Bu gün KXCP-nin qərargahında “AZADLIQ” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin Sədrlər Şurasının növbəti iclası keçirilib. İclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi vəziyyət, sosial-iqtisadi böhran və cari məsələlər müzakirə olunub.
“AZADLIQ” mərkəzi hakimiyyətin iqtisadi böhranı aradan qaldırılması üçün atdığı addımları qeyri qənaətbəxş hesab edib, iqtisadi – sosial tələblərlə rayonlarda keçirilən aksiyaların iştirakçılarına qarşı həbs və təqibləri pisləyib.
Mərkəz ölkədə intihar hadisələrinin artmasından ciddi narahatlığını bildirib, özünə qəsdləri indiki hakimiyyətin antiinsani, antimilli siyasətini nəticəsi hesab edir və bu intiharlara görə hakimiyyətin ali təmsilçilərinin cinayət məsuliyyəti daşıdığını bildirir.
“AZADLIQ” mərkəzi M.Ə.Rəsulzadənin ad günü ilə bağlı onun Novxanıdakı heykəli qarşısında 2016-cı il 31 yanvar saat 1200-da anım mərasimi keçirilməsi barədə qərar qəbul edib.




