Dünya bazarında neftin qiyməti bugünkü səhər ucuzlaşmasından sonra yenidən artmağa başlayıb.
Hazırda WTI markalı neftin bir barelinin qiyməti 5,55% artıb. Qiymət 32,02 dollarda qərarlaşıb.
Brent markalı neftin qiyməti isə 33 dolları belə ötüb. Belə ki, bu tipli neftin bir bareli 5,75% artaraq 33,11 dollar olub.




