"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan Türkiyəyə qarşı viza rejimini aradan qaldıracaqmı?

11 Yanvar 2016 - 09:51
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 Azərbaycan Türkiyəyə qarşı viza rejimini aradan qaldıracaqmı?

İlham İsmayıl: “Bu, İranla bağlı olan məsələdir”

Türkiyə bu ilin iyunundan etibarən Avropa İttifaqına daxil olmayan 89 ölkəyə viza rejimi tətbiq edəcək. Əsas məqsəd Suriya, Əfqanıstan kimi ölkələrdən Avropaya miqrant axınını əngəlləməkdir. Türkiyə öz vətəndaşları üçün viza sərbəstliyinə nail olmağın əvəzində bu sahədə üçüncü ölkələrə yönəlmiş siyasətini Aİ normaları ilə uyğunlaşdırmaq barədə öhdəlik götürüb. Bu səbəblə, Aİ-nin viza rejimi tətbiq etdiyi bütün ölkələrə Türkiyə də viza tətbiq etməlidir.
Qardaş ölkənin bu qərarı verməsinin ardından Azərbaycana qarşı da viza rejiminin tətbiq olunub-olunmayacağı məsələsi gündəmə gəlib. Çünki indiyə qədər Türkiyə ölkəmizə qarşı viza rejimi tətbiq etməyib. Türkiyə Xarici İşlər Nazirliyindən isə “Trend”ə bu xəbəri təkzib ediblər. Nazirlikdən deyiblər ki, Türkiyənin ölkəyə gələn Azərbaycan vətəndaşlarına viza tətbiq edəcəyi haqqında məlumat XİN-ə daxil olmayıb və Azərbaycan vətəndaşlarına qarşı hər hansı viza dəyişikliyi ediləcəyi gözlənilmir.
Bütün bunların fonunda zaman-zaman geniş müzakirələrə, narazılıqlara səbəb olan Azərbaycanın Türkiyəyə qarşı viza rejimini aradan qaldırmaması yenidən gündəm olub. Maraqlıdır ki, Rusiyaya viza rejimi tətbiq olunmasa da, qardaş ölkəyə qarşı qoyulan bu məhdudiyyət hələ də aradan qaldırılmayıb. Ötən ilin noyabrında hər iki ölkənin prezidentlərinin görüşündən sonra bu məhdudiyyətin aradan qaldırılacağı deyilsə də, məsələ hələ də həllini tapmayıb. Bəzi ekspertlər hesab edirlər ki, regionda gərginləşən münasibətlər fonunda Azərbaycan Türkiyəyə qarşı viza rejimini aradan qaldırmalıdır. Xüsusilə, düşmən ölkə olan Ermənistana daim dəstək verən şimal qonşumuz üçün vizanın olmaması, bu məsələdə əsas narazılıq yaradan səbəblərdən biridir.
 
Sabiq MTN-çi İlham İsmayıl bildirdi ki, Türkiyəyə qarşı viza rejiminin aradan qaldırılmamasına səbəb İranla bağlı olan məsələdir: “Bu siyasi iradə məsələsidir. İrandan çəkinmək anlamına gəlir. Burada qeyri-rəsmi əsaslandırırlar ki, Azərbaycan İrana qarşı viza rejimi tətbiq etdiyinə görə Türkiyəyə də bunu tətbiq edir. Guya ki, İranla münasibətləri saxlamaqdan ötrüdür. Amma burada əsas məsələ yenə də deyirəm ki, siyasi iradədir. Siyasi iradə olandan sonra İrandan heç bir təhlükə gələ bilməz. Rusiya və İranın ölkəmizə qarşı münasibətləri eynidir. Ona görə də, Rusiyanı İran qısqanmır. Amma Türkiyə məsələsində belə deyil. Bu baxımdan bildiyim qədəri bu, İranla bağlı olan məsələdir”.
İ.İsmayıl Azərbaycanın indiki vəziyyətdə Türkiyəyə qarşı viza rejimini aradan qaldırmasının vacibliyini də vurğuladı: “Gələcəyə ehtiyac yoxdur, bu məsələni bu gün etmək lazımdır. Siyasi iradə ortaya qoyulmalıdır. Bu məsələlərə qardaş ölkə çox anlaşıqlı yanaşır. Bölgədəki vəziyyəti yaxşı anlayırlar. Lüzumsuz yerə siyasi iradə bəzi məsələlərdə göstərilir, amma bizə qardaş olan ölkəyə qarşı bu iradə göstərilmir. Özü də bəzi məsələlərlə əsaslandırmaq olar. Məsələn, gediş-gəlişin çox olduğunu göstərmək olar”.
 
Sabiq MTN-çi əhalinin narazılığını əsas gətirib, hökumətin bu cür addımlar ata biləcəyini də qeyd etdi:“Almaniya, ABŞ və digər böyük ölkələr qarşısında siyasi iradə göstərən bir ölkənin bu məsələdəki mövqeyi onun regionda lider olmasını sual altına qoyur. Gürcüstan, Ukraynaya Avropa çıxış üçün vizasız rejimin tətbiqi, ölkəmizin bu məsələdə ”yetim” kimi kənarda qalması aparılan siyasətin göstəricisidir. Türkiyənin belə qərar alması göstərilən təzyiqin nəticəsidir. Amma Türkiyə bu vəziyyətdə yenə də siyasi iradə ortaya qoyur və ölkəmizə qarşı viza rejimi tətbiq etmir. Qardaşlıq münasibətlərində hər şey üstün olmalıdır. İrana başa salmaq lazımdır ki, bu məsələlərdə bizə qarşı heç bir təzyiq edə bilməzsiniz”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bu gün Zəlimxan Yaqubla vida mərasimi olacaq

Next Post

`Mən nə gəlin, nə də bəyəm` – Putindən sərt sözlər

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

`Mən nə gəlin, nə də bəyəm` – Putindən sərt sözlər

Dolları baha satan 11 nəfər tutuldu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.