"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Evində sərxoş məclisi quran qonşusunu öldürənə hökm oxundu — FOTO

28 Yanvar 2016 - 08:36
in XƏBƏR LENTİ

Evində sərxoş məclisi quran qonşusunu öldürənə hökm oxundu —  FOTO

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Əgər xoşun gəlmirsə, başqa yerə köç”.

Bakı Ağır Cinayətlər Məhkəməsində Saatlı rayon sakini Ceyhun Rəhimovun (1990-cı il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

Ötən il oktyabrın 6-da 20-ci sahə adlanan ərazidə məişət münaqişəsi zəminində Ceyhun Rəhimov qonşusu Əliağa Məmmədova (1981-ci il təv.) bıçaqla xəsarətlər yetirərək, onu ağır yaralayıb. Sonuncu Kliniki Tibbi Mərkəzə aparılarkən kəskin qanitirmədən vəfat edib, daxil olan məlumat əsasında Səbail RPİ 8-ci polis bölməsinin əməkdaşları şübhəli şəxsi evində saxlayıblar və o, istintaqa təqdim edilib.

İstintaqla müəyyən edilib ki, tikintidə fəhlə işləyən Ceyhun Rəhimov təxminən saat 23.30 radələrində kirayədə yaşadığı evə qayıdaraq, yatmağa hazırlaşıb. Amma qonşuluqda yaşayan evdən səs-küy gəldiyindən o, heç cür yuxuya gedə bilməyib.

Rəhimov bilirdi ki, qonşuluqda yaşayan Əliağa Məmmədov tez-tez sərxoş məclisləri quraraq, dost-tanışını başına yığıb və gecə saatlarınadək qonşuları narahat edib. Bu səbəbdən Ceyhun ayağa qalxaraq, bir həyətdə yaşayan Əliağanın qapısını döyüb, sərxoş vəziyyətdə olan sonuncu qapını açıb, nə istədiyini soruşduqda, Rəhimov imkan varsa özlərini bir az sakit aparmalarını, artıq gecə və səhər işə getməli olduğunu deyib.

Cavab olaraq, Əliağa heç kimi narahat etmədiklərini deyib və bildirib ki “əgər xoşun gəlmirsə, başqa yerə köç”. Qonşunun kobud davranışından hiddətlənən Rəhimov geri qayıdıb, lakin Məmmədovun təhqiredici ifadəsi ona rahatlıq verməyib. Əliağadan qisas almaq məqsədi ilə Ceyhun məişət-təsərrüfat təyinatlı bıçağı götürərək, yenidən onun qapısını döyüb. Bu dəfə qapını Məmmədovun tanışı, İsgəndər Yahyayev açıb, ardınca isə Əliağa özü də çıxıb.

Əsəbi halda olan Rəhimov musiqinin səsini azaltmalarını və qışqırmamalarını tələb etdikdə, aralarında qarşılıqlı söyüşlərlə müşahidə olunan mübahisə başlayıb. Səs-küyə içəridə olan Məmmədovun daha bir neçə tanışı çıxıb və Ceyhuna əl-qol ataraq, zərbələr vurmağa başlayıblar.

Yerə yıxılmış vəziyyətdə olan Rəhimov qarşıdurma zamanı bıçaqla aşağıdan yuxarıya qarşısında olan Məmmədova bir neçə zərbə vurub. Yaralanan şəxs dostlarının köməkliyi ilə taksi avtomaşını ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Məhkəmə prosesində C.Rəhimov özünü ittiham üzrə təqsirli bilərək, əməlindən peşman olduğunu göstərib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi-rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Neftin qiyməti 33 dolları keçdi

Next Post

Rusların Bakıda bir günlük istirahəti – 3 min rubl

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Rusların Bakıda bir günlük istirahəti - 3 min rubl

`Açar İranın yox, ABŞ-ın əlindədir` - Ruhanidən mesaj

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.