Kamayanı bölgənin məhkəmə icraçıları Azərbaycan vətəndaşından dövlətin xeyrinə 6,15 milyon rubl və 130 min ABŞ dolları müsadirə edərək götürüb.
Rusiya KİV-i xəbər verir ki, Krasnokamskda yaşayan biznesmen Azərbaycandan Rusiyaya gələn zaman Perm hava limanında qaçaqmalçılıq yolu ilə gömrük bəyannaməsində göstərilməyən pulları keçirmək istəyib.
Lakin gömrük işçiləri bu faktı aşkarlayıb və maliyyə vəsaiti müsadirə olunub. Həmyerlimizə qanunla sərhəddən keçirilməsinə icazə verilən 10 min dollar qaytarılıb.
Külli miqdarda pul vəsaitinin qaçaqmalçılığı üzrə cinayət işi açılıb. Lakin istintaq zamanı “amnistiya” barədə qanuna əsasən iş dayandırılıb. Müsadirə olunmuş pullar dövlətin büdcəsinə köçürülüb. Bu qərardan narazı qalan azərbaycanlı məhkəməyə apellyasiya versə də, Perm vilayət məhkəməsi bu şikayəti təmin etməyib.




