Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefa verib.
AzVision.az gürcü KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Qaribaşvili hökumət administrasiyasının təcili brifinqində bildirib.
“Bu gün mən baş nazir vəzifəsindən istefa verməyi qərara aldım”, -deyə Qaribaşvili vurğulayıb.
Gürcüstan Konstitusiyasına əsasən, Baş nazir istefa verərsə, hökumətin bütün tərkibi avtomatik olaraq səlahiyyətlərini dayandırır və vəzifəsini icra edən statusunda olur.
Xarici KİV-lərin məlumatına əsasən, İrakli Qaribaşvili bundan sonra “Gürcü arzusu – demokratik Gürcüstan” və “Gürcü arzusu” seçki qərargahına başçılıq edəcək.




