”Banklardan dollarla kredit götürənlərə güzəştlərin edilməsi həm dövlət, həm banklar, həm də əhali üçün faydalıdır”

İqtisadçı millət vəkili Əli Məsimli gündəmin aktual mövzusuyla bağlı son durumu Moderator.az – a müsahibəsində şərh edib:
– Əli müəllim, yanvarın 19 – da Milli Məclisin növbədənkənar iclasında əhalinin 5 min dollaradək, imkan olsa, 10 min dollardək kredit borclarına güzəşt edilməsi məsələsini qaldırdınız. Sizin çıxışınızdan sonra Parlamentin sədri bildirdi ki, indi bu gün gündəliyə daxil edilmiş məsələyə baxaq, sonra da siz deyən məsələyə də baxılar….Mərkəzi Bankın sədri isə bu problemin həllinin maliyyə mənbəyinin axtarıldığını bildirdi. Amma maliyyə naziri Samir Şərifovun bazar günü ANS – dəki şıxışından sonra vəziyyət 180 dərəcə dəyişdi. İndi Mərkəzi Bankın sədri yanvarın 19 – da dediyindən fərqlı mövqe sərgiləyir. E. Rüstəmov deyib ki, “hökumətdə komanda mövqeyi ondan ibarətdir ki, bu, maliyyə intizamını poza bilər”. Sizcə bu, dollarla olan kreditlərə görə güzəşt məsələsinə son nöqtənin qoyulması deməkdirmi?
– Yox, məncə. Hələlik belə nəticə çıxarmaq tezdir. Bu, hələ dollarla olan kreditlərə görə güzəşt məsələsinə son nöqtənin qoyulması demək deyil, amma hələ bir müddət açıq qalacağı deməkdir. Amma bu müddət uzansa, həmin probemin doğurduğu narazılıq artan xətlə davam edəcək. İkincisi, milyardlar üzərində oturan bank sistemi cəmi 250 milyona görə ağır vəziyyətinə düşə bilməz. Güzəştin maliyyə intizamını pozacağına gəldikdə isə, bu məsələ bir qədər mübahisəlidir… Bir sıra cəhətdən yanaşsaq, maliyyə intizamı bəzi məqamlarına görə çoxdan pozulub…Pozulan şeyi 2 – ci dəfə pozulması mümkünsüz, onu yalnız nizamlamaqdan ötrü səyləri artırmaqdan danışmaq lazım. Və nəhayət, həmin problemin açıq qalması bankların özünə ziyandır. Hazırkı şərtlərlə həmin borcların xeyli hissəsini qaytarmaq mümkünsüz olduğundan, son nöqtəni də əhali özü qoyacaq, yəni böyük ehtimalla xeyli insanlar borclarını qaytara bilməyəcək.
– Bəs bu məsələdə hamini razı sala biləcək variant nədən ibarətdir?
– Dollarla kredit borcları məsələsi çox mürəkkəb məsələdir. Bu sahədə hamını razı sala biləcək tədbirlər görmək çox çətindir. Ona görə də rəsmi nümayəndələr bu məsələyə öz idarə maraqlarından baxmaq variantına üstünlük verirlər. Belə yanaşmanın haqlı məqamları da var, hasız məqamları da. Bütün bunları nəzərə alaraq, biz yanvarın 19 – da Milli Məclisin növbədənkənar iclasında əhalinin təkcə 5 min dollaradək olan kredit borclarına yox, bütün kateqoriyalara aid borclulara güzəşt edilməsinin mexanizmini irəli sürdük. Sadəcə cari məsələlərə yalnız 3 dəqiqə vaxt ayrıldığından, zaman qıtlığı nəticəsində düşündüklərimizin hamısını geniş izah eləməyə vaxt çatmadı. Biz təklif elədik ki, bu problemin hüquqi təminatı məsələsini həll etməkdən ötrü Konstitusiya Məhkəməsinin manatın məzənnəsinə dair çıxardığı 14 may 2015-ci il tarixli qərara ümumiyyətlə yenidən baxılsın. Sonra dollarla kredit borcu olan vətəndaşların manatın devalvasiyası nəticəsində düşdüyü ağır durumun yüngülləşdirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi işləri sürətləndirilsin. Çünki 21 fevral devalvasiyasından sonra manatın neftin qiymətinə həssaslığı xeyli artıb. Hazırkı qeyri – müəyyənliklərlə risklərin və kataklizmlərin bir-birinə qarışdığı bir vaxtda neftin qiymətlərinin qarşıdakı nəinki bir – iki ildə, heç bir – iki ayda belə necə dəyişəcəyini ən mötəbər ekpert qrupları bir yana, heç münəccimlər və ya neftin qiymətləri ətrafında manipulyasiya edənlər belə tam dəqiqliyi ilə bilmirlər. Ona görə də manatın dollara nisbətdə zəifləməsi prosesinin hələ bir müddət də davam edəcəyini nəzərə alaraq banka dollarla borcu olan şəxslərin vəziyyətini yüngülləşdirməkdən və bundan sonrakı proseslərin də ağırlıqlarını qarşılamaqdan ötrü, bir dəfəyə hesablanmış yox, davamlı olaraq işlək bir mexanizm yaradılmasına nail olunmasını təklif elədik. Vəziyyətdən çıxışın optimal variantı kimi devalvasiyadan doğan həmin ağırlığın “dördbucaq” sistemi üzrə “dövlət – Mərkəzi Bank – kommersiya bankları – əhali” arasında ədalətlə bölüşdürülməsi variantından istifadə edilməsini optimal variant kimi irəli sürdük.
