"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Elmar Vəliyev özünə zirehli maşın alıb – 500 min dollara!

25 Yanvar 2016 - 16:15
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Elmar Vəliyev özünə zirehli maşın alıb - 500 min dollara!

Elmar Vəliyevin LEXUS-nun xüsusi sifarişlə yığıldığı iddia olunur; hökumət qənaət rejiminə keçdiyi vaxt icra başçısı nədən israfçılıq edir?
Neftin qiymətinin kəskin düşməsi ilə manatın iki dəfə devalvasiyası Azərbaycanda faktiki iqtisadi böhran yaradıb. Ağır iqtisadi şərtlər xüsusilə əyalətlərdə etiraz aksiyaları ilə müşahidə olundu ki, bu səbəbdən də hökumət bir sıra addımlar atdı – unun qiyməti endirildi, məvacib, təqaüd və sosial müavinətlərdə 10 faizlik artıma qərar verildi.
Neftin qiymətinin dövlət büdcəsində 80 dollardan 25 dollara endirilməsi, bəzi idarə və komitələrin ləğvinə başlanılması iqtidarın qənaət rejiminə keçdiyini göstərir. Prezident son müşavirələrdə dövlət büdcəsindən ayrılmış vəsaitin israfçılıqla xərclənməsinə toxunaraq, xüsusilə rayonlarda bu işə ciddi nəzarət ediləcəyini deyib. Prezident tapşırıb ki, icra başçıları indi hər 3 aydan bir görülən işlər və xərclərlə bağlı hökumətə hesabat verməlidir. Həmçinin dotasiyaya göz dikmiş rayon icra başçılarının da vəziyyəti nəzərə almalarını, əvvəlki tək arxayın olmamalarını deyib.
Statistika da göstərdi ki, sosial tələblərlə aksiya keçirilən rayonlara illərlə milyonlarla pul ayrılsa da, nə iş yerləri açılıb, nə də xalqın güzəranının yaxşılaşması üçün lazımi addımlar atılıb. Xalq kasıbladıqca isə icra başçıları daha da varlanıb, özlərinə dəyəri milyonlarla ölçülən mal-mülk alıblar. Aksiyalardan yayılmış videomateriallarda da icra başçılarının harınlaması haqda deyilənlər buna sübutdur.
Belə bir durumda isə Gəncə əhalisini hiddətləndirən bir fakt ortaya çıxıb. Məlum olub ki, Gəncənin icra başçısı Elmar Vəliyev özünə zirehli maşın alıb. “Yeni Müsavat”a xəbəri  verən mənbə deyib ki, icra başçısının Yaponiyada xüsusi sifarişlə yığdırdığı deyilən JEEP-LEXUS 500 min dollar dəyərindədir. 20 AA 001 dövlət seriyalı avtomobili icra başçısının hansı vəsaitlə aldığı məlum deyil. Əvvəl Yevlaxda, sonra isə Gəncədə icra başçısı işləyən Elmar Vəliyev üçün 500 min dollar elə də böyük xərc deyil və bunu şəxsi büdcəsindən də ödəyə bilər. Yeri gəlmişkən, ilk devalvasiyadan – 21 fevraldan bir neçə gün öncə icra başçısının banklardan birindən 2 milyon dollar aldığı barədə xəbərlər yayılmışdı. (“Yeni Müsavat”)
Əlbəttə, hər kəs, o cümlədən icra başçıları da öz vəsaitləri ilə istədikləri avtomobili ala bilərlər. Amma indiki həssas məqamda icra başçısının zirehli maşına minməsi diqqət çəkir. Əvvəla, prezident tapşırıb ki, icra başçıları özlərini xalqdan üstün tutmasınlar, onların arasında olsunlar, dərd-sərlərinin dinləsinlər. İkincisi, hətta şəxsi vəsaitlə belə prezidentin rayondakı nümayəndəsinin krizis dövründə çox dəbdəbəli avtomobilə minməsi istər-istəməz diqqət çəkir, əhalidə qıcıq doğurur. Neft böhranının vurduğu Rusiyada artıq bir müddətdir ki, yerli qubernatorlar nəinki dəbdəbəli istirahət edə, heç bahalı xidməti maşına belə minə bilmirlər. Azərbaycanda isə, görünür hələ ki, hər şey əksinədir: icra başçıları xalqın çətin durumunda belə xarici ölkələrdə istirahətlərindən qalmırlar, dəbdəbəli həyatlarını davam etdirirlər…
E.Vəliyev dəbdəbəli həyata meyilli məmurlardandır. Təxminən 1 il öncə mətbuatda onun oğlunun Bakıda və Gəncədə kartejlə gəzdiyinə dair məlumatlar yayılmışdı. Xəbərdə bildirilirdi ki, Elmir Vəliyev güclədirilmiş mühafizə altında və kortejdə gəzir. Kortejdəki maşınların bir neçə yüz min dollar olduğu iddia olunurdu. Başçı oğlunun LEXUS, “Galendevagen”, BMW və s. bu kimi bahalı markalardan olanda maşınlarda gəzdiyi yazılırdı.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Məni ölümlə təhdid edir…” – Qorxmaz Hüseynovun qardaşına şok iddia

Next Post

“Dəmir ledi”: “Biz SSRİ-ni necə dağıtdıq?” – TARİXİN SİRLƏRİ

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

“Dəmir ledi”: “Biz SSRİ-ni necə dağıtdıq?" - TARİXİN SİRLƏRİ

Yol polisindən şikayət: Əvvəl maşını, sonra sənədləri girov saxlayıblar - FOTO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.