"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Etibar Məmmədovla Hikmət Hacızadə Vahid Mustafayevin filmindən DANIŞDILAR

27 Yanvar 2016 - 10:49
in XƏBƏR LENTİ

Etibar Məmmədovla Hikmət Hacızadə Vahid Mustafayevin filmindən DANIŞDILAR
ANS Şirkətlər qrupunun prezidenti Vahid Mustafayevin 20 Yanvar hadisələrindən bəhs edən “Qanlı yanvar” filmi ilə bağlı mediada, sosial şəbəkələrdə geniş müzakirələr gedir, bu ekran işində ciddi nöqsanlara yol verildiyi vurgulanır. Bu müzakirələrə qoşulanlar filmdə tarixin təhrif olunduğunu bildirir, 20 yanvar hadisələri zamanı Sovet qoşunlarının qarşısına əliyalın çıxmış insanların ekran əsərində silahlı müqavimət göstərənlər kimi nümayiş etdirilməsini, 13 yaşlı şəhid Larisa Məmmədovanın nikahdankənar hamilə qalması epizodunu kəskin tənqid atəşinə tuturlar.

Əsas diqqət ayrılan məqamlardan biri barikadalar quran xalq qüvvələrinin Sovet qoşunlarına qarşı silahlı müqavimət göstərməsi epizodlarıdır ki, bu da çox ciddi narazılıqlar doğurub.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

O zaman Azərbaycan Xalq Cəbhəsi (AXC) İdarə Heyətinin üzvü olmuş şəxslər də məsələyə kəskin reaksiya veriblər.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri, hadisələrin şahidi Etibar Məmmədov Modern.az saytının filmlə bağlı suallarını belə cavablandırıb.

““Qanlı yanvar” filmi sənədli film deyil, bədii filmdir. Filmi ssenarist bildiyi kimi təqdim edib. Bu yaxşı haldır ki, filmin müzakirəsi başlayıb və ona qarşı fikirlər səsləndirilib. Rejissor da, ssenarist də öz cavablarını verərlər.
20 Yanvar hadisələri zamanı Sovet qoşunlarına qarşı ümumi silahlı müqavimətə gəlincə, belə hal olmayıb. Sadəcə, ayrı-ayrı yerlərdə epizodik müqavimət göstərilib. Görünür, kimin silahı var imişsə, məqam tapıb xalqın heyfini çıxıb. Amma, barikadaların tərkibində silah olmayıb. Sovet əsgərləri arasında da itki olub. Ayrı-ayrı yerlərdə 30-a yaxın ölən və yaralanan olub”.

Politoloq Hikmət Hacızadə “Qanlı yanvar” filminə baxmadığını desə də, hadisələrin şahidi kimi əhalinin silahsız olduğunu dilə gətirib.

“Hadisələrin şahidi kimi deyə bilərəm ki, əhali əliyalın olub. Barikadalar quran, mitinqə toplaşan insanların silahı olmayıb. Ola bilsin ki, kimsə evindən tüfəng götürüb pəncərədən atıb. Həmin gecə ara qarışıb, məzhəb itdiyindən heç kəsin ağlına bunları görmək gəlməyib”.

Hikmət Hacızadə filmdə 20 Yanvar hadisələri zamanı öldürülən rus əsgərlərilə bağlı deyib ki, əliyalın əhalini silahla təchiz olunmuş şəkildə göstərmək doğru deyil.

“Təxminən həmin gecə 26 rus əsgəri öldürülüb. Rusların rəsmi hesabatında belə göstərilib. Ona görə də hadisələri düzgün göstərmək lazımdır ki, bu şəxsi təşəbbüs idi, yoxsa, kiminsə evində silah olduğundan üzərinə gələnə silahlı müqavimət göstərib?!. Bunları müəyyənləşdirmək lazımdır. Həmçinin, həmin vaxt nizamlı silahlı dəstələr olmayıb. Minlərlə adam o hadisəyə cəlb edilmişdi. O demək deyil ki, izdiham silahlı idi və onlar silahlı müqavimət göstərib, çevriliş hazırlayıblar və sairə”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Deputat: “Hökumət dollar kreditlərinə güzəşt üçün pul tapmalıdır”

Next Post

`İnsanlara yuxarıdan baxmaq olmaz` – İcra başçısı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

`İnsanlara yuxarıdan baxmaq olmaz` – İcra başçısı

Sahibkarlar prezidentdən nə xahiş etdilər? – Çıxışlar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.