"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Banklar əhalinin pulunu qaytarmır

29 Dekabr 2015 - 10:19
in XƏBƏR LENTİ

Dekabrın 21-dən sonra manatın üzən məzənnəyə keçməsi, dolların qiymətinin qalxması ən çox banklarla bağlı problemləri ortaya çıxardı. Devalvasiyadan sonra insanları düşündürən ən vacib məsələlərdən biri banklardakı kredit və əmanətlərinin taleyidir.
Elchi.az anspress-ə istinadən xəbər verir ki, əmanətlərini geri götürmək istəyən insanlara banklar “yox” cavabı verir. Bu isə vətəndaşlarla banklar arasında anlaşılmazlığa səbəb olub. Şikayətçi Eldar Məmmədzadə deyir ki, banklardan birinə yatırdığı əmanəti geri götürmək istəsə də, buna nail ola bilmir.

“Mən 3 ildən çoxdur ki, banka 23 min dollar (35742 AZN) pul qoymuşam. Amma bu il xəstəliyimlə bağlı əməliyyata girməli idim deyə, banka müraciət edib, pulumu geri götürmək istədim. Amma mənə bu gün verərik, sabah verərik deyərək vaxtı uzatdılar. Dollar bahalaşandan sonra isə deyirlər ki, büdcəmizdə həmin məbləği qaytarmaq üçün kifayət qədər pul yoxdur”, – deyə şikayətçi bildirdi.

Məsələ ilə bağlı vətəndaşın əmanət yatırdığı bankla əlaqə saxlasaq da, zəngimizə cavab verən olmadı.

Vəkillər kollegiyasının üzvü Əkrəm Həsənov deyir ki, bankların bu addımı vətəndaşların hüququnun pozulmasıdır: “Mülki məcəlləyə əsasən, vətəndaş banka qoyduğu depoziti qoyduğu müddətdən asılı olmayaraq, istənilən vaxt gedib geri götürə bilər. Bank əmanətin dörddə bir hissəsini dərhal, qalanını isə 5 iş günü müddətində geri qaytarmalıdır. Əgər bank pulu geri vermirsə, təbii ki, qanunu pozur. Əgər büdcəsində pul yoxdursa, o, Mərkəzi Banka müraciət etməlidir.

Mərkəzi bank müraciət edən bankı etibarlı sayırsa, ona kredit verəcək, yox, əgər etibarlı saymırsa, o zaman lisenziyasını ləğv edərək bankı bağlamalıdır ki, vətəndaşın pulu əmanətlərin sığortalanması fondu tərəfindən ödənilsin”, – deyə bank məsələləri üzrə ekspert Əkrəm Həsənov məsələyə aydınlıq gətirdi.

Ümumiyyətlə, ilin sonuna doğru əmanətlərin həcmində azalma müşahidə olunur. Bu, əhalinin banklara inamının azalmasının göstəricisidir. Hazırda fiziki şəxslərin əmanətlərinin 24%-i manatda, qalanı xarici valyutadadır.

Dolların bahalaşmasından sonra isə Banklar Assosiasiyası Nazirlər Kabinetinə təklif təqdim edib. Təklifdə deyilir ki, əhalinin banklarda qorunan əmanətləri üzrə 30 min manatlıq hədd və illik 12% dərəcəsi ləğv edilsin. Əgər bu təkliflər qəbul olunarsa, onda əhalinin banklarda olan bütün pulları 100% qorunmuş olacaq. Fevralda baş verən devalvasiyadan sonra insanlar banklarda olan əmanətlərinin böyük bir hissəsini dollara çevirib.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda bu partiyalar ləğv olunacaq – SİYAHI

Next Post

“Dövlət tibb müəssisələrinin böyük bir hissəsi özəlləşdirilə bilər” – Əli Əhmədov

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

"Dövlət tibb müəssisələrinin böyük bir hissəsi özəlləşdirilə bilər" - Əli Əhmədov

“Azəryolservis” də Ziya Məmmədovdan alındı - Sərəncam

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.