“Sadəcə borclular birləşməlidir ki, banklar qarşısında davam gətirsinlər”

Bankdan kredit götürərkən ona qol çəkdirərək devalvasiya olacağı təqdirdə tələb olunan əlavə vəsaitləri ödəyəcəyinə söz verən, indi isə etdiyinə peşman olan bir oxucumuz Moderator.az – a üz tutaraq bizdən kömək istəyib.
Biz də təbii ki, sualı tanınmış bank mütəxəssisi hesab olunan Əkrəm Həsənova yönləndirdik ki, bu cür situasiya ilə üzləşən vətəndaşlarımızın nə etməli olduqları barədə onlara məsləhətlərini versin. Onun fikirlərini təqdim edirik:
“Vətəndaşlar bunu sübut edə bilməz. Konstitusiya Məhkəməsinin may qərarı var. Həmin qərara görə xarici valyutada kredit cari məznnəyə əsasən ödənilməlidir. Başqa sözlə valyuta riski borc alanın üzərindədir. Amma həmin qərara əsasən banklar maliyyə imkanı daxilində vətəndaşın marağına uyğun güzəşt etməlidir. O cumlədən faiz dərəcəsində. Vətəndaşlar ilk növbədə bu güzəştləri tələb etməlidir. Daha sonra, banklar Mülki Məcəllənin 741- ci maddəsini pozaraq faizləri ildə bir dəfə əvəzinə ayda bir dəfə tuturlar. Buna görə də borclular indiyə qədər ödənişlərinin yenidən hesablanmasını tələb etməli və borclarını azaltmalıdır. Nəhayət, borcunu ödəyə bilməyən bilsin ki, onsuz da ona heç nə edə bilməzlər. Evi, yaşayış minimumu toxunulmazdır. Sadəcə borclular birləşməlidir ki, banklar qarşısında davam gətirsinlər.”