"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Çörəyin bahalaşmasına aparan yol: “Şirkətlər taxıl alışını dayandıracaq”

21 Dekabr 2015 - 17:38
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Hafiz Babalı: “İnhisarçılıq aradan qalxmasa çörək bahalaşacaq”

ABŞ dollarının məzənnəsinin Azərbaycan manatına nisbətdə yüksəlməsi istehlak bazarında dərhal bahalaşmaya səbəb olub. 1 dolların 1,55 manata yüksəlməsindən dərhal sonra hətta bəzi ticarət obyektlərində satışın məhdudlaşdırılması hallarına rast gəlinib. Qiymət artımı özünü ilk növbədə ərzaq məhsullarının satışında göstərib. Bu isə çörəyin qiymətinin arta biləcəyinə dair ajiotajın yaranmasına səbəb olub. Hazırda dükanlarda 400 qr-lıq çörəyin bir ədədi 30 qəpik, 500-550 qramlıq çörəyin bir ədədi isə 40 qəpiyə satılır.

Ancaq yaranmış situasiyadan işbazların qiyməti artırması ehtimalı da istisna edilmir. Hətta mağaza sahibləri və satıcılar yaxın günlərəd çörəyin qiymətinin artacağına dair siqnallar aldıqlarını bildiriblır. Yaranmış vəziyyəti Cebhe.info-ya şərh edən iqtisadçı-ekspert Hafiz Babalının sözlərinə görə, hələ bir müddət çörəyin qiymətində artım gözlənilmir. Bu da Azərbaycanın taxıl ehtiyatlarının çox olması ilə bağlıdır. Ancaq bu prosesin uzun müddət davam edəcəyini də düşünmək olmaz: “Hökumət 2015-ci ildən başlayaraq Dövlət Taxıl Fondunun ehtiyatlarının 750 min tona çatdırılması ilə bağlı qərar qəbul edib. Yəni bu istiqamətdə göstəricilər kifayət qədər yüksəkdir.

Çörək elə bir məhsuldir ki, dövlət onun qiymətinə nəzarət edir, bahalşma ehtimalı olduqda Taxıl Fondunun ehtiyatlarını bazara, qiymətin tənzimlənməsinə yönəldir. Tutaq ki, dünya bazarında taxılın qiyməti 300 dollara qalxıb, ölkədə taxıla ehtiyac yaranıb, müəyyən ajiotaj yaranıb. Bu halda dövlət qiymət artımının qarşısını almaq üçün fondun ehtiyatlarını daxili bazara yönəldir və sabitliyi qoruyub saxlayır. Bu mənada yaxın 3 ay ərzində çörəyin qiymətində artım gözlənilmir. Ancaq ölkəyə idxal olunan məhsulların qiymətində əhəmiyyətli bir dəyişiklik ola bilər, əhali də bundan narahatlıq keçirməkdədir. Artır əhali dükanlarda ərzaq məhsullarını ehtiyacından artıq qədərində almaqla bu narahatlığını ifadə edir. Alışların artımı da anbarlarda ehtiyatların tükənməsinə səbəb olur ki, bu da növbəti bahalaşmaya gətirib çıxaracaq. Ərzaq məhsullarının böyük hissəsinin xaricdən idxal olunduğunu nəzərə alsaq, heç bir ticarətçi dollara, avroya aldığı məhsulu öz zərərinə realizə etməyə razı olmaz.

Manatın dəyərsizləşməsi sonuncu dəfə o qədər yüksək səviyyədə baş verdi ki, biz bu qiymət artımını hər gün büdcəmizdə, həyatımızda, əhalinin alıcılıq qabiliyyətində hiss edəcəyik. Ölkədə sosial təlatümlər heç də uzaqda deyil. Çünki büdcə xərclərinin qarşılanması, Mərkəzi Bankda və Dövlət Neft Fondunda olan vəsaitlərin qorunması əhalinin yaşayış səviyyəsinə qurban verilməməlidir. Hökumət bu məsələləri ictimaiyyətlə müzakirə etməlidir. Təəssüf ki, bzi bununla rastlaşmırıq. Yaxın dövrlərdə əhali bu sarsıntını hiss edəcək”. Ekspert onu da bildirib ki, Azərbaycan taxıl idxalının hazırda ərzaq buğdasının böyük hissəsini Rusiyadan istehlak edir.

İdxal edilən un isə əsasən şirniyyat məhsullarının istehsalında istifadə olunduğundan çörəkbişirmədə payı azlıq təşkil edir: “Çörək istehsalı üçün lazım olan ərzaq buğdasının əsas təminatçısı Fövqəladə Hallar Nazirliyinin Dövlət Taxıl Fonddudur. Bundan əlavə taxıl idxalı ilə məşğul olan özəl şirkətlər də var. Ancaq tezliklə həmin şirkətlər taxıl alışını dayandıracaq və Dövlət Taxıl Fondunun anbarlarında olan ehtiyatlar istehlaka yönəldiləcək. Amma müəyyən müddətdən sonra bu ehtiyatlar tükənəcək və biz yaranmış çətinliklərin şahidi olacağıq. Yeni ehtiyatların alınması üçün əlavə vəsaitlərin ayrılması həm də bazardakı konyukturadan asılıdır. Bu məqsədlə dövlət büdcəsində hər il müəyyən qədər vəsait nəzərdə tutulur. Ancaq həmin vəsaitlərin məbləği ilə bağlı informasiya açıqlanmadığı üçün Dövlət Taxıl Fondunun resurslarının necə idarə olunması ilə bağlı konkret fikir söyləyə bilmirik. Çünki taxılın bir hissəsi satışa yönəldilir, manata çevrilir, növbəti dəfə dollara çevrilərək yenidən xaricdən taxıl olması üçün istifadə olunur. O resursların balansı necədir, bu barədə məlumat verilmir”. Hafiz Babalının fikrincə, əgər dövlət bazarda liberallaşmaya şərait yaratmasa, xüsusilə də gömrük-keçid məntəqələrində əksər ərzaq və qeyri-ərzaq məhsullarına tətbiq edilən inhisarçılığı aradan qaldırmasa kütləvi bahalaşma, o cümlədən də çörəyin qiymətinin artımı qaçılmaz olacaq.

– See more at: http://www.cebhe.info/oxu/8467/#sthash.GkWRStfG.dpuf

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

MM-in İqtisadi-siyasət komitəsinin üzvü:“Məgər dollar bahalaşıb? Neçəyə olub ki?”

Next Post

Prezident İham Əliyevin İran səfərinə hazırlıq gedir

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Prezident İham Əliyevin İran səfərinə hazırlıq gedir

Evlərin qiyməti kəskin ucuzlaşacaq - Proqnoz

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.