
Rusiya xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında 2015-ci ildə xarici siyasətin nəticələrini belə qiymətləndirib. Lavrovun çıxışında səsləndirdiyi önəmli ifadələr bu cür olub:
– Rusiyanın Suriyada hava əməliyyatlarına başlaması bu ölkədəki vəziyyət üçün bir dönüş nöqtəsi oldu.
– Rusiya Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının daimi üzvü və dünyanın ən böyük ölkələrindən biri olaraq, Suriya böhranına daxil olma haqqını istifadə etdi.
– Terrorizmi yalnız hərbi üsulla məğlub etmək olmaz, bunun üçün bəzi siyasi və iqtisadi addımlar da atılmalıdır.
– Rusiya İranın nüvə proqramı ilə əlaqədar vəziyyətin stabilləşməsinə istiqamətli bütün addımları məmnuniyyətlə qarşılayır və bu mövzuya dair danışıqları aktiv olaraq izləyir.



