"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Sahibkarlar prezidentdən nə xahiş etdilər? – Çıxışlar

27 Yanvar 2016 - 10:56
in XƏBƏR LENTİ

Xəbər verdiyimiz kimi, yanvarın 26-da Bakıda Heydər Əliyev Mərkəzində regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib.

Konfransda çıxış edən sahibkarlar gördükləri işlər barədə məlumat verməklə yanaşı, dövlət başçısından bəzi problemləri həll etməyi də xahiş ediblər.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Su təchizatı problemi Qusar Logistika Mərkəzinin və Bağçılıq Təsərrüfatının baş direktoru Elnur Mənsimov bildirib ki, rəhbərlik etdiyi qurum ilk sərmayə qoyuluşuna Qusar rayonunda 50 hektar alma bağlarının salınması ilə başlayıb. Hazırda meyvə bağlarınin sahəsi 6 dəfə artaraq 300 hektara çatıb və bu rəqəmi 500 hektara çatdırmaq nəzərdə tutulur. Bununla yanaşı, sahibkar su təchizatı ilə bağlı problemi dövlət başçısıının nəzərinə çatdırıb: «Lakin yay mövsümündə meyvə bağlarının suvarılmasında müəyyən çətinliklərimiz olur. Bununla əlaqədar olaraq, suvarma suyuna olan tələbatımızın təmin edilməsi ilə bağlı aidiyyəti dövlət strukturlarına müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirik. Bu məsələ həllini tapdığı təqdirdə, bizimlə yanaşı, regionda fəaliyyət göstərən fermerlərin də yeni intensiv meyvə bağları salmasına şərait yaranacaq və nəticədə istehsal və ən əsası ixrac potensialımız kifayət qədər artacaq».

Əlavə torpaq sahəsi Qarabağ Aqrar Sənaye Kompleksinin baş direktoru Vahid Rzayev bildirib ki, adı çəkilən kompleks Bərdə rayonunun Mehdili kəndində 5 sahibkarlıq subyektinin birləşməsindən yaranıb. Burada Almaniya, İngiltərə və Türkiyə şirkətlərinin müasir texnologiyaları əsasında 5 min tonluq logistik mərkəz, 4200 başlıq ətlik və südlük istiqamətli heyvandarlıq kompleksləri, illik 5,4 min ton istehsal gücü olan ət kəsimi və emalı fabriki, illik istehsal gücü 46 min ton olan qüvvəli yem zavodu inşa edilib. Sahibkar işlərin bundan sonra da genişlənməsi üçün dövlət başçısından əlavə torpaq sahələrinin ayrılmasını xahiş edib: «İstehsal fəaliyyətimizi artırmaq və yerli ərzaq məhsullarına olan tələbatımızı daha da dolğun ödəmək üçün geniş imkanlarımız var. Bu məqsədlə bizə Dövlət Ehtiyat Fondu torpaqlarından əlavə torpaq sahəsinin ayrılmasına ehtiyac vardır. Bu torpaq sahələrində müxtəlif meyvə, tərəvəz və yem bitkilərinin əkilməsini hədəfləyirik. Bu da istehsal imkanlarımızı artırmaqla yanaşı, heyvandarlıq kompleksinin yemə olan ehtiyacının ödənilməsində, istehsal olunan məhsulların maya dəyərinin aşağı düşməsində, qiymətlərinin sabitləşməsində və ixrac imkanlarımızın yaranmasında xüsusi rol oynayacaq».

Gömrükdə güzəştlər “Embawood” MMC-nin baş direktoru Elşad Abbasov başçılıq etdiyi şirkətin ixracla bağlı planlarının olduğunu bildirib, amma deyib ki, həmin məhsulların rəqabət qabiliyyətli olması üçün gətirilən xammala gömrük güzəştlərinin tətbiqi məqsədəuyğun olardı: «İcazənizlə qeyd edim ki, şirkətimiz məhsul istehsalı üçün lazım olan xammalı müxtəlif MDB ölkələrindən alır. Bu baxımdan, məhsullarımızın maya dəyərini aşağı salmaqla rəqabətqabiliyyətliliyinin gücləndirilmək, istehsalımızın artırılmaq, həmçinin Rusiya, Qazaxıstan və Orta Asiya ölkələrinə ixrac imkanlarımızı genişləndirmək üçün həmin xammal materiallarının gömrük rüsumlarından azad olunması məqsədəuyğun olardı».

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

`İnsanlara yuxarıdan baxmaq olmaz` – İcra başçısı

Next Post

Elnarə Abdullayeva polis bölməsinə çağırılıb? – Açıqlama

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Elnarə Abdullayeva polis bölməsinə çağırılıb? - Açıqlama

Professor və dosentlərin maaşı arta bilər

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.