"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Zəngim çatsa deyəcəkdim, darıxma – Zəlimxan Yaqub haqqında

11 Yanvar 2016 - 17:27
in XƏBƏR LENTİ

Sabir RÜSTƏMXANLI

Yardımlıda, Savalanla üz-üzə, vaxtilə Şah İsmayıl Xətainin ova gəldiyi, Şahnişin (Şah oturan) deyilən yaylada, arandan başlayaraq, hər yerdə gədiklərlə, dağların sırtiyla uzanıb Ərdəbilə doğru aşan El Yoluyla Güneylə aramızı kəsən sərhədə doğru addımlayirdıq. Yayın əvvəli olsa da, burda bahar hələ yenicə başlanırdı, dəniz dalğaları kimi bir-birini əvəz edən aşırımlar başdan-başa mavi, sarı, bənövşəyi çiçəklərlə bəzənmişdi. Orda-burda gözə dəyən ağ-qırmızı laləliklər sanki uzaq döyüşlərin qanlı yadigarlarıydı. Başımızın üstündə öz səsindən asılıb qalan torağayların səsi olmasa, elə bilərdin zirvələrin bu dərin sükutu dünya yaranandan bəri davam edir və sonsuzadək pozulmayacaq. Gözəlliyindən göz doymayan çəmənliklərin arasıyla qoşa təkər izi iki saz sımı kimi ağarır və bu birgəliyə məhkumluq, eyni zamanda, görüşə bilməmək sərhəd ayrılığının kədərini bir az da dərinləşdirir. Qonağım Zəlimxan Yaquba dağların əsiri olmuş balaca kəndləri böyük dünyaya bağlayan yeganə sirli bağ olduğuna və bizi də hər yaz bu yaylaq obalarına qaldırdığına görə mənə doğma olan bu El Yolunun uşaqlıq illərindən ürəyimi qeyri-adi bir cazibəylə uzaq səfərlərə çəkdiyindən danışıram. Qələm dostum qədər sınədəftər olmasam də gənclik illərində bu yola sevgimin ifadəsi kimi yazdığım “Vəsiyyət” şerini deməkdən özümü saxlaya bilmirəm:
“Məzarımı El yolunda qazdırarsınız,
O yolda ki, indi onu sərhədlər kəsir,
o yolda ki, yaz gələndə arandan dağa köç çatılır,
ilxı qalxır, ellər tələsir”.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Üçüncü yoldaşımız Məmməd Aslan gül-çiçək ümmanını görən kimi bizi unudub. Arı kimi güldən-gülə qonur, kamerasını dəqiqələrlə bir su şırnağına, bir qarışqa yuvasına yönəldib səbrlə çəkir. Amma yəqin bizim bu qoşa izlərə düşüb getməyimiz də, gözündən yayına bilməzdi və yəqin ki, zəngin vidiogörüntülərinin hansı bir səhifəsindəsə iki dostun geri dönməyəkcəsinə sərhəddə doğru o yürüşləri və dağ azadlığının gətirdiyi xoş zarafatları də əksini tapıb.

Bir neçə günlüyə Bakıdan qopmağımız, Güneylə Quzeyi birləşdirən bu tarixi yolun bir ucunun Ərdəbilə, Təbrizə bağlı olması, Xətainin at oynatdığı yerlərdə gəzməyimiz və bəlkə onun da su içdiyi bulaqlardan su içməyimiz Zəlimxanı qanadlandırmışdı. Bunu görəndə ”Yaxşı ki sazını götürmüsən!” dedim.

Sonra Dəvəboynu adlanan yerdə, bulaq başında oturanda şair dostumun bayaqdan bəri sinəsini qabardan duyğular sazının səsiylə yaylaqlara yayılacaqdı. Yan tərəfdəki qayalar o qədər ucadır ki, sanki üstümüzə aşacaqlar. Elə bil dünyanın bütün qartallarını bu qayalara yığıblar və aşağıdan baxanda onların qayalara enib-qalxmaları arıların öz pətəkləri ətrafında dolanmasına bənzəyir. Oturduğumuz talanın aşağı qırağında, uçurumun başında ildırım vurmuş qocaman palıd ağacının nəhəng kösövə dönmüş qap-qara , vahiməli heykəli ucalır. Bu görkəmiylə ağac bir qaya parçasıydı sanki, ancaq o həm də sərhəd məftillərinin “qurutduğu” El Yoluna və ildırım vurmuş taleyimizə də bənzəyirdi. Lakin bir azdan Zəlimxan uzaqlardan gəlmiş bir Ozan görkəmiylə uçurumun başında O kösövə dönmüş möhtəşəm ağacın altında dayanıb tarixin çiynimizə yüklədiyi bütün ağriları “Yanıq Kərəmi”ylə dilə gətirəndə anladim ki, yaylaqlarımızın əsil görünüşü o güllü-çiçəkli çəmənlər deyil, ildırımın kösövə döndərdiyi və cansız heykəlində də əzəməti azalmayan Yanıq Palıd ağacıdır…

Bu ağac həm də Kərəmin heykəlidir. Zəlimxanın çalğısında Borçalının, itiriyimiz İrəvan-Göyçə torpaqlarının, Türküstandan Kıprısa bütün türk yurdlarının ağrı-acısı səslənirdi. O gün hər iki dostumun torpağını itirmək və öz yurdunda başqasından asılı olmaq dərdləri mənim çiynimə yüklənmişdi...

