2016-cı ildə Rusiyada benzinin pərakəndə satış qiyməti 10 faizdən çox qalxmayacaq.
Bu barədə `Lukoyl` şirkətinin rəhbəri, azərbaycanlı milyarder Vahid Ələkbərov `Rossiya 24`-ə müsahibəsi zamanı bildirib.
“Neftin qiymətinin benzinin qiymətinə demək olar ki təsiri yoxdur”, – deyə biznesmen bildirib. O, əlavə edib ki, yanacağın qiymətinə infliyasiya parametrləri də təsir edə bilər.
Ələkbərov xatırladıb ki, yanvarın birindən yol fondunun gəlirlərinin artırılması məqsədilə aksiz dərəcələri artırılıb: “Neft şirkətləri bu aksiz göstəricini cari qiymətlərə əlavə etməyiblər`.




