"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İstedadlı məzunlar işə cəlb edilməlidirlər- Nazir

21 Yanvar 2016 - 10:04
in XƏBƏR LENTİ

Təhsil sistemi tədris və öyrənmənin ümumi keyfiyyəti üzərində cəmləşməli, istedadlı məzunların işə cəlb edilməsi prioritet məsələ olmalıdır.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqəlrə sektorundan  verilən məlumata görə, bunu təhsil naziri Mikayıl Cabbarov Londonda keçirilən Dünya Təhsil Forumunda çıxışı zamanı deyib.

Bu sahədə Azərbaycan təcrübəsini bölüşən nazir bildirib ki, 2013-cü ildən Azərbaycan Təhsil Nazirliyi mərkəzləşdirilmiş şəffaf imtahan sistemi ilə müəllimlərin işə qəbulu prosesinə başlayıb.

Nazir deyib ki, Azərbaycanda müəllim peşəsinin nüfuzunun artırılması “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas hədəflərindəndir. Ali məktəblərə qəbul imtahanında yüksək nəticə qazanan məzunları müəllimlik ixtisasına təşviq edən təqaüd proqramı, modul üzrə ixtisasartırmanın təşkili, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi bu sahədə keyfiyyətcə yeni mərhələnin başladığından xəbər verir.

Nazir qeyd edib ki, 2015-ci il bütün ölkələr üçün təhsildə inkişaf hədəflərini müəyyən etmək, tədris sistemində 2030-cu ilədək davamlı inkişafı təmin etmək baxımından model il olub. Təhsil sistemində daxili islahatların, ikitərəfli və çoxtərəfli mübadilələrin təmin edilməsi başlıca məqsədlərdəndir. Bu çərçivədə kurikulum və təkmilləşdirilmiş tədris metodologiyalarının mübadiləsini nümunə göstərmək olar.

Təhsil naziri Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Birləşmiş Krallıqda təhsil alan bir qrup tələbə ilə görüşüb. Nazir Azərbaycanda həyata keçirilən təhsil sahəsində islahatlar və yeniliklər barədə məlumat verərək tələbələrin təhsili ilə maraqlanıb və onlara uğurlar arzulayıb.

Səfər çərçivəsində təhsil naziri 2015-ci ildə beynəlxalq QS reytinqində təhsil məktəbləri arasında 1-ci yeri tutmuş UCL Təhsil İnstitutunun direktoru Endryu Broun ilə görüşdə ölkəmizdə müəllim hazırlığı və təkmilləşdirilməsi sahəsində əməkdaşlıq imkanları müzakirə edib.

M.Cabbarov Rusiyanın təhsil və elm naziri Dmitri Livanovla ilə görüşdə rusiyalı həmkarının ötən ilin 19-21 noyabr tarixlərində ölkəmizə rəsmi səfərinin hər iki tərəf üçün məhsuldar və faydalı keçdiyini bildirib, təhsil müəssisələrinə nəzarət və təhsilin müxtəlif səviyyələrində təhsilalanların biliklərinin qiymətləndirilməsi sahəsində qarşılıqlı təcrübə mübadiləsi və digər maraq doğuran məsələlərə dair müzakirələr aparıb.

Qeyd edək ki, 18-20 yanvar tarixlərində keçirilən Forum dünyanın 80-dən çox ölkəsinin təhsil nazir və nazir müavinləri, aparıcı ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatların və müxtəlif sahələrdə ixtisaslaşan özəl şirkətlərin nümayəndələrini bir araya toplayıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ekvador prezidenti: “Neftin ucuzlaşması müəyyən ölkələrə qarşı yönələn geosiyasi alətdir”

Next Post

Nazarbayev parlamenti buraxdı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Nazarbayev parlamenti buraxdı

Ərdoğan onu təhqir edən Klıcdaroğlunu "yıxdı sürüdü" - "Üzünə tüpürürsən deyir yağış yağır..."

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.