Rusiya Müdafiə Nazirliyi Suriyanın Qamışlı rayonunda yeni aviabaza inşa edilməsi barədə mətbuatda gedən xəbərlərə münasibət bildirib.
Avropa.info xəbər verir ki, nazirliyin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib ki, Qamışlıda heç bir baza tikmək fikirləri yoxdur.
“Suriyada uçan rus hərbi təyyarələri üçün heç bir yeni baza, yaxud əlavə aerodromlar yoxdur, yaratmağı da planlaşdırılmır”
Konaşenkov bildirib ki, Suriyanın ən ucqar nöqtəsi ilə Hmeymim bazası arasındakı maksimal uçuş müddəti yarım saatı keçmir. Onun fikrinə görə, Qərb mətbuatı Türkiyə-Suriya sərhədinə daha böyük ordu qruplaşmalarının cəlb edilməsini ört-basdır etmək üçün belə şayiələr buraxır.
Xatırladaq ki, 23 yanvar tarixində “The Times” qəzeti Qamışlıda aviabaza tikintisi üçün 200-ə yaxın rus hərbçsinin kəşfiyyat işlərinə başlaması haqda məqalə dərc etmişdi.