"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rəsul Quliyev Azərbaycana qayıtmaq istəyir…

19 Dekabr 2015 - 10:29
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 Rəsul Quliyev Azərbaycana qayıtmaq istəyir...

İqbal Ağazadə: “Rəsul Quliyev kifayət qədər nüfuzu olan bir şəxsdir”; Müzəffər Baxış: “Rəsul Quliyev Azərbaycana gəlsə…”

Milli Məclisin sabiq sədri, hazırda ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyev ölkəyə qayıtmaq istədiyini, lakin ona maneələr yaradıldığını bildirib. Bu barədə o, modern-az saytına məlumat verib. R.Quliyev bildirib ki, müəyyən şərtlərlə Azərbaycana gəlmək üçün heç vaxt kiməsə müraciət etməz: “Heç vaxt etmədiyim “cinayət” işinə görə əfv olunmağımı xahiş etmərəm. Kiminsə diktəsi ilə müəyyən addımlar atmağa razılıq vermək şərti ilə yaşamaqdansa, ölməyə üstünlük verərəm.
 
Mənə qarşı açılmış ‘cinayət’ işinin əsas müddəaları ilə Azərbaycanı tərk etməzdən bir gün öncə indi sizlərin yaxşı tanıdığınız şəxslərin iştirakı ilə tanış edilmişdim. Yəni “özünü yaxşı aparmasan, bu cinayət işi açılacaq” xəbərdarlığını almışdım. “Burada yazılanların hamısı yalandır, bunu necə edəcəksiniz” sualıma “sən ağıllı adamsan, bunu necə etməyin çox asan olduğunu bilirsən” cavabı verilmişdi”.
Milli Məclisin keçmiş sədri daim mərhum prezident Heydər Əliyevi müdafiə etdiyini də qeyd edib. R.Quliyev Azərbaycana gəlişinin hakimiyyət üçün heç vaxt təhlükə yaratmayacağını bildirib. O, Azərbaycanda yaşayıb-yaşamamağından asılı olmayaraq, hökumətin və müxalifətin hansı addımlarının doğru, hansıların səhv olduğunu analiz edən yazılarını davam etdirəcəyini də vurğulayıb.
Məlumata görə, R.Quliyevin üzərindəki cinayət işi hələ də qalır. Bu amil eks-spikerin ölkəyə gəlişini əngəlləyən başlıca səbəbdir.
Qeyd edək ki, 2005-ci ilin oktyabrında da parlamentin sabiq sədri ölkəyə qayıtmağa cəhd etmiş, lakin alınmamışdı. Hiss olunur ki, eks-spiker tam arxayın olduqdan sonra Azərbaycana qayıtmaq istəyir. Bu, onun mesajlarında açıq şəkildə sezilir. Çoxları hesab edir ki, R.Quliyevin ölkəyə qayıdışı siyasətdə də ciddi canlanmaya səbəb ola bilər. Bunu xaricdə olmasına baxmayaraq, daim siyasətdə olan çəkisi ilə əsaslandırırlar.
Ümid Partiyasının sədri İqbal Ağazadə deyilən fikirlərin əleyhinədir. O hesab edir ki, Azərbaycan siyasətində olan şəxslər R.Quliyevdən bacarıqsız deyillər: “Azərbaycan siyasətində olanlar Rəsul Quliyevdən o qədər də bacarıqsız deyil ki, o, gələn kimi dəyişiklik olsun. Amma Rəsul Quliyev kifayət qədər nüfuzu olan bir şəxsdir. O gəlsə, ümumi nüfuzun üzərinə nəsə qoya bilər. Nəticədə nəsə arta bilər. Amma “o gəlsin, hər şey düzələcək” kimi sözləri deyən şəxslərin siyasətdən anlayışları yoxdur”.
 
