"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

90-cı illər qayıdırmı?

25 Yanvar 2016 - 10:23
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bir vaxtlar bizim müstəqil jurnalistlər zarafatla deyirdi ki, narahat olmağa dəyməz, kim bizi oxumasa da taksi sürücüləri mütləq oxuyacaq. Elə doğrudan da taksi sürücüləri müxalifət qəzetlərini alır və müştəri tapana qədər onları oxumaqla məşğul olurdular…

Bu günlərdə da şəhər dayanacaqlarının birində avtobus gözləyərkən eyni mənzərənin şahidi oldum – yolun qırağında dayanan bir neçə taksi sürücüsü əlində müxalifət qəzetləri tutmuşdu. Bu onu göstərir ki, televiziyalarda deyilənlər insanları o qədər də qane etmir, onlar daha çox məlumat almaqda, daha çox bilməkdə maraqlıdırlar…

Bir ara insanlar siyasi müstəvidən tamam kənarlaşmışdı. Açığı pul qazanmaq imkanı olanda, maraqlı işin olanda, ümumiyyətlə, işin “xod” gedəndə adətən siyasət adamın yadına düşmür. Çoxumuz siyasətlə o vaxt maraqlanmağa cəhd edirik ki, o, bizim qapılarımızı döyməyə başlayır…

Böhran bir tərəfə, bu yaxınlarda böyük özəlləşdirmə anonsu veriləndə qeyri – ixtiyari olaraq yadıma 90-cı illər, hətta o illərdə hökumətin bizə hədiyyə etdiyi özəlləşdirmə çekləri düşdü…

Bilmirəm, özəlləşdirmə çekləri bir daha olacaq, ya olmayacaq? Amma güman edirəm ki, böyük özəlləşdirmə anonsu azacıq da olsa, manatı gücləndirə bilər, yetər ki, bunun üçün özəlləşdirmənin manatla aparılacağını bəyan edəsən. Söz yox ki, bu manatı tamam “ayağa qaldırmaq” iqtidarında deyil, amma onun məzənnəsinə təsir edə bilər…

Fəqət, demək istədiyim yalnız bu, deyildir. Elə o vaxt da ixtisarlar adi hal almışdı, sovet dövrünün müəssisələri biri-birinin ardınca çökürdü, insanlar da daha çox dolanışıq hayında idilər…

Amma zənn edirəm ki, biz bütün hallarda böhranın bu mərhələsini daha asan keçəcəyik. Hər halda, buna ümidliyik. Onda bazar münasibətləri yenicə yaranırdı, ayrı-ayrı institutlar bir tərəfə, heç ciddi qanunvericilik bazası da yox idi. İnsanlar təzəcə biznes vərdişləri qazanırdılar. Ölkə defolt vəziyyətinə yaxın bir durumda idi. Zəruri siyasi sabitlik yox idi. Valyuta ehtiyatları haqda heç danışmağa dəyməzdi…

İndi bir az fərqli durumdur. Bazar var, bazar iqtisadiyyatı var, bazarı pis-yaxşı tənzimləyən qanunlar mövcuddur. Müəyyən biçimdə qeyri-neft sektoru var. O qədər çox olmasa da hər halda yetərli qədər biznes adamları və iqtisadi vərdişi olan insanlar var…

Ona görə də bu böhranın daha mülayim keçəcəyini söyləmək mümkündür. Hər halda, adam istəmir ki, 90-cı illər qayıtsın. O vaxt hamı özünün gələcək və ya qalan həyatı üçün prinsipial qərarlar qəbul etdi. Kiminsə qərarı uğurlu oldu, kimsə uduzdu…

İndi total böhrandan danışmaq elə də asan deyil. İqtisadçıların, xüsusən də bu mövzuda yazan əcnəbilərin yazısını oxuyanda görürsən ki, vəziyyət heç də birmənalı deyil. İndi dünya iqtisadiyyatı heç də A.Smitin kəşf etdiyi qanunlar üzrə inkişaf etmir, baxmayaraq ki, klassik bazarın tərəfdarları heç də az deyil.

Bütün hallarda neftin ucuzlaşması dünya iqtisadiyyatına müsbət təsir edəcək. O ölkələr üçün çətindir ki, onların gəlirlərinin böyük hissəsi neftin satışından asılıdır. Qeyri-neft ölkələrinin iqtisadiyyatı isə bundan müsbət impuls alacaq.

Ona görə ki, enerji məsrəfləri istehsalatın mühüm komponentidir. Bu məsrəf azalırsa, deməli mallların və xidmətlərin maya dəyəri də aşağı düşəcək…

Amma nə təəssüf ki, biz neft ölkəsiyik. Hələ qeyri-neft sektoru istiqamətində

özümüzün demək olar ki, ilk addımlarımızı atırıq. Amma başqa yol da yox və istəsən də, istəməsən də, bununla hesablaşmalı olursan…

Əsas bilirsiniz nədir? Ürəklə problemin üstünə getmək lazımdır. Bir neçə il bundan əvvəl baş vermiş bir detal yadıma düşür. Bir dostum işini itirmişdi və mən olunla görüşmək ərəfəsində bu adama necə təsəlli verəcəyimi götür-qoy edirdim. Amma görüşəndə məlum oldu ki, onun əhvalı lap yaxşıdır. Mən ona ürək-dirək vermək əvəzinə o məni ruhlandırmağa başladı və dedi ki, bu bazar iqtisadiyyatıdır, bir tərəfdən iş yeri bağlanar, o biri tərəfdən açılar…

Bunu ucuz optimizm naminə demirəm. İndi bizim insanlar yetərincə məlumatlı və biliklidirlər, onların nə siyasi mədhiyyələrə, nə də siyasi mərsiyə yönlü yazılara ehtiyacı yoxdur…

Mən sadəcə, bir vaxt yaşadığımı və yaşadıqlarımızı bölüşmək istədim. Əsas odur ki, bu, böhran birincisi deyil. Deməli, müəyyən təcrübəmiz var. Bu həftə doğum günü qeyd edilən böyük filosof F.Bekon isə deyirdi ki, təcrübə hər şey deməkdir…

Hüseynbala Səlimov

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Fransa: Rusiya verdiyi sözü tutarsa…

Next Post

Neftin qiyməti kəskin bahalaşdı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Neftin qiyməti kəskin bahalaşdı

Teatr direktoru jurnalisti “razborkaya” çağırdı – Foto

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.