-Həmin variantın mahiyyıti nədən ibatətdir?
– Qısa desək, 5 min dollara qədər və ya xüsusi hesablamalardan sonra imkan yaransa, 10 min dollara qədər borcu olanların borclarını 21 fevral devalvasiyası zamanı formalaşan məzənnə ilə, yəni 1,05 manat nisbətində ödənilməsi, iri borclara münasibətdə manatın dollara olan 21 fevral və ya 21 dekabr məzənnəsini əsas kimi götürüb, “dondurmaqla” borcların qaytarılmasına bir neçə illik möhlət verilməsi və bunun müqabilində banklara dəstək proqraqmı həyata keçirib, banklara müəyyən kompensasiya verilməsi, borcun bir müddət yalnız faizlər səviyyəsində qaytarılması, faiz dərəcələrinin aşağı salınması və sair bu kimi üsullardan istifadə edilməsini təklif etdik.
– Bəs istehlak kreditlərinin dollarla verilməsi halları nəticəsində yaranmış problemi necə həll etmək olar?
– Əhalinin məişət əşyaları (mebel, soyuducu, paltaryuyan maşın və sair) almaqdan ötrü aldıqları istehlak kreditlərini dollarla hesablanması məsələsinə xüsusi yanaşmanın tətbiq edilməsinə ehtiyac var. Ona görə ki, vətəndşlar aldıqları kreditlə ölkə daxilində sözügedəmn məişət əşyaları alıb, toy edib, müalicə olunub və sair. Azərbaycanda bu işlərin ödniş vasitəsi dollar yox, manatdır. Fürsətdən və əhalinin iqtisadi biliklərinin azlığından istifadə edərək banklar tərəfindən borcların dollarla təkrar hesablanmasına məruz qalan borclara münasibətdə isə həmin qəbildən olan borclulara güzəştə gedilməlidir. Problemin həllinin konseptual tərəfini dedik. Onun maliyyə təminatı və təşkilatı tədbirləri isə aidiyyatı qurumların işidir.
-Yəni bu məsələyə kompleks yanaşılmalıdır….
– Bəli, yalnız kompleks yanaşma və maraqların konfliktindən maraqların uzlaşdırılmasına aparan yolla bu məsələni yumşaltmaq olar. Dollarla borcu olanların hər birinə müvafiq həll üsulu tətbiq olunmalı və bu işin maliyyə tərəfi bir qurumun üstünə atılmamalı, vəziyyətdən çıxışın optimal variantı kimi devalvasiyadan doğan həmin ağırlığın “dördbucaq” sistemi üzrə “dövlət – Mərkəzi Bank – kommersiya bankları – əhali” arasında ədalətlə bölüşdürülməsi variantından istifadə edilməlidir. Anti-böhran tədbirləri işərisində bank sektorunun restrukturizasiyası əsas yer tutur. Restrukturizasiya – həm də dövlətin banklara dəstək proqramının həyat keçirməsini nəzərdə tutur. Deməli, dollarla borcu olanların probleminin həlli məsələsi hələ tam qapadılmayıb, sadəcə açıq qalır. Məsələn, Rusiyada anti -böhran proqramına ayrılan pulların çoxu dövlətin banklara dəstək proqramının həyat keçirməsinə sərf olunur və yenə də olunacaq. Bizdə bankların mənşəyi məsələsinin görünməyən tərəflərinin məntiqindən çıxış etməklə, Rusiya variantını olduğu kimi tətbiq eləmək düzgün olmaz. Bu dövlətə çox baha başa gələ bilər. Amma hər halda bankların sağlamlaşdırılması və onlara bir dəstək proqramı olmalıdır. Dollarla borcu olanların məsələsi də həmin proqram çərçivəsində həll olunmalıdır. Bu proses uzansa, narazılıq da həmin uzanan zamana proporsional surətdə artacaq. Dollarla krediti olanların probleminin optimal həlli bir sıra digər problemlərin də həllini yumşaldar. Ona görə də məsələnin həlli sürətləndirilməsi həm dövlət, həm banklar, həm də əhali üçün xeyirlidir.