"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ərzaq məhsullarının qiyməti 5,9% artıb— Mərkəzi Bank

31 Dekabr 2015 - 09:25
in XƏBƏR LENTİ

Ərzaq məhsullarının qiyməti 5,9% artıb —  Mərkəzi Bank

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Azərbaycana göndərilən pul baratları ötən ilin eyni dövrü ilə müqayisədə 30%-dən çox azalıb

Azərbaycanda 2015-ci ilin sonuna tədiyə balansının cari hesabının pik ilində (2011-ci il) olan 17 mlrd. dollar həcmində profisitinin təxminən 0.5 mlrd. ABŞ dollarına düşməsi proqnozlaşdırılır.

Ölkə.Az-ın məlumatına görə, bu, Mərkəzi Bankının 2016-cı il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında əksini tapıb.

Mərkəzi Bankın bəyanatında qeyd edilib ki, bu ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 48,7% azaldığı halda, idxal, demək olar ki, dəyişməyib. İxracda azalma əsasən neft-qaz sektoru üzrə baş verib. Xarici ticarət balansının profisiti 5 dəfədən çox azalaraq 2.4 mlrd. dollar təşkil edib. İqtisadi tərəfdaş ölkələrdə yaranmış vəziyyət daxil olan pul baratlarına da təsir edib, ilkin rəqəmlərə görə, pul baratları ötən ilin eyni dövrü ilə müqayisədə 30%-dən çox azalıb. 2015-ci ildə ölkənin strateji valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilib. Hazırda strateji ehtiyatlar 39 mlrd. dollar təşkil edir ki, bu da 26.5 aylıq mal və xidmət idxalına kifayət edir və xarici dövlət borcunu 5 dəfədən çox üstələyir.

Cari ilin 11 ayında real ÜDM 3,1%, o cümlədən qeyri-neft iqtisadiyyatında 4% artıbr. ÜDM-in 69,3%-i qeyri-neft sektorunun payına düşüb. İqtisadi artımda daxili tələb, o cümlədən istehlak tələbi və investisiya qoyuluşları mühüm rol oynayıb. 2015-ci ilin 11 ayında ölkə iqtisadiyyatına investisiyaların həcmi 14.4 mlrd. manat təşkil edib. Əvvəlki illərdə olduğu kimi, cari ildə də dövlət investisiyalarının ölkədə investisiya aktivliyi mühüm rol oynayıb. 2015-ci ilin 11 ayında ev təsərrüfatlarının istehlak xərclərinə ilk növbədə gəlirlərin artımı təsir göstərib. Dövr ərzində əhalinin nominal pul gəlirləri 5,7%, orta aylıq əməkhaqqı isə 4,6% artıb.

Mərkəzi Bankın bəyanatında vurğulanır ki,  qiymətlərin sabitliyinin təmin edilməsi, inflyasiyanın təkrəqəmli səviyyədə saxlanması hesabat dövründə də Mərkəzi Bankın və hökumətin başlıca vəzifələrindən biri olub. 2015-ci ilin 11 ayında orta ilik inflyasiya 3,7% təşkil edib. Ərzaq qiymətlərinin artımı isə 5,9% olub. Nominal effektiv məzənnə, inflyasiya gözləntiləri və ticarət tərəfdaşlarında yüksək inflyasiya qiymətlərə artırıcı, pul təklifi və dünya qiymətlərinin dəyişimi isə azaldıcı təsir göstərib. Bundan başqa, bir sıra sosial əhəmiyyətli məhsulların qiymətlərinin tənzimlənməsi inflyasiya səviyyəsini azaldan amillərdən olub.

İnflyasiya tempi əhalinin nominal gəlirlərinin artım tempindən aşağı olub, nəticədə əhalinin sərəncamında qalan gəlirlər real olaraq 11 ayda 2% artıb. 2015-ci ilin 11 ayında ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya orta hesabla 8,3% təşkil edib ki, bu da Azərbaycandakı inflyasiyadan 4,6 faiz bəndi çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi 32% azalıb, kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi isə 2,3% artıb.

Ölkə.Az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bu gün qar yağacaq

Next Post

Sahibkarlar üçün bu sahələr üzrə lisenziyalar ləğv olunub – SİYAHI

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Sahibkarlar üçün bu sahələr üzrə lisenziyalar ləğv olunub – SİYAHI

Xanlar Vəliyev ordudakı cinayətlərdən danışdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.