"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Mərkəzi Bank ikinci devalvasiyanın sirrini açdı – 1 milyard 245 milyon dollar

03 Yanvar 2016 - 09:49
in XƏBƏR LENTİ

Azərbaycan Mərkəzi Bankının “2016-cı il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanat”ında deyilir ki, valyuta ehtiyatları 5 milyard ABŞ dollarınadək düşüb.
Bununla da təkcə son bir ayda xəzinədə strateji valyuta ehtiyatlarının həcmi 1 milyard 245 milyon dollar azalıb.Çünki noyabrın sonunda Mərkəzi Bankın valyuta ehtiyatının həcmi 6 milyard 245.6 milyon dollar idi.
Bəyanatda o da deyilir ki, son 1 ildə Mərkəzi Bankın valyuta bazarında satışları 8 milyard ABŞ dollarını ötüb. Mərkəzi Bank güclü satışının xeyrini “neftin yüksək qiymətlərində iqtisadiyyatdan topladığı xarici valyutanı yenidən iqtisadiyyata” qaytarmaqda görür, çünki bunun nəticəsində iqtisadi subyekt balanslarının valyuta strukturu dəyişir.
Göründüyü kimi dekabr ayında dollar ajiotajı kifayət qədər güclü olub və Mərkəzi Bank bankların valyutaya tələbatını ödəmək üçün strateji ehtiyatlarını xeyli əridib. Bu da dekabrın 21-də Mərkəzi Bankın  tənzimlənən üzən məzənnə siyasətinə keçməsinin əsas səbəblərindən biridir. Çünki rəqəmlərdən göründüyü kimi Mərkəzi Bankın strateji valyuta ehtiyatlarının həcmi kritik həddə düşüb. Ölkənin baş bankı manatın kursunu sabit saxlamaq üçün bundan o yana səy göstərə bilməzdi.
Çünki ilin əvvəlindən müşahidə edilən tendensiya bunu deməyə əsas verirdi ki, Mərkəzi Bank təkcə may-iyun ayı istisna olmaqla manatı qorumaq üçün hər ay orta hesabla 800 milyon dollar dəyişib. Dekabr ayında isə neftin qiymətinin kritik 40 dollardan da aşağı həddə düşməsi əhalinin, kommersiya subyektlərinin və investorların manata etimadını daha da azaldıb. İkinci devalvasiya ərəfəsində Mərkəzi Bank hər həftə bir neçə yüz milyon dollar bazaar çıxarmalı olub. Lakin bu tədbir gözlənilən effekti verməyib və dollar ajiotajı səngiməyib. Nəticədə Mərkəzi Bank ayın sonunu gözləmədən tənzimlənən üzən məzənnəyə keçidi elan edib.
Lakin ikinci devalvasiyadan sonra valyuta bazarında hökm sürən vəziyyət bunu göstərir ki, manatın dollar nisbətdə 50 faizdən çox dəyər itirməsi də ajiotajı aradan qaldırmayıb. Dollara tələbat hələ də yüksək səviyyədə olaraq qalır. Nəticədə banklar Yeni il ərəfəsində dollar satışını praktiki olaraq dayandırıblar. Qara bazarda isə 1 ABŞ dollar hətta 3 manata satılıb. Mərkəzi Bank Yeni İl ərəfəsində dollar tələbatı məhdud şəkildə ödəmək üçün strateji rezervindən daha 100 milyon dollar banklara ayırsa da bu, vəziyyəti dəyişməyib.
İndi ekspertlər Yeni il tətili günlərindən sonra Mərkəzi Bankın manatın kursuna yenidən baxıb-baxmayacağını maraqla gözləyir. Strateji valyuta ehtiyatlarının 5 milyard dollara enməsi onu göstərir ki, baş bankirin-Elman Rüstəmovun manevr imkanları məhduddur. Hökumətin dollar satışını inzibati yolla məhdudlaşdırmaq tədbirləri səmərə verməsə Mərkəzi Bank manatın kursuna yenidən baxa, yaxud üçüncü devalvasiyanı elan edə bilər.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Səudiyyə ilə İran müharibə astanasında

Next Post

Üfüqdə görünən xaos: Xalq siyasi səhnəyə qayıdır?

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Üfüqdə görünən xaos: Xalq siyasi səhnəyə qayıdır?

Anar Məmmədov avtomobillərini ölkədən çıxarır-FOTOLAR

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.