İndi daha Zəlimxan yoxdur. Sözün şöhrəti və şəraitin sıxıntılarıyla, Allahın istedadı və bəndələrin o istedadı istismar ehtiraslariyla dolu olan, həyatın faciəsini də sözün təntənəsinə çevirməyi bacaran çətin bir şair ömrü bitmişdir.
Yanan da var, köhnə bayatıları təkrarlayanlar da… Bunlar Zəlimxanın nə özünün, nə sözünü dəyərinə təsir göstərməz. Zatən başqalarına qiymət verməyə, özünü hakim yerinə qoymağa qalxan hər kəs əslində özünün kimliyini və nəyə layiq olduğunu göstərir. Millətimizin xroniki xəstəliklərindən biri də qeybətdir və bu xəstəliyə tutulanlar anlamadan öz ömürlərini baltalayırlar. Şairin sözü özünü qoruya bilməsə başqa kimsə onu qoruya bilməz. Və tərsinə, sözüylə özünə ölməzlik qazananları da heç bir dedi-qodu şəbəkəsiylə unutdurmaq olmaz. Bu barədə geniş danışmağa ehtiyac yoxdur. Bir həqiqət inkarolunmazdır: İqtidarda da, müxalifətdə də istedadsız və xırda adamlar kimsəni maraqlandırmır, sevilən və ya inkar olunanlar da böyüklər və xalq arasında sözünün təsiri olan adamlardır… Xalq umduğundan küsür, vecsiz adamlardan yox!

Mən Zəlimxanı gənclik vaxtından, Bakıda kitab ticarəti sahəsində işlədiyi illərdən tanıyırdim. Sonra “Yazıçı” nəşriyyatına gəldi, bir yerdə çalışdıq, yuxarıda yazdığım Yardımlı səfərinə bənzər səfərlərimiz, oxucu görüşlərində, kitab müzakirələrində çoxlu birgə çıxışlarımız oldu. O, Əli Kərim demiş “məhəbbətdən qaşığacan”, hər şeyi halal zəhməti və istedadıyla qazanmışdı. Bakıda Borçalının qüdrətli səsiydi. O mühitdən çıxmış bir sıra tanınmış qələm sahibiylə birgə Borçalının mənəvi və ədəbi dünyasının Azərbaycandan ayrılmaz olduğunu sübut eləmişdi. Bəziləri onu aşağılamaq məqsədiylə “aşıqdır” deyirlər. Türk əxlaqı və ruhunun beşiyi və yanar kürəsi olmuş böyük irfan ədəbiyyatının,Yunis Əmrə, Pir Sultan Abdal, Qurbani, Abbas Tufarqanlı, Aşıq Ələsgər, Aşıq Veysəl yolunun davamçısı olmaq zınqırovlu-mınqırovlu ərəb-fars ibarələriylə dolu və bizi başqalarının süfrəsinə çəkən yazılı şeirbazlıqdan min qat artıqdır. Bununla yanaşı, Zəlimxan həm də Füzulidən Şəhriyaradək klassik ədəbiyyatımızın bilicisiydi və ona bağlıydı.

Saz Zəlimxanın gücsüzlüyü yox, gücüydü, böyüklüyüydü. Çağdaş ədəbiyyatımızda sazla sözün vəhdətini saxlamaq baxımından Zəlimxana bənzər qələm sahiblərimiz, təəssüf ki, yoxdur.

Xəstə olsa da diqqətliydi. Zəng vurub mənim mətbuatdakı yazılarım və ya başqa dostlarımızın yazıları barədə fikirlərini bölüşərdi. Ancaq son vaxtlar zənglərimə cavab vermirdi. Yəqin nömrəsini dəyişib, deyirdim. Sonra öyrəndim ki, başqalarına da cavab vermir. Zəngim çatsa deyəcəkdim ki, darıxma, özün xəstə olsan da, sözün Məmməd Arazın sözü kimi sapsağlamdır…

Bu dünyanın dərdlərinə vida etdiyini, sevdiyi böyüklərin dünyasına qovuşduğunu Azərbaycandan kənarda eşıtdim… İldırım vurmuş palıd ağacını xatırladım və qulağımda Zəlimxanın Yanıq Kərəmisi səsləndi.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanın 892 milyon borcu var – Türkiyə Hesablama Palatası

Next Post

Prezident Zəlimxan Yaqubun vida mərasimində – Fotolar

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Prezident Zəlimxan Yaqubun vida mərasimində - Fotolar

Son iqtisadi hadisələr Milli Məclisdə müzakirə ediləcək – Yeni layihə

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.