"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rusiya mediasından Qarabağda müharibə ssenarisi

17 Dekabr 2015 - 20:16
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasından çox uzaqdır. Hazırda təmas xəttində gərginliyin artacağı ehtimalı daha yüksəkdir”.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın “Nezavisimaya qazeta” nəşri yazıb.
Nəşr Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin bir neçə gün öncə qondarma “DQR”-in “xarici işlər naziri” Karen Mirzoyanla görüşünə diqqət çəkir: “Rəsmi Bakı buna sərt reaksiya verdi və diplomatın əvəzlənməsini tələb etdi. Vaşinqton isə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini açıqladı. Uorlikin özü də Azərbaycanın ərazi bütövlüyünün danışıqlar prosesində əsas xətt olduğunu diqqətə çatdırdı. Ermənistan isə Uorlikin Mirzoyanla görüşünü ABŞ-ın “DQR” “rəsmilərini” qəbul etməsi kimi qələmə verdi. Bu qarışıq vəziyyətdə prezidentlərin görüşərək münaqişənin nizama salınması istiqamətində hansısa irəliləyişə nail olacağını demək çətindir”.
Qəzet qeyd edir ki, bütün bunların fonunda Dağlıq Qarabağda gərginlik artıb, təmas xəttində toqquşmalar güclənib.
“Məlumatlardan belə görünür ki, cəbhədə top atəşləri gecə-gündüz səngimək bilmir. Bu haqda məlumatlar bəlkə də bir az şişirdilir, lakin o faktdır ki, hər iki tərəfdən qurbanlar var. Belə bir vaxtda ABŞ Dövlət katibinin münaqişənin həlli üçün səylərin artırılması haqda açıqlaması təsadüfi deyil”, – deyə nəşr bildirir.
Məqalədə vurğulanır ki, təmas xəttində gərginliyin şiddətləndiyi bir vaxtda Prezident İlham Əliyevlə Serj Sarkisyanın danışıqlar masasında hansısa ortaq məxrəcə gələ biləcəyini gözləmək mümkün deyil: “Çünki bu ağır fonda görüşlərin mənası da itir”.
Mediada münaqişələrin işıqlandırılması üzrə ekspert Şahin Rzayev də hesab edir ki, indiki vəziyyətdə tərəflərin münaqişə ilə bağlı hansısa ciddi dəyişiklik əldə edəcəyi inandırıcı deyil: “Nə dünyadakı vəziyyət, nə də Ermənistan rəhbərliyinin mövqeyi buna imkan vermir. Digər tərəfdən, əsas regional oyunçu olan Rusiya münaqişənin belə qalmasında maraqlıdır. Çünki o, bununla İrəvana və Bakıya təzyiq edə, regionda öz maraqlarını saxlaya bilir. Xüsusilə son vaxtlar Moskva Bakını öz orbitinə çəkmək üçün ciddi cəhdlər edir. Bu baxımdan, mediada bəzən Moskvanın işğal olunmuş rayonları Azərbaycana qaytaracağı haqda məlumatlar yayılır. Lakin Rusiyanın siyasi xəttində bu özünü göstərmir”.
Ş. Rzayevin fikrincə, dünyada siyasi münasibətlər mürəkkəbləşəndən sonra Dağlıq Qarabağ ətrafında da vəziyyət çətinləşdi.
“Ankara və Moskvanın qarşıdurma həddinə gəlməsi, eləcə də dünyada və regionda baş verən bir çox proseslər Qarabağ cəbhəsində də gərginliyin artması ehtimalını önə çıxarır. Lakin fikrimcə, bu genişmiqyaslı müharibədən çox, lokal qarşıdurma ola bilər”, – deyə ekspert vurğulayıb.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“MTN-də ifşa olunan dəstə ki, Nəcəfdə, Qumda, ya Suriyada təhsil almamışdı”

Next Post

Türkiyə, Azərbaycan və Gürcüstan birgə müdafiə olunacaq

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Türkiyə, Azərbaycan və Gürcüstan birgə müdafiə olunacaq

`Sanksiya` söhbətinin əsl məqsədi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.