"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakının mərkəzində növbəti “ağac soyqırımı“..? – Fotolar

11 Yanvar 2016 - 09:30
in XƏBƏR LENTİ

Nəsimi rayonu, Moskva prospekti 96 ünvanında yaşayan sakinlər ərazidə yerləşən parkın hasarlanmasından və onun sökülüb yerində çoxmərtəbəli bina tikiləcəyindən şikayət edirlər.

Sakinlərin sözlərinə görə, hasarlanmış parkın içindəki oturacaqlar artıq sökülüb.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

virtualaz.org saytının əməkdaşları adıçəkilən ünvanda olublar.

Sakinlərdən bir neçəsi ilə söhbətdə məlum olub ki, onlara parkın yenidən təmir olunacağı bildirilsə də, adıçəkilən ərazinin tikinti şirkətlərindən biri tərəfindən alındığı ehtimalı da var. Taksi sürücülərinin və yaxınlıqdakı binalarda yaşayan sakinlərin də bir qismi bu fikirdədir ki, park təmir adı ilə bağlanıb, əslində isə orada bina tikilə bilər.

“Ola bilsin ki, təmir edəcəklər, amma bu yaxınlıqda da bir ərazi var idi, əvvəlcə təmir adı ilə bağladılar, sonra yerində çoxmərtəbəli bina tikdilər”, – deyə yaxınlıqda yaşayan Rafiq adlı sakin bildirib.

Onun fikirlərini inkar edən digər bir qonşu Cəbiyev Güləşir isə bildirib ki, parkın təmir edilməsi üçün o özü 10-15 qonşunun adından Prezidentə müraciət edib. Bundan sonra Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi ona zəng edib və bildirib ki, park tezliklə təmir olunacaq: “İcra hakimiyyətinin təsərrüfat işləri üzrə şöbə müdiri Qurban İsmayılov özü mənimlə əlaqə saxladı və bildirdi ki, park yaxın günlərdə təmir olunacaq. Hazırda parkın hasarlanmasının səbəbi də elə bu təmir işləridir. Bir neçə gün əvvəl gecə saat 11-dən gətirib bura beton töküb hasar çəkməyə başlayıblar”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə isə, adıçəkilən ünvana baxış keçirilib və məlum olub ki, həmin sahə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən abadlıq işləri aparılması məqsədilə hasara alınıb: “Ərazidə ağac kəsintisi faktı aşkar ediməyib və həmin yerdəki mövcud ağaclar sayılaraq rayon Mənzil Kommunal İstismar İdarəsinə təhvil verilib.

Ərazi Nazirliyin əməkdaşları tətəfindən nəzarətə götürülüb.

Ümumiyyətlə isə problem ondadır ki, yerli icra hakimiyyətləri tikinti və abadlıq işləri üçün sərəncam verərkən bunu ETSN ilə razılaşdırmır və ərazidəki yaşıllıqların mühafizəsi üçün tədbirlər görmürlər. Hətta aidiyyəti qurumlar tərəfindən torpaq sahələri xüsusi mülkiyyətə verilərkən ərazidəki mövcud yaşıllıqlar nəzərə alınmır və həmin yaşıllıqların mühafizəsi mülkiyyətçi qarşısında öhdəlik kimi qoyulmur, nəticədə yaşıllıqlar kəsilərək yerində tikintilər aparılır.

Buna görə də ETSN ağac kəsiləndən sonra nəticə ilə mübarizə aparmalı olur. Belə hallar artıq mütəmadi xarakter aldığına görə Nazirlik tərəfindən müvafiq təklif hazırlanır ki, yerli icra orqanları sərəncam verməzdən əvvəl həmin ərazini ETSN ilə razılaşdırsınsınlar. Yəni əvvəlcədən əraziyə baxış keçirilsin, yaşıllıqların mövcud vəziyyəti müəyyən edilsin və mühafizəsi nəzarətə götürülsün. Bu təkliflər hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim olunacaq”.

Nəsimi Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Qurban İsmayılov virtualaz.org-a açıqlamasında bildirib ki, 1 hektara yaxın ərazisi olan park icra hakimiyyətinin hesabına təmirə bağlanıb: “Orada uşaqlar üçün attraksionlar, idman alətləri quraşdırılacaq, tamet döşənəcək, bir sözlə, ümumilikdə əsaslı təmir aparılacaq”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Maşın bazarında kəskin ucuzlaşma 

Next Post

Rusiya Suriyanı bombaladı – 70 ölü, 133 yaralı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Rusiya Suriyanı bombaladı - 70 ölü, 133 yaralı

Avro bahalaşdı, dollar sabit qaldı - Bugünkü məzənnə

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.