"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Jurnalistin ölüm işində Oqtay Şirəliyevin məktubu tapıldı

19 Dekabr 2015 - 16:34
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

rasim-eliyevVəkil Əsabəli Mustafayev: «Bu, bizi çox təəccübləndirdi…»

Jurnalist Rasim Əliyevlə döyülərək öldürülməsi faktı üzrə başlanmış cinayət işinin istintaqı mərhumun yaxınlarını qane etmir. Jurnalistin anası Teyfurə Əliyeva vəzərərçəkmişlərin hüquqlarını müdafiə edən vəkil Əsabəli Mustafayev dünən Bakı şəhər prokurorluğunda cinayət işinin materialları ilə tanış olub.

Bu barədə “Azadlıq”a danışan Əsabəli Mustafayev bildirib ki, cinayət işinin materialları 7 cilddən ibarətdir. Onlar iş materialları ilə tanış olublar, jurnalistin döyüldüyünü əks etdirən görüntülərə baxış keçiriblər.

Istintaqla bağlı bir sıra məqamların onları qane etmədiyini deyən Əsabəli Mustafayev həmin məsələlərlə əlaqədar bazar ertəsi prokurorluğa vəsatətlər təqdim edəcəyini bildirib.

Vəkilin sözlərinə görə, iş materialları arasında səhiyyə naziri Oqtay Şirəliyevin məktubunu görüblər: “Bu da bizi çox təəccübləndirdi. Nazir bildirir ki, Rasim Əliyevəxəstəxanada lazımi tibbi xidmət göstərilib, onun ölümündə həkimlərin məsuliyyəti yoxdur”.

Nazirin həkimləri müdafiə etməsinə baxmayaraq, zərərçəkmişlər və onların vəkiliəvvəlki mövqeyində qalır.

“Hesab edirik ki, Rasim Əliyevin ölümündə həkimlərin də rolu var. Istintaqın bu məsələyə yanaşması bizi qane etmədi. Bu məsələ ilə bağlı vəsatətimiz olacaq”, – deyəƏsabəli Mustafayev bildirib.

Qeyd etdiyimiz kimi, jurnalistin anası Teyfurə Əliyeva da dünən vəkillə birlikdə iş materialları ilə tanış olub. O bildirib ki, həkimlərin məsuliyyəti məsələsində bir sıra ziddiyyətlər ortaya çıxıb: “Məsələn, Rasim xəstəxanada olanda bizə demişdilər ki, ciyərində heç nə yoxdur, təmizdir. Amma iş materialları arasında rentgenin cavabı var. Orada göstərilib ki, ciyərdə qansızma var. Həkimlər bu məsələ də bizi aldadıblarmış…”

Zərərçəkmiş bir daha vurğulayıb ki, övladının ölümünün səbəbi həm də xəstəxanada ona lazımi tibbi yardım göstərilməməsi olub. Ananın sözlərinə görə, hadisə baş verən gün gecə saatlarına qədər Rasim Əliyevə vacib olan tibbi yardım göstərilməyib. Gecəsaat 1 radələrində əməliyyata aparılıb ki, onda da artıq gec olub…

Teyfurə Əliyeva hesab edir ki, futbolçu Cavid Hüseynova verilən ittiham da yüngüldür.

Xatırladaq ki, jurnalist Rasim Əliyev “facebook” səhifəsində “Qəbələ” futbol klubunun oyunçusu Cavid Hüseynovu tənqid edən statusuna görə avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. O, avqustun 9-na keçən gecə xəstəxanada dünyasını dəyişib. Jurnalistin ölümü ilə əlaqədar 6 nəfər həbs olunub. Onlardan beşinə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Cavid Hüseynova isə 307-ci (cinayət barədə xəbər verməmə) maddəsilə ittiham verilib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənilər Bayerə qarşı: `ABŞ bizi alçaldıb`

Next Post

Bern görüşündən sonra ermənilərin növbəti təxribatı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Bern görüşündən sonra ermənilərin növbəti təxribatı

Kikabidze: “Bir daha Rusiyaya getməyəcəm”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.