–
Milli Televiziya və Radio Şurası Mirşahinin ANS telekanalındakı “Hesabat” proqramının yayımını bir aylığına dayandırıb.
Bu qərar Şuranın yanvarın 22-də keçirilən iclasında qəbul olunub. Qərar qurumun saytında yayımlanıb.
MTRŞ qərarını “Hesabat” proqramının buraxılışlarında televiziya yayımının əsas prinsiplərinin və proqramlara verilən tələblərin pozulması ilə izah edib.
Şura hesab edir ki, həmin proqramlarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl edilməyib, işgüzar nüfuzun ləkələnməsinə yol verilib.
MTRŞ-nin qərarına görə, “Hesabat” proqramının yayımı 24 yanvar 2016-cı il tarixdən etibarən bir ay müddətinə dayandırılıb.
Şura bundan öncə ANS-də Xoşqədəm Hidayətqızının iki proqramının və digər verilişlərin də dayandırılmasına qərar verib.
İki qurum arasında məhkəmə davası gedir.