Sabiq spikerin ölkəyə qayıdarsa, həbs oluna bilərmi sualı da hər kəsi düşündürür.
Hüquqşünas Müzəffər Baxış Azərbaycan vətəndaşının ölkəyə qayıdışına qanunla heç bir maneə olmadığını bildirdi: “Konstitusiyanın 28-ci maddəsinin 4-cü hissəsinə görə, Azərbaycan Respublikasının vətəndaşının ölkəyə gəlişinə heç bir maneə yaradıla bilməz. Yəni qanun səviyyəsində Azərbaycan vətəndaşının ölkəyə gəlməsinə qadağa qoyula bilməz. Bu nöqteyi-nəzərdən Rəsul Quliyev düz deyir ki, bir neçə dəfə Azərbaycana gəlməyə cəhd edib, amma silahla onun qarşısını almağa çalışıblar. Hüquq mühafizə orqanları onun barəsində Cinayət Məcəlləsinin 179.3.2 maddəsi ilə cinayət işi başlayıblar. Düşünmürəm ki, o, hansısa cinayəti törədib. Hesab edirəm ki, onun barəsində cinayət işi qondarmadır. Əslində, Rəsul Quliyevin ölkəyə gəlişinin qarşısını almaq üçün həmin cinayət işini başlayıblar. Amma faktiki onun barəsində cinayət işi var.
Rəsul Quliyev hüquq-mühafizə orqanları tərəfindən istintaqa cəlb edilib. Guya o, istintaqdan gizləndiyinə görə, həmin cinayət işinin icraatı Azərbaycan Cinayət Prosessual Məcəlləsinin 52-ci maddəsi ilə dayandırılıb. Belə olan halda, cinayət işinin başlamasından 20 il keçsə, Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələblərinə görə, əgər təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxs istintaq və ya məhkəmədən gizlənirsə, onda cinayət məsuliyyətinə cəlbetmə müddəti kəsilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75-ci maddəsi üzrə, Rəsul Quliyevə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 179.3.2 maddəsinə görə, verilən ittiham üzrə cəzanın yuxarı həddi kimi 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Cinayət Məcəlləsinin 15.4-cü maddəsi ilə ağır cinayətlər kateqoriyasına aiddir. Həmin maddə üzrə 7 ildən 12 ilə qədər nəzərdə tutulan həbs cəzaları ağır cinayətlər kateqoriyasına aiddir. 75-ci maddəyə görə, ağır cinayətlər kateqoriyasına cəlb edilmə müddəti 12 ildir. Əgər Rəsul Quliyevin törətdiyi cinayət əməlindən 12 il keçibsə, onu cinayət məsuliyyətinə cəlb etmək olmaz. Amma Rəsul Quliyev təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edildikdən sonra, o, məhkəmədən gizləndiyinə görə, Cinayət Məcəlləsinin 75-ci maddəsi ilə onun cinayət məsuliyyətinə cəlb olunma müddəti kəsilir. Yəni hansı müddətdən ki, o gizlənir, həmin müddət kəsilir. Lori dildə desək dayanır. Bu nöqteyi-nəzərdən əgər Rəsul Quliyev Azərbaycan gəlsə, onun barəsində Cinayət Məcəlləsinin 179.3.2 maddəsi ilə qaldırılan cinayət işinə xitam verilməyibsə, o, Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən qondarma əsaslarla cinayət məsuliyyətinə cəlb edilə bilər”.
 
Azərbaycan Respublikasının Baş Prokurorluğunun R.Quliyevin üzərindəki cinayət işi ilə bağlı mövqeyini öyrənməyə çalışdıq. Amma mümkün olmadı. Zənglərimizə cavab verən tapılmadı.
Qeyd edək ki, Rəsul Quliyev 1996-cı ildən ABŞ-da yaşayır. O, 1993-96-cı illərdə Azərbaycan Parlamentinin sədri olub.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezidentlər bu gün görüşür

Next Post

“Ərə getdim, ata evinə bakirə qayıtdım…” – Əlil qız

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

“Ərə getdim, ata evinə bakirə qayıtdım…” – Əlil qız

Rafael Cəbrayılova qarşı 217 min manatlıq - İTTİHAM

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.