Vətəndaş nikahı sadəcə birgə yaşayışdır. Burada heç bir ailədən söhbət gedə bilməz.
Bu sözləri Axar.az-a tanınmış ilahiyyatçı Elşad Miri dində vətəndaş nikahına olan münasibətdən danışarkən deyib. O, bu cür birliyin din adı altında həyata keçirilməsinin yolverilməz olduğunu bildirib:
“Bu gün xeyli sayda insan dindən bəzi sitatlar gətirməklə vətəndaş nikahlarına don geyindirirməyə çalışırlar, halbuki bu cür birgəlik dinimizdə qəti şəkildə qadağan olunur. Vətəndaş nikahı iki şəxsin birlikdə verdiyi qərardır və bunun şəriətə heç bir aidiyyəti yoxdur.
Hətta Avropanın özün də belə vətəndaş nikahını qəbul etməyən xeyli insan var.
Vətəndaş nikahını din adı altında həyata keçirmək əxlaqsızlığa don geyindirməkdən başqa bir şey deyil”.
Xatırladaq ki, cəmiyyətimizdə vətəndaş nikahına münasibət birmənalı olmasa da, son zamanlar insanlar bu cür evliliyə daha çox müraciət edirlər. Vətəndaş nikahı ilə olan evliliklərin artması həm də nikahdan kənar dünyaya gələn övladların sayının artmasına səbəb olur.
Qeyd edək ki, təkcə bu il 14 minə yaxın körpə nikahdan kənar doğulub.




