"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Sahibkarlar üçün bu sahələr üzrə lisenziyalar ləğv olunub – SİYAHI

31 Dekabr 2015 - 09:33
in XƏBƏR LENTİ

lisenziya.jpg

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Dekabrın 21-də prezident İlham Əliyevin imzaladığı fərmanla Azərbaycanda qüvvədə olan 22 lisenziya növü ləğv edildi.

Lisenziyalaşdırılan fəaliyyət növləri ilə bağlı qaydalar aşağıdakı üstünlükləri də nəzərdə tutur: lisenziyalar müddətsiz oldu (bu, Azərbaycan Prezidentinin imzaladığı 21 dekabr tarixli “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” fərmanadək qüvvədə olan daha əvvəl verilmiş lisenziyalara da şamil edilir); lisenziya almağa görə dövlət rüsumunun həcmi 2 dəfə azaldılıb; lisenziyaların verilmə müddəti 15 iş günündən 10-dək azaldılıb. Həmçinin lisenziyaların verilməsi şərtləri sadələşdirilib.

Bundan sonra Azərbaycanda aşağıdakı sahibkarlıq fəaliyyəti növləri üzrə lisenziya tələb olunmur:

– etil (yeyinti) spirtinin və alkoqollu içkilərin (şərabın, konyakın, arağın və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər alkoqollu içkilərin) satışı, idxalı, istehsalı;
– tütün məmulatının satışı, idxalı, istehsalı;
– avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması;
– qiymətli metalların və qiymətli daşların istehsalı, istifadəsi, emalı, dövriyyəsi;
– mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti;
– neft məhsullarının satışı;
– turizm fəaliyyəti;
– auditor fəaliyyəti;
– qaz məhsullarının satışı;
– kartoqrafiya fəaliyyəti;
– ciddi hesabat blanklarının hazırlanması;
– əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı;
– gömrük brokeri, gömrük daşıyıcısı fəaliyyəti;
– ticarət gəmiçiliyi sahəsində: su nəqliyyatı ilə yük daşınması, su nəqliyyatı ilə sərnişin daşınması;
– əmtəə birjasının fəaliyyəti;
– hava nəqliyyatı ilə yük və sərnişin daşınması;
– xarici ölkələrdə Azərbaycan vətəndaşlarının işə düzəldilməsi zamanı fiziki şəxslərin vasitəçilik fəaliyyəti;
– enerji obyektlərinin quraşdırılması, təmiri və sazlanması;
– qeyri-dövlət pensiya fondlarının fəaliyyəti;
– gömrük anbarlarının və müvəqqəti saxlanma anbarlarının təsis edilməsi;
– yanğından mühafizə məkanlarının, binaların və qurğuların tikintisi, yenidən qurulması və təmiri;
– qeyri-dövlət fitosanitar xidmətləri, o cümlədən bitkilərin mühafizəsi vasitələri və aqrokimyəvi maddələr (satış və saxlanılması).

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsinə aid tədqiqatda deyilir ki, bununla da 19 mindən çox lisenziya və ya lisenziyalaşdırılmış fəaliyyət növlərinin təqribən 75 faizi ləğv edilib, lisenziyaların 25 faizi isə müddətsiz olub. (Turan)

Nazirlikdən qeyd ediblər ki, qüvvədə olan lisenziyaların sahiblərinin müraciətləri əsasında onlara müddətsiz lisenziyaların verilməsi təmin ediləcək.

“Lisenziya verən qurum İqtisadiyyat və Sənaye Nazirliyindən alınıb prezidentə tabe edilməlidir”

İqtisadçı ekspert Nazim Məmmədov deyir ki, əsas odur ki, lisenziyalar müddətsiz olsun: “Rüsumları az olmalıdır. İnhisarı yaradan əsas faktor olaraq losenziyanın verilməsi nazirliklərdən, komitələrdən ayrılıb antiinhisar departamentinə birləşdirilərək, statusu qaldırılmalıdır. Və qurum İqtisadiyyat və Sənaye Nazirliyindən alınıb prezidentə tabe edilməlidir”.

“Fərmanda əsas diqqəti çəkən məqam…”

Digər bir ekspert Elxan Mikayılov bildirir ki, ölkə başçısının lisenziyaların ləğvi və proseduraların təkmilləşdirilməsi, eləcədə ödənişlərin azaldılması ilə bağlı qərarı təqdirəlayiq haldır: “Fərmana diqqət yetirdikdə aydın olur ki, əsas dəyişikliklər bir çox fəaliyyət üçün lisenziyaların ləğv edilməsi, qalan fəaliyyətlər üçün rüsumların orta hesabla 2 dəfə azaldılması, lisenziyaların verilməsi proseduraların sadələşdirilməsi ilə bağlıdır. Fərmanda əsas diqqəti çəkən məqam gömrük, nəqliyyat, turizm və qiymətli metallarla bağlı bütün lisenziyaların ləğv edilməsidir”.

Ekspertlərin deyir ki, lisenziya ilə başlayan islahat digər sahələrdə də davam etməlidir. Yəni, sahibkar lisenziya rahat alıb, məmur maneçiliyi olmadan işini davam etdirsin.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ərzaq məhsullarının qiyməti 5,9% artıb— Mərkəzi Bank

Next Post

Xanlar Vəliyev ordudakı cinayətlərdən danışdı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Xanlar Vəliyev ordudakı cinayətlərdən danışdı

"Mersin İdman Yurdu" "Qarabağ"a rəsmi təklif göndərdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.