"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“The Washington Times”: Azərbaycan Vaşinqtondan dəstək gözləyir

19 Yanvar 2016 - 19:56
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

“The Washington Times” qəzetində Beqin-Sadat Strateji Araşdırmalar Mərkəzinin eksperti (ABŞ) Aleksandr Murinsonun “Azərbaycan Vaşinqtondan dəstək gözləyir” sərlövhəli məqaləsi dərc olunub.
Moderator.az AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Azərbaycanın nüvə və radioloji maddələrin yayılmasının qarşısının alınmasında, həmçinin regional sabitlikdə oynadığı roldan söhbət açılır.
Müəllifin sözlərinə görə, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin martda Vaşinqtonda keçiriləcək Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunduğunu bildirib. Məhz bu fakt Xəzər dənizi sahilində yerləşən bu kiçik ölkənin ABŞ-ın milli təhlükəsizliyində oynadığı rolun əhəmiyyətini əks etdirir.
“Regional ziddiyyətlərin mövcud olduğu hazırkı dövrdə Bakı Vaşinqtondan tənqid yox, aydın dəstək mesajları gözləyir. Taliban və İŞİD qüvvələrinin geniş yayıldığı regionda Qərblə strateji anlaşmaya malik bir ölkənin mövcudluğu çox əlverişlidir. ABŞ-ın birmənalı dəstəyi Bakını arxasında dayaq qüvvəsi olduğuna inandıracaq” – deyə yazıda vurğulanır.
Bildirilir ki, Azərbaycanın çox mürəkkəb geosiyasi mövqedə yerləşməsinə baxmayaraq, Prezident İlham Əliyev ölkədə sabitliyi və sülhü qoruyub saxlaya bilir. Ötən ilin sonunda keçirilmiş parlament seçkilərində xalq hazırkı hakimiyyətə dəstəyini bir daha göstərdi. Çünki xalq başa düşür ki, sabitliyi qoruyub saxlamaq baxımından mövcud rəhbərliyə alternativ yoxdur. Yeni Azərbaycan Partiyası ölkənin həm şəhər, həm də kənd əhalisinin maraqlarını təmin edir.
Məqalədə qeyd edilir ki, digər Qərb ölkələri parlament seçkilərini müşahidə etmək üçün Azərbaycana rəsmi müşahidəçilər yolladıqları halda, İsrail keçmiş xarici işlər naziri Aviqdor Libermanın və ABŞ-dakı keçmiş səfir, hazırda Knesset üzvü olan Maykl Orenin də daxil olduğu yüksək səviyyəli nümayəndə heyəti göndərib. Bütün bunlar Azərbaycan hökumətinin regiondakı sabitliyi qorumaq bacarığına inamın göstəricisidir.
Müəllif daha sonra yazır: “Azərbaycan dəfələrlə müxtəlif güc mərkəzləri arasında manevr etmək və ölkənin müstəqilliyini qorumaq qabiliyyətini nümayiş etdirib. İlham Əliyevin güclü rəhbərliyi altında bu xətt bundan sonra da davam etdiriləcək. Əks-təqdirdə Qərb enerji planlarına və Şərq-Qərb dəhlizi layihələrinə əhəmiyyətli dərəcədə düzəlişlər etmək məcburiyyətində qalacaq. Rusiyanın enerji asılılığından xilas olmaq Avropaya heç də ucuz başa gəlməyəcək.
Əgər Bakı Qərbin etibarlı dəstəyindən əmin olmasa, öz istiqamətini Moskvaya doğru dəyişəcək. Hazırda ABŞ rəhbərliyi keçmiş uğurları nəzərə almalı və Xəzər regionunda Amerika siyasətini qorumalıdır. Dördüncü Nüvə Sammitində İlham Əliyevin Ağ evin rəhbəri Barak Obama ilə birgə iştirakı ABŞ və Azərbaycanı eyni sıraya qoyur”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

`Siqaretin qiymətindən xəbərim yoxdur` – Deputat

Next Post

Nardaran Ağsaqqallar Şurasının sədri azadlığa buraxılıb

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Nardaran Ağsaqqallar Şurasının sədri azadlığa buraxılıb

İran TANAP-a qoşula bilər

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.