“Biz siqaretin qiymətini müəyyən etmirik. Şirkət olaraq əsas işimiz tütün məmulatlarını istehsal edib, satışla məşğul olan şirkətlərə təqdim etməkdir”
Bunu AzVision.az-a açıqlamasında “European Tobacco Baku” ASC (ETB) tütün şirkətinin İdarə heyətinin sədri, millət vəkili Rüfət Quliyev deyib.
Deputat siqaretin qiymətindən məlumatsız olduğunu bildirib: “Siqaretin satışı ilə iki şirkət məşğul olur, qiymətləri onlar müəyyən edirlər. Biz istehsal etdiyimiz məhsulları onlara veririk”
Qeyd edək ki, bu gün Bakıda siqaretin ucuzlaşması ilə bağlı məlumat yayılmışdı. Tütün məmulatlarının 20-30 faiz ucuzlaşması iddia edilsə də, xəbər öz təsdiqini tapmayıb.




