Müsəlman olduğuma görə qürur duyuram. Lakin ABŞ-ın bir çox ştatında müsəlman olduğumu deyə bilmirəm.
Axar.az xəbər verir ki, bu sözləri kimya üzrə Nobel mükafatına layiq görülən türk əsilli alim Əziz Sancar “Sabah” qəzetinə müsahibəsində deyib.
“İŞİD və başqa terrorçu qrupların fəaliyyətindən dolayı bütün müsəlmanlara terrorçu gözü ilə baxmaq olmaz. Mən 1982-ci ildən ABŞ-da yaşayıram. Bir türk olaraq bu cür vəziyyətdən olduqca narahatam. ABŞ xalqının artıq 50 faizində müsəlmanların terrorçu olması ilə bağlı fikir formalaşıb. İslamafobiya geniş vüsət almağa başlayıb”, – deyə Sancar qeyd edib.
Jurnalistin “Bir müsəlman olaraq ayrı-seçkiliyə məruz qalmısınızmı” sualına isə alim belə cavab verib:
“Mən şəxsən ayrı-seçkiləyə məruz qalmamışam. Çünki yaşadığım bölgə fərqli mədəniyyətələ sahibdir. Nobel mükafatı qazandıqdan sonra Şimali Karolina ştatının Çapel Hil bələdiyyəsinin sədri mənə şəhərin açarlarını verdi. Çapel Hil fərqli mədəniyyətlərə hörmət bəsləyən bir şəhərdir. Lakin ABŞ-ın hər yerində belə deyil. Günümüzdə baş verən olaylar səbəbindən ABŞ-ın hər yerində müsəlman olduğumu deyə bilmirəm”.



