmağa nail olduğunu və bununla da ölkəmizin bir sıra dövlətlərə nümunə olduğunu qeyd edib.

Baş direktor, həmçinin BMqT və ölkəmizin müvafiq dövlət qurumları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, bu xüsusda təşkilat ilə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) arasında əməkdaşlıq həyata keçirilməsini təklif edib. Azərbaycanın Cenevrədəki daimi nümayəndəliyinin müvəqqəti işlər vəkili Emil Həsənov və nümayəndəliyin əməkdaşları görüşlərdə iştirak ediblər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Avakovun Saakaşvilini vurduğu video yayıldı

Next Post

Kəmaləddin Heydərov icra hakimiyyətlərini ittiham etdi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Kəmaləddin Heydərov icra hakimiyyətlərini ittiham etdi

Prezident nazirlə bağlı sərəncam imzaladı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.