
Manatın il ərzində ikinci devalvasiyası və eləcə də ona gətirən səbəblər bu gün mətbuatda ən çox müzakirə edilən məsələlərdən biridir.
Bu il dekabr ayının əvvəlindən devalvasiya məsələsi gündəmə gəlsə də, o zaman bu məsələyə münasibət fərqli idi. Devalvasiya baş verdikdən sonra da iqtisadçıların bu barədə doğru proqnoz verməməsi məsələsi gündəmə gəldi. Lakin bir çox ekspertlər dekabrın əvvəlində manatın üzən məzənnəyə keçməsi ilə proqnoz vermişdilır.
Dekabrın 9-da ANS TV-də yayımlanan verilişdə iqtisadçı alim Vüqar Bayramov Mərkəzi Bankın üzən valyuta rejiminə keçəcəyini bildirərək bu halda manatın məzənnəsinin real, daha aşağı kursa uyğunlaşacağını söyləsə də digər ekspert tərəfindən ittiham edilir. Qeyd edək ki, Vüqar Bayramov dekabrın 4-də qəzetimizə verdiyi açıqlamasında Mərkəzi Bankın üzən valyuta siyasətinə keçməsinin qaçılmaz olduğunu və milli valyutamızın dəyər itirəcəyini bildirmişdi.
Manatın məzənnəsi ilə bağlı müzakirələrlə bu linkdə tanış ola bilərsiniz:



