"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Sanksiyalar arxa plana keçir?

12 Yanvar 2016 - 09:03
in SEÇMƏ XƏBƏRLƏR, SİYASƏT

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

 Sanksiyalar arxa plana keçir?

Pentaqonun Konqresə təsir göstərməsi vəziyyəti dəyişə bilər

ABŞ Helsinki Komissiyasının rəhbəri, ABŞ Konqresinin nümayəndələr Palatasının üzvü Kristofer Smitin Azərbaycan və onun hakimiyyətinə qarşı hazırladığı və Helsinki Komissiyasında qəbul edilən “Azərbaycanda Demokratiya Aktı” adlı qanun layihəsi ətrafında yaşanan ajiotaj bir müddətdir səngiyib. Belə bir təəssürat yaranır ki, sanksiyaları nəzərdə tutan qanun layihəsi gündəmdən çıxarılır və hətta Konqresdə müzakirəyə də çıxarılmaya bilər. 
Siyasi ekspertlər isə bildirir ki, ABŞ-da yeni il tətili hələ də davam edir. Son günlər bu mövzunun arxa plana keçdiyi təəssüratının yaranması həm bununla, həm də ABŞ prezidentindən Azərbaycan prezidentinə Vaşinqtonda keçiriləcək nüvə sammitinə dəvətin göndərilməsi ilə bağlıdır. Sanksiya məsələsinin tətildən sonra yanvarın axırı, fevralda Konqresin komitələrində müzakirəyə çıxarılması gözlənilir.
Ümid Partiyasının sədri İqbal Ağazadə isə hesab edir ki, Barak Obamanın İlham Əliyevi nüvə sammitinə dəvət etməsi hadisəsi sanksiya məsələsini arxa plana keçirmir: “Çünki bunlar bir-biri ilə əlaqəli məsələlərə oxşamır. Nəzərə almaq lazımdır ki, ”Azərbaycanda demokratiya aktı” adlı qanun layihəsi Helsinki Komissiyasında Barak Obamanın Azərbaycan prezidentinə məlum dəvəti göndərməsindən sonra qəbul edilib”.
İ.Ağazadə onu da qeyd etdi ki, Azərbaycan ABŞ-la müqayisədə çox kiçik ölkə olsa da Vaşinqton üçün çox böyük əhəmiyyətə malik strateji komponentdir. Vaşinqton bu komponentin əldən çıxmasını istəməz:“Düşünmürəm ki, Azərbaycan ABŞ-la münasibətləri o səviyyə çatdırar ki, adekvat addımlar atılmış olsun. Azərbaycan regionda marağı olan ölkələr, xüsusilə ABŞ üçün strateji əhəmiyyət daşıyan bir ölkədir. Azərbaycan Rusiya və İranın arasında olan elə bir strateji nöqtədir ki, bu məsələdə demokratiyanın sərhədinin cızılması və yeni dünya düzənində tutacağı yer çox mühümdür. Buna görə də Azərbaycandan ABŞ-ın imtina etməsi və ya Azərbaycanı proseslərdən sıxışdırması o qədər rahat deyil. Amma hər halda, Azərbaycan tərəfinə irəli sürülən tələblər də üzərindən vaz keçiləcək tələblər deyil. Çünki bu elə məsələdir ki, həm də dəyərlərə və prinsiplərə sadiqlik məsələsidir. Hesab edirəm ki, Azərbaycan hökuməti dil tapmalıdır, dövlətin və Azərbaycan xalqının ziyan görməsinə imkan verməməlidir. Mən arzulayardım ki, məsələnin sanksiyalarla yekunlaşmaması üçün dil tapılsın. Bir neçə gündən sonra bilinəcək ki, proseslər hansı istiqamətə gedəcək”.
Bir çox siyasətçilər isə Azərbaycanın Pentaqon üçün xüsusi önəm daşıdığına diqqəti cəlb edirlər. Qeyd edilir ki, təkcə Azərbaycanın üzərindən Pentaqonun təyyarələrinin gediş-gəlişi faktı Azərbaycanın Pentaqon üçün necə ciddi komponent olduğunu söyləmək üçün yetərlidir. Pentaqonun Ağ Evə, ABŞ Konqresinə təsir imkanları var. Bu baxımdan, Pentaqon Azərbaycan kimi mühüm komponentdən məhrum olmamaq üçün Konqresin Azərbaycana qarşı sanksiyalar qanununu qəbul etməsinin qarşısını almağa çalışa bilər.
Xatırladaq ki, sözügedən qanun layihəsi Azərbaycan hökumətinin yüksək vəzifəli üzvlərinə ABŞ vizası almaq qadağasının qoyulmasını, onların biznes əlaqələrindən əhəmiyyətli dərəcədə gəlir əldə edən şəxslərə, hökumətin təhlükəsizlik və ədliyyə orqanlarının nümayəndələrinə viza qadağalarının qoyulmasını nəzərdə tutmaqla yanaşı, maliyyə sanksiyalarının, Azərbaycanla iqtisadi əlaqələrin kəsilməsini nəzərdə tutur. Bəzi siyasətçilərin fikrincə, 14 maddədən ibarət bu qanun layihəsinin 80 faizi Azərbaycan xalqına, 20 faizi birbaşa hakimiyyətə qarşıdır.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Banklar əhalini aldatmaqla pul qazanmaq istəyir

Next Post

Rusiyadan ermənilərə “tərs şillə” effektli zərbə – tanınma olmayacaq

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Rusiyadan ermənilərə “tərs şillə” effektli zərbə - tanınma olmayacaq

`Lazım olmayan qurumlar ləğv edilməlidir` - Prezident

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.