"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Gürcü xalqı “Qazprom“a qarşı çıxdı – Mitinq

11 Yanvar 2016 - 19:50
in XƏBƏR LENTİ

Mixail Saakaşvilinin partiyası Gürcüstan hökumətindən Rusiyanın “Qazprom” şirkəti ilə qaz müqaviləsi bağlandığını elan etməyə çağırıb.

ans press-in məlumatına görə, etirazçılar müqavilə elan edilmədiyi təqdirdə partiya üzvlərinin dövlət əleyhinə irimiqyaslı aksiyalar keçirəcəyini bəyan ediblər.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Gürcüstan hökuməti xalqından gizli formada Rusiya ilə danışıqlar aparır. Bu danışıqlarda Gürcüstanın enerji bazarına Rusiyanın “Qazprom” şirkətinin daxil edilməsini nəzərdə tutulur. Bütün bunlar Rusiyanın siyasi maraqları ilə birbaşa bağlıdır. Hakimiyyətin bu addımı Gürcüstanın energetika və milli müstəqilliyinə təhlükə yaradır”, – deyə etirazçıların bəyanatında bildirilir.

Bundan başqa, sabiq prezident Mixail Saakaşvilinin “Vahid milli hərəkat” partiyasının üzvləri bildiriblər ki, bu müqavilə Azərbaycanla energetika sahəsində əməkdaşlığa xələl gətirəcək. Azərbaycan tərəfi bir neçə il ərzində stabil olaraq Gürcüstanın enerji bazarını qazla təmin edir. Hətta bir neçə dəfə istənilən miqdarda qaz nəql etməyə hazır olduğunu bildirib. Etirazçılar həmçinin “Qazprom”dan asılı olduqları illəri xatırlayıblar.

Bir neçə gün əvvəl isə Gürcüstanın energetika naziri Kaxa Kaladzenin Rusiyanın “Qazprom” şirkətinin nümayəndələri ilə İsveçrədə gizli görüş keçirdiyi bərədə məlumatlar yayılmışdı.

Kaladze “Qazprom”un ixrac rəhbəri Yelena Burmistrova ilə qaz məsələsini müzakirə edib. Gürcü ekspert Soso Tsiskarişvilinin iddiasına görə, Gürcüstan Azərbaycandan ixrac etdiyi “mavi yanacağ”ın 50%-ni Rusiya qazı ilə əvəz etmək niyyətindədir. Kaladzenin İran və Rusiya ilə ilk gizli qaz danışıqları ötən ilin sentyabrında üzə çıxmışdı. Amma həmin vaxt heç bir tərəflə razılaşma əldə olunmamışdı.

Gürcüstanın bir çox müxalifət partiyaları hakim partiyanın Rusiya ilə enerji əməkdaşlığına etiraz edir. Çünki Rusiya Gürcüstanın Cənubi Osetiya və Abxaziya vilayətini nəzarəti altında saxlayır. Həmin vaxtdan etibarən iqtisadi və siyasi əlaqələr dayandırılıb.

Rusiyanın xarici enerji strategiyasına nəzər saldıqda onun bir çox hallarda öz nüfuzundan siyasi məqsədləri üçün istifadə etdiyini görə bilərik. Rusiya və Türkiyə arasında vəziyyət gərginləşdikdən sonra rəsmi Moskva enerji və ticari əlaqələrini siyasi məqsədləri üçün istifadə etdi. Münasibətlər korlandıqdan sonra Rusiya Türkiyəyə bir çox iqtisadi sanksiyalar tətbiq etdi.

Hər halda gürcü xalqı regionda baş verən prosesləri diqqətlə izlədiyi üçün Rusiya ilə əməkdaşlıqdan çəkinir. Ona görə də siyasi hakimiyyəti bu məqsədindən çəkindirməyə çalışır. Onlar həm də Azərbaycan kimi etibarlı tərəfdaşı itirmək istəmirlər.


Kaxa Kaladze – Gürcüstanın energetika naziri

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Hacı Madərin marketi cərimələndı

Next Post

Sabahın hava proqnozu: 15 dərəcə isti olacaq

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Sabahın hava proqnozu: 15 dərəcə isti olacaq

Gömrük Komitəsi qiyməti qaldırıb? - Rəsmi açıqlama

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.