"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ölümə məhkum edilən Sokratın məhkəmə nitqindən parçalar

11 Yanvar 2016 - 20:51
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Sokrat

“Artıq ayrılmaq vaxtı gəldi. Hərə öz yoluyla getsin. Mən ölməyə, siz isə yaşamağa..Hansı daha yaxşıdır? Bunu Tanrıdan başqa heç kəs bilə bilməz.”

Həqiqi müdriklə tanış olmaq zamanıdır:

SOKRATIN MƏHKƏMƏ NİTQİNDƏN PARÇALAR

Böyük yunan filosofu Sokrat onu gözü götürməyənlərin paxıllıqlarının hədəfi olmuş,“tanrıları təhqir etmək”, “gənclərin tərbiyəsini pozmaq” kimi saxta ittihamlarla mühakimə olunmuş və zəhər içirməklə ölümə məhkum olunub.

Amma qoca filosof bu qərarı mudrikliklə qarşılamışdı. .Aşağıda Sokratın məhkəmədə söylədiyi nitqdən parçaları Azərbaycan dilində təqdim edirik.

Bu fikirlər bir həyatın son akkordları hesab olunduğu üçün həm də Sokrat müdrikliyinin zirvəsi sayılmalıdır.

“Afinalılar,

Həqiqət budur ki, yalnız bir gerçək müdrik var, o da Tanrıdır.

Və Tanrı bu tapmacası ilə insan müdrikliyinin çox az şey ifadə etdiyini göstərmək istəyir. O bu işdə sadəcə mənim adımı misal olaraq çəkir və demək istəyir ki: ”Ey insanlar, sizin ən müdrikiniz – Sokrattək heç nə bilmədiyini biləndir”.

Bəlkə içinizdən bəziləri belə deyəcəklər: ”Sokrat, səni ölüm cəzasına məhkum olmağa gətirib çıxaran bir həyat yaşamaqdan utanmırsanmı?” Onlara belə cavab verərəm: Səhv edirsiniz. Ən mənasız insan da həyatını yaşamaq və ya ölmək ehtimallarını hesablamaqla keçirməməlidir. İnsanı bir şey düşündürməlidir: Əməli yaxşıdır, yoxsa pis. Yaxşı insan kimi yaşayır, yoxsa pis.

Heç kəs, insanın başına gələ biləcək ən pis şey sayılan ölümün bəlkə də yaxşılıq olduğunu bilə bilməz. Bu məlumatsızlıq, yəni insanın bilmədiyi bir şeyi bildiyini zənn etməsi aşkar bir cəhalət deyildirmi?…

…Əgər bir adam hər şeyi edəcək və söyləyəcək qədər gücsüzsə hər təhlükə qarşısında ölümdən qaçmaq üçün saysız yol tapa bilər. Çətin olan – ölümdən qaçmaq deyil, haqsızlıq və pislik etməkdən qaçmaqdır..Sizin istədiyiniz kimi danışıb yaşamaqdansa,öz istədiyim kimi danışıb ölməyi üstün tuturam.

İnsanları öldürərək yaşadığınız pis həyata görə qınaqlardan qurtulacağınızı hesab edirsinizsə yanılırsınız. Bu nə mümkün,nə də şərəfli yoldur. Əsl ləyaqətli yol başqalarını susdurmaq deyil, özünüzü mümkün olduğu qədər düzəltməkdir…

Amma niyə,əziz dostum Krito, adi insanların düşüncələrinə bu qədər önəm verirsən? Vacib olan – dərin düşüncəli insanların fikirləridir. Onlar həqiqətləri olduğu kimi qəbul edirlər..

…Müharibələr,çarpışmalar, ayrılıqlar nədən irəli gəlir? Bütün müharibələr pul üçün edilir, pul isə bədən üçün, ona kölə kimi qulluq etmək üçündür.

…Və ölümün yaxınlaşmağından şikayət edən bir insan görsəniz bilin ki, bu onun müdrikliyindən yox, bədənə, yaxud pula, yaxud da hər ikisinə aşiq olmasından qaynaqlanır.

Ancaq bir qorxu, zövq və ya əzabı bir başqa qorxu, zövq və ya əzaba, sanki bunlar sikkələr imiş kimi dəyişmək əxlaqi baxımdan düzgün bir mübadilə deyildir.

Sevgili dostum Simias, bütün bunları yalnız müdrikliyə dəyişmək olar. Sadəcə onunla həqiqi cəsarətə, ölçüyə və ədalətə yetişə bilərik…

..Deməli, ruhun ölümsüzlüyü açıq-aşkar məlum olduğuna görə, onun üçün həqiqi əxlaqdan və müdriklikdən başqa qurtuluş yoxdur. Çünki ruhun o biri dünyaya səyahəti zamanı yanında apara biləcəyi tək şey təlim və tərbiyədir.

İnanclı insanlar həyatını başa vurarkən bu dünyəvi həbsxanadan qurtulub yuxarıdakı təmiz və saf evlərinə gedib orda məskunlaşarlar…

Afinalılar!

Övladlarım böyüyəndə əxlaqdan çox var-dövlətə və başqa şeylərə maraq göstərsələr, mənim sizinlə məşğul olduğum kimi siz də onlarla məşğul olun. Onları xəbərdar edin. Önəm vermələri gərəkən şeylərə önəm verməzlərsə, bir heçlik olduqları halda özlərini böyük bir şey hesab edərlərsə, mən sizi necə danlamışamsa siz də onları o cür danlayın.

Artıq ayrılmaq vaxtı gəldi. Hərə öz yoluyla getsin. Mən ölməyə, siz isə yaşamağa..Hansı daha yaxşıdır? Bunu Tanrıdan başqa heç kəs bilə bilməz.”

Hazırladı Ruslan Süleymanlı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda sualtı gəmi inşa olunur

Next Post

Ermənistanın itirdiyi hərbçilərin sayı açıqlandı – 76 ölü

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ermənistanın itirdiyi hərbçilərin sayı açıqlandı - 76 ölü

Eldar Mahmudovun daha bir qurbanı üzə çıxdı:“120 min manatımı aldılar...”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.