"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Türkiyədə arvadının adına 20 milyon dollara 16 villa alan azərbaycanlı məmur – Arxasından şok isimlər çıxdı…

25 Yanvar 2016 - 09:45
in MANŞET, SEÇMƏ XƏBƏRLƏR, XƏBƏR LENTİ

Virtualaz.org saytının redaksiyasına Azərbaycan neftinin pullarının necə talanmasına dair sensasion dosye daxil olub. Dərhal qeyd edirik ki, bu irimiqyaslı korrupsiya əməlinə dair sənədlərin mənbəyi Türkiyədəki həmkarlarımızdır. Və biz belə başa düşürük ki, öz növbəsində türkiyəli jurnalistlərə yüksək vəzifəli azərbaycanlı məmuru ifşa edən bu dosyeni onun kompanyonları sızdırıblar.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Belə görünür ki, həmin azərbaycanlı məmur türkiyəli podratçılar qarşısında öz öhdəliklərini yerinə yetirməyib, beləliklə də onlar həmin zəngin və nüfuzlu məmurdan qisas almaq qərarına gəliblər.

Lakin bu məsələdə bizi türklərin motivi qətiyyən maraqlandırmır. Bizi heyrətə salan Azərbaycanın pullarının necə talan edilməsini və həmin məmurun korrupsioner fəaliyyətini əks etdirən təkzibedilməz faktlardır.

Beləliklə, 2014-cü il iyulun 4-də Azərbaycan vətəndaşı, 1974-cü ildə anadan olmuş Mehdiyeva Könül Fərhad qızı Türkiyənin elit kurort bölgəsi Bodrumda, Gökçebel qəsəbəsində 16 ikimərtəbəli villa və 12 min 621.71 kvadratmetr torpaq sahəsi alıb. Könül Mehdiyeva bu əmlakı hansısa Alik Dunkan Morrison və Karen Meri Morrison adlı şəxslərdən satın alıb.

Vətəndaş Mehdiyeva bu əmlakı almaq üçün 20 milyon dollar ödəyib. Redaksiyamızın sərəncamında Mehdiyevanın mülkləri almaq üçün qucaq dolusu milyonlarla dollar nəğd pulu necə ödədiyinə dair videokadrlar və fotolar var.

Sual yaranır: Bəs Türkiyənin kurort bölgəsində daşınmaz əmlaka 20 milyon dollar kapital qoyan bu biznesvumen kimdir?

Vətəndaş K.Mehdiyeva Salyan  rayonunda anadan olub, işləmir. Əvəzində onun əri Azərbaycanda yaxşı tanınan şəxsdir. K.Mehdiyevanın əri Dövlət Neft Şirkəti – SOCAR-da tanınmış vəzifəli şəxs Qiymət Mehdiyevdir. O da Salyanda anadan olub.

Qiymət Mehdiyev əvvəllər Azərbaycan Dövlət Neft Akademiyasında, indiki Neft və Sənaye İnstitutunda müəllim işləyib. Lakin SOCAR-da vəzifəyə təyin olunandan sonra sürətlə varlanıb. Q.Mehdiyev SOCAR-ın əsaslı kapital qoyuluşları İdarəsinin rəis müavinidir. Onu Azərbaycanın ən varlı və əliaçıq adamlarından biri kimi xarakterizə edirlər. SOCAR sistemində tikintilər üzrə bütün podrat işlərinə Qiymət Mehdiyev məsuldur. Əlbəttə, bu məmurun rəsmi maaşı Türkiyədə daşınmaz əmlaka yatırılan pullarla müqayisədə cüzidir, ayda cəmi bir neçə min manatdır.

Razılaşın ki, xaricdə on milyonlarla dolları daşınmaz əmlaka birdən yatırmağa ancaq amerikalı milyarder  Uorren Baffet kimilərinin gücü çatardı.

Lakin mötəbər mənbələr deyir ki, Qiymət Mehdiyev SOCAR-n vitse-prezidenti Mikayıl İsmayılovun ən etibarlı adamıdır, onun “sağ əli”dir. M.İsmayılov oxuculara tanış personajdır. O, SOCAR sistemində faktiki olaraq boz kardinaldır, şirkətdə bütün tikinti və maliyyə işlərini o kurasiya edir. Və M.İsmayılov bütün şübhəli layihələrini etibarlı adamı Qiymət Mehdiyevin əli ilə həyata keçirir.

Olduqca ciddi korrupsiya əməlinə dəlalət edən faktlar ortadadır. Və prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında israrlı çağırışlarını nəzərə alaraq hüquq mühafizə orqanları, ilk növbədə Baş Prokurorluq SOCAR-ın vəzifəli şəxslərindən birinin arvadının Türkiyədə 20 milyon dollara daşınmaz əmlak almasını təcili araşdırmalıdır. Bu fakt ölkədən kapitalın necə çıxarıldığına bir daha dəlalət edir!

Dövlət büdcəsini talayırlar, vəsaitləri mənimsəyirlər və Bodrumda yüzlərlə sot torpaq sahəsinə, 16 villaya yatırırlar. İnanın ki, bu hələ Mikayıl İsmayılov-Qiymət Mehdiyev duetinin korrupsioner fəaliyyətinə dair ilk faktdır. Türkiyəli həmkarlarımız bizə SOCAR sistemindəki dəhşətli korrupsiyanın izinə düşməyə kömək edən yeni faktlar verəcəklərini vəd ediblər.

Biz isə hələlik Qiymət Mehdiyevin və onun şefi Mikayıl İsmayılovun reaksiyasını gözləyirik.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Vicdansız addımdır, ancaq ağılsız addım deyil”

Next Post

Şaxta, qar, buzlu yollar…

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

Next Post

Şaxta, qar, buzlu yollar...

Deputat Minsk qrupunun bəyanatına etiraz etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.