
Vətəninfo.az xəbər verir ki, Azərbaycanda dəhşətli virus yayılıb. Yayılan virusa əsasən azyaşlı uşaqlar məruz qalırlar ki,virusun bulaşdığı uşaqlarda qarıngetmə və qusmalar əsasən özünü biruzə verir. Məlumata görə, Bakıda uşaq xəstəxanaları belə virusa yoluxan xəstələrlə doludu. Səhiyyə nazirliyi isə nədənsə baş verən bu hadisəni ölkə içtimaətindən gizlədir.Digər bir tərəfdən isə virusa yoluxan uşaqlara vurulan dərimanlarıdr ki,uşaq xəstəxanaları dövlət hesabına olsa da həmin xəsətxanaların həkimləri fürsətdən istifadə edərək dərimanları (sistemləri) 5 manatdan uşaqlara vururlar. Belə xəstəxanalardan biri də Bakı şəhər Nizami rayon ərazisində yerləşən 1 saylı uşaq infeksion xəstəxanasıdır. Körpə uşağı infeksiyaya məruz qalan və adı hallanan xəstəxanada müalicə olunan ailənin verdiyi məlumata görə, bu xəstəxana xüsusi nəzarət altında olmalı halda,burda rüşvətxorluