"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Manatın məzənnəsinin aşağı düşməsinin nəticələrinin necə olacağını hələ ki, millət anlamır”

23 Dekabr 2015 - 10:56
in XƏBƏR LENTİ

Azərbaycan manatının son devalvasiyası ilə bağlı eks-spiker Rəsul Quliyevin Moderator.az-a müsahibəsini təqdim edirik:

– Rəsul müəllim, Mərkəzi Bankın son qərarını necə qiymətləndirirsiniz? Hakimiyyət bu zamana qədər az qala bütün dünyanın Azərbaycandan asılı olduğunu söyləyirdi. İndisə bir ildə iki dəfə devalvasiyaya getdi və bunu qlobal iqtisadi amillərlə əsaslandırdı…

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

– Bu yalnız Azərbaycan hakimiyyətinin şakəri deyil. Təxminən bir il bundan öncə V. Putin də Valday sammitindəki çıxışında neftin qiyməti ilə əlaqədar çox əcaib bir fikir söyləmişdi. Əgər neftin bir barelinin qiyməti 80 dollardan aşağı düşərsə, dünya iqtisadiyyatı dağılar, demişdi. Doğrusu, bu çıxışa rast gələndə inanmadım, başqa mənbələrə baxdım və eyni xəbərləri gördüm…

– Sizə qəribə gələn nə idi Putinin bu açıqlamasında?

– 140 milyon əhalisi, 10 milyon kvadrat kilometr sahəsi, ildə 2 trilyon dollara yaxın ümumi məhsul istehsal edən ölkənin prezidentinin belə sərsəm fikirlərin müəllifi olması mənə möcüzə kimi görsənirdi. Çox ehtimal onun intriqa, demoqoqiya, represiyadan başqa heç nədən başı çıxmayan ağlına bu fikiri eyni mental və ağıla malik olan Rusiyanın əsas “neftçisi” Seçin qoyub, deyə düşündüm. O çıxışdan sonra mən geniş bir yazımla Putinin sözlərinin nə qədər həyatdan uzaq, sayıqlama olduğunu qeyd etdim. O vaxtdan keçən bir il müddətində biz həm prezident Putin və həm də bizim liderlərdən bu tipli o qədər “möcüzəvi” çıxışlar eşitdik ki, artıq çaşıb qalmışdıq. Ancaq real həyatı, real iqtisadiyyatı heç vaxt möcüzələrə ümidlə idarə etmək mümkün olmayıb.

Həmin Putinin bir il bundan öncə söylədiyi “dünya iqtisadiyyatı dağılacaq” fikirlərinə manat qiymətini itirəndən sonra  yüksək ranqlı hökümət nümayəndəsinin (manatın devalvasiyasının səbəblərini izah edən) yazısından rast gəldim və  çaşdım. O, jurnalistə deyir ki, bildiyiniz kimi dünya iqtisadiyyatı dağılır və Azərbaycan qıraqda qala bilməzdi. Görəsən, bu insanlar yemək içmək, şişirtmək, ondan-bundan pul qoparmaq, başqalarını şantaj etmək üçün donoslar oxumaqdan başqa bir işlə də məşğul olurlarmı? Dünya iqtisadiyyatının indiki vəziyyəti barədə heç olmazsa bir səhifəlik bir analiz oxuyublarmı?

– Bu cür dünya iqtisadiyyatından xəbərsiz idarəedilmə bizi hara aparır? 

– Mən bu barədə çox demişəm, bir daha deyirəm: neft və qazın qiymətlərinin aşağı düşməsinə görə Azərbaycan, Venesuela, Türkmənistan, Rusiya, Qazaxstanın (Bu ardıcıllıq dövlət büdcəsinin formalaşmasında neft və qazdan gələn valyutanın faizi ilə əlaqədardır) iqtisadiyyatı dağılır, vəssalam. Başqa ölkələrə heç nə olmaz. İlk dağılan isə Azərbaycan iqtisadiyyatı olacaq.

– Rəsul müəllim, bu sıralamada ərəb ölkələrinin adını çəkmədiniz. Halbuki, ərəblər neft və qaza bizdən daha çox bağlıdırlar…

– Ərəb ölkələrinin iqtisadiyyatında çox cuzi zəifləmə olacaq. Birincisi, büdcəsi neft dollarından ən çox asılı olan ərəb ölkəsi Səudiyyə Ərəbistanıdır, neft gəlirləri onun büdcəsinin 45 faizini təşkil edir. İkincisi, korrupsiya və rüşvətin aşağı olduğu bu ölkələrdə valyuta rezervləri yaxın 30 ilə çatar. Üçüncüsü, neftin istehsalına xərclənən pul (maya dəyəri)  Azərbaycandan 2, Rusiyadan 5 dəfə azdır. Və onların itkilərini hasilatı artırmaqla kompensasiya etmək imkanları var. Azərbaycan kimi ölkələrin isə bu imkanları da yoxdur.

– MB-nın açıqlamasında qlobal iqtisadiyyatda geriləmədən söhbət gedir. Siz isə deyəsən, bu fikri istisna edirsiniz…

– Bəli, düz başa düşdünüz. Adını çəkdiklərimdən başqa ölkələrin hamısının iqtisadiyyatında yüksəliş var və bu da təbiidir. Məsələn, orta amerikalı və ya alman ayda benzin almağa 150 dollar xərcləyirdisə, indi 75 dollar xərcləyir. Qaz, elektrik enerjisi, suya ayda 300 dollar xərcləyirdisə, indi  150 dollar xərcləyir. Orta hesabla ayda 200 dollar və ya ildə 2500 dollar pul qənaət etmiş olur və bu pula müəyyən avadanlıqlar, pal-paltar və sair alırlar. Bu malları istehsal etmək üçün zavod fabriklər işə düşür, iş yerləri artır və sair.

– MB-ın açıqlamasında devalvasiya səbəblərindən biri kimi FED-in, yəni Amerika Mərkəzi Bankının faiz artırmasına eyham vurulur. Niyə birdən-birə FED buna qərar verdi? Doğrudandamı ABŞ bütün işini-gücünü buraxıb bizi çökdürməklə məşğuldur?

– Yaxşı olar, bu sualı bu zamana qədər “ABŞ, Avropa iqtisadiyyatı bizdən asılıdır” deyənlərə verəsiniz. Əslində ABŞ iqtisadiyyatı qlobal iqtisadiyyatın lokomotividir, yəni aparıcısıdır. ABŞ Mərkəzi Bankı öz iqtisadi vəziyyətlərini nəzərə alıb bu addımı atır. Bilirsiniz ki, həmin bank 10 il bundan əvvəl zəifləmiş iqtisadiyyatı dəstəkləmək üçün faizləri, demək olar ki, sıfıra çatdırmışdı. Bu da iqtisadiyyatda stabil inkişaf deməkdir və faizləri qaldırmağa imkan verirdi. 10 ildən sonra məqsədə nail olunduğuna görə kredit faizlərini yenidən qaldırıldı və bu da qlobal iqtisadiyyatın inkişafının göstəricisidir. Azərbaycan manatının bununla nə əlaqəsi ola bilər? Məgər Azərbaycan manatı konvertə olunur ki, ABŞ FED-nin qərarından asılı olsun? O məzənnə finans qanunları ilə yox, inzibati metodla idarə edilirdi, indi də o şəkildə davam edir.

– Bu ağır böhrandan necə xilas ola bilərik? Nə təklif edirsiniz?

– Bir ildən çoxdur, mən belə gedərsə, ölkə iqtisadiyyatının dağılacağı barədə həyəcan təbili çalıram. Təcili surətdə islahatlara başlamağın zərurətini qeyd edirəm. Ancaq hökümət hələ də inkişafdan dəm vurur, iqtisadiyyatdakı qazandıqları uğurlardan danışır. Bir ildən çoxdur, bu insanlar neftin qiymətinin düşməsini müvəqqəti bir şey hesab edirlər. Hər şeyin yenidən əvvəlki axarına qayıdacağına inanırlar. Elə indinin özündə bəlkə də qaytardılar ümidi ilə yaşayırlar. Bu gedişlə Azərbaycan uçuruma doğru yuvarlanır.

– İnsafən, hakimiyyət son zamanlar müəyyən addımlar atmağa çalışır. Hökumət nümayəndələri ümidverici çıxışlar səsləndirirlər. Məsələn, monopoliyaların aradan qaldırılmasıyla bağlı. Necə hesab edirsiniz, bu islahatlara bel bağlamaq olarmı?

– Məncə, heç bir finans və investisiya tələb etməyən korrupsiya və rüşvətə qarşı real islahatlar hələ başlamayıb, düşünürəm ki, heç başlamaq fikirləri də yoxdur. Əksinə, alınan rüşvətlər, vəzifədən istifadə edib qoparılan pulların səviyyəsi bir qədər də artıb. Əvvəllər bu işləri manatla da görürdülər, artıq ancaq xarici valyuta ilə rüşvət alırlar.

– Deyirsiniz ki, hökumət neftin qiymətlərinin ucuzlaşmasının müvəqqəti hal olduğunu düşünür? Sizcə, buna ümid etməyə dəyməz?

– Neftin bir barelinin qiymətinin artıq 50 dollardan nə vaxtsa yuxarı qalxmaq şansı yoxdur. Ancaq 30 və ondan aşağı düşmək şansı isə böyükdür. Çünki 40 ildən sonra ABŞ konqresi  öz kompaniyalarına xaricə neft və qaz satmağa icazə veriblər. ABŞ-ın yeni texnologiya ilə çıxardığı şel qazı deyilən neft və qaz bu məhsulların istehsalını hətta iki dəfə artırmağa imkan verir. Brazilya artıq okean sularından neft çıxarmağa başlayıb. Çin də ildə neft istehsalını azı 30 faiz artırır. Fevraldan İran nefti də bazarlara axacaq. Ona görə də neft erasının sonu çatıb…

– Devalvasiyanın ictimai təsirləri nə ola bilər? Sizcə, Azərbaycan ictimaiyyəti qarşıda onu nə gözlədiyinin fərqindədirmi?

