"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Banklara “kredit verməyin” xəbərdarlığının arxasındakı sirr

16 Yanvar 2016 - 10:42
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Banklara “kredit verməyin” xəbərdarlığının arxasındakı sirr

Hökumət üzən məzənnə rejiminə keçməklə yanvarın ortasında dolların kursunun manata nisbətdə 2.15 olmasını istəyirmiş, amma etiraz aksiyaları bu qərarı ertələyib; bəzi banklar dollar əmanətçilərinin vəsaitlərini niyə geri qaytarmağa çalışır?

Mərkəzi Bankın son günlər valyuta bazarında stabilliyi bərpa etmək üçün atdığı addımlara baxmayaraq, vəziyyət ağır olaraq qalır. Mərkəzi Bankın bazara müdaxiləsi ilə dolların məzənnəsində uzun müddət stabil vəziyyət yaratmaq mümkünsüz kimi görünür və bu səbəbdən də yanvarın  15-də Dövlət Neft Fondu (ARDNF) tərəfindən 200 milyon ABŞ dolları, Mərkəzi Bank tərəfindən isə 100 milyon ABŞ dolları, ümumilikdə 300 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 35 banka satılıb. 
Məlumatlara görə, hərraclar vasitəsilə satılan valyutanın böyük əksəriyyəti Beynəlxalq Bank və Paşa Bank tərəfindən alındığından digər banklara hərracdan cüzi dollar ehtiyatı çatıb. Ona görə də digər bankların valyutaya olan tələbatı hələ də qalmaqdadır.
 Bu arada qeyd edək ki, Mərkəzi Bank dollarla satışı bir neçə gündür ancaq “AzərTürk bank”a icazə verdiyi üçün bankın qarşısında böyük izdiham yaşanır.
Mərkəzi Bankın rezervləri sürətlə tükənir. İqtisadçı ekspertlər iddia edir ki, banklara dollar satılması qısa müddətlik dövr üçün tələbatı ödəyə bilər. Hərraclar gün ərzində bir neçə dəfə keçirilməlidir ki, valyuta bazarında olan ajiotaj da müəyyən dərəcədə aradan qalxsın.
Xəbərlərə görə, hökumət  dekabrın 21-dəki ikinci ciddi devalvasiyadan sonra manatı üzən məzənnə rejiminə keçirməklə yanvarın ortasında dolların kursunun manata nisbətdə 2.15 olmasını proqnozlaşdırıbmış. Hazırda neftin dünya bazarındakı qiyməti də bu məzənnəni diqtə edir. 21 dekabr qərarından sonra manatın dollara nisbətdə daha da zəifləməsi müşahidə edilirdi ki, bu da yanvarın ilk ongünlüyündə valyutadəyişmə məntəqələrində özünü göstərdi.
Hətta avro 2 manat 5 qəpiyə, dollar isə 1.85-dək yüksəldi. Mərkəzi Bankdakı mənbə “Yeni Müsavat”a deyib ki, məhz sosial narazılığın aksiyalar şəkildə özünü büruzə verməsi prosesi dayandırıb. Yəni hökumət dolların 2 manatlıq həddinin keçməsini qarşısıalınmaz proseslərə səbəb olacağından ehtiyatlanıb. Məhz bu səbəbdən Mərkəzi Bankla bərabər Dövlət Neft Fondun da dövriyyəyə girib və banklara dollar satışına başlayıb. Amma mənbəmiz deyib ki, dollarla bağlı bütün bu inzibati addımlar yalnız müəyyən dövr üçün effektiv ola bilər. Bu səbəbdən də banklar hərraclardan aldıqları dolların müəyyən hissəsini bazara çıxarır, öz məhdud rezervlərinə isə ümumiyyətlə toxunmur.
Maliyyə çevrələrindəki qaynağımız isə bu xəbərləri təsdiqləyərək deyib ki, dolların kursunun 2 manatlıq həddə çata biləcəyi barədə informasiyalar dollarla olan əmanətlərdə özünü göstərir. Belə ki, bəzi banklar dollar əmanətçilərini vəsaitlərinin geri almağa çağırır. Banklar bunu belə izah edirlər ki, guya banklar bağlana, əmanətləri bata bilər. 
 
Amma əslində banklar dolların manata nisbətdə yenidən sıçrayış edəcəyi səbəbindən xarici valyuta ilə olan yüksək faizli əmanətlərdən belə deyək, can qurtarmağa çalışırlar. Çünki dolların kursu qalxdıqdan sonra əmanətlərə təyin edilən faizlər (indi 12-18 faiz arasıdır) də aşağı düşəcək. Bu isə bankları əmanətlər üçün təyin edilmiş artıq faiz yükündən azad edir, həm də gələcəkdə əmanət qəbulu üçün çox sərfəlidir…
Daha bir ilginc məlumat banklara kreditlərin verilməməsi ilə bağlı Mərkəzi Bank tərəfindən verilən göstərişdir. Qaynağımız deyib ki, bu qərar hökumətin antiböhran proqramı, daha doğrusu ixtisarlarla bağlıdır. Məlumdur ki, yaxın vaxtlarda hökumət yeni ixtisarlara başlayacaq və bu, dövlət müəssisələrindən tutmuş özəl sektorda çalışanları əhatə edəcək. Mərkəzi Bankın narahatlığının səbəbi bu baxımdan aydındır. Çünki banklar problemli kreditlərin girdabında zatən batır. İndi isə hətta dövlət qulluğunda çalışanların belə sabah işsiz qalmayacağına heç bir zəmanət yoxdur.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Daha bir ölkə İranla əlaqələri kəsdi

Next Post

Ankara merindən ABŞ səfirinə: `Türkiyəni tərk et!`

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ankara merindən ABŞ səfirinə: `Türkiyəni tərk et!`

`Ölüm siyahısında mən də var idim` - Məşhur müğənni

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.