– Yox, məncə. Manatın məzənnəsinin aşağı düşməsinin nəticələrinin necə olacağını, hələ ki, millət anlamır. Ancaq mən sizə söyləyirəm: çox ağır olacaq və siz bunu maksimum bir – iki günə hiss edəcəksiniz.

– Hansı sahələrdə hiss edəcəyik?

– İlk növbədə malların qiymətləri qalxacaq. Bəziləri 30, bəziləri 50, 100 , 200, 500 faizə qədər. Çünki ildə 10 milyard dollarlıq müxtəlif məhsullar (ərzaq və sənaye malları) alınıb Azərbaycana gətirilir və daxildə manatla satılır. Sadə bir misala diqqət yetirin: Məsələn, 10 kiloqramı 20 dollara kərə yağı alıb gətirilir. Gömrükdən çıxıb satışa gedənə qədər polis, sanitar-epidomoloji stansiya, sərhədçi, gömrük və sairələr rüşvətlərini alandan sonra 10 kiloqramın qiyməti artıq 25 dollar olur. Mağazanın kirayə haqqı, yerli polis, prokurorluq, təhlükəsizlik idarəsi, icra başçısı və sair və sairələr bac-xəracını toplayandan sonra qiymət 30 dollara qalxır. Satan 30 faiz gəlirini üstünə qoyandan sonra malın qiyməti 40 dollar olur. Bir il bundan öncə o həmin bu yağı 40 manata satırdı. İndi təbii ki, 60 manata satacaq, çünki malı dollarla alıb, manatla yox. Ona görə də mağazalar malları satmağı dayandırıb qiymətləri dəyişdirəcəklər və yeni qiymətlər manatın yeni məzənnəsinə uyğun olacaq.Yəni bizim misalda yağın qiyməti 50 faiz artırılacaq. Bu, ola bilər, bir neçə gün çəksin, ancaq heç kim zərərə malını satmaz.

– Azərbaycan ictimaiyyəti “üzən məzənnə” terminindən bixəbərdir. Bəziləri düşünürlər ki, “manatımız” üzüb bizdən uzaqlaşdığı kimi, yaxın günlərdə “üzüb” yenə bizə yaxınlaşacaq. Bu inam nə qədər doğrudur?

– Manatla dollar münasibəti üzən kursla gedəcək, hər şey yaxşı olacaq deyənlərə inanmayın. Üzən kursla getmək üçün gərək tədavülə kifayət qədər valyuta çıxarasan. Belə bir iş görülsə əllərdə manatla toplanmış milyardlarla manatlar (bu manatlar əsasən vəzifəlilərin əlindədir) valyutaya dəyişdiriləcək. Bu zaman 5 manatın bir dollar olması üçün bir aydan da az vaxt tələb olunar. Ona görə heç bir üzən kurs olmayacaq. İdarə olunan tədavül olacaq. Yəni tapşırıq və rüşvətlə kimlərəsə valyuta dəyişiləcək, kimlərəsə yox.

– Bunlar yaşanmaya bilərdimi? Hökumət qabaqlayıcı tədbirlər görmək imkanına malik idimi və nə etməliydi, etmədi? Digər bir tərəfdən Azərbaycan hazırda beynəlxalq sanksiyalarla da üz-üzə qala bilər. Bizi nə gözləyir yaxın perspektivdə?

– Azərbaycanın belə bir vəziyyətə düşəcəyi gün kimi aydın idi. Belə bir vəziyyət gözlənildiyi halda saysız hesabsız günahsız insanların saxta ittihamlarla həbs edilməsi, saxta parlament seçkiləri keçirilməsi (deputat mandatı üçün rüşvət almaq ənənəsini gözləməklə) nə verdi bizim hökümətimizə? ABŞ sanksiyası qapısının astanasındadır. Helsinski komisiyasının qəbul etdiyi qərar ancaq DD və Müdafiə Nazirliyinin xahişi ilə mülayimləşdirilə bilər. Kimsə düşünür ki, bu qərarla və ya qanunla əlaqədar konqresdə ciddi bir müzakirələr açılacaq, çox böyük səhvə yol verir. Heç bir konqresmen bu rejimli Azərbaycanı müdafiə etməyə cəsarət etməz. Onun ardınca AB parlamenti və AŞ –nın sanksiyaları gələcək. Azərbaycan belə bir vəziyyətə özünün maliyyə imkanları sıfır olan Rusiya və İrana tərəf yıxılsa, vəziyyətini bir qədər də mürəkkəbləşdirəcək.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Neft iki il müddətində heç bahalaşmayacaq”

Next Post

“İlham Əliyev əsl dostdur” – Putindən təbrik məktubu

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

“İlham Əliyev əsl dostdur” - Putindən təbrik məktubu

Dollarla kredit götürənlər' güzəşt gözlənilir - `Prezident manatla bağlı göstəriş verib`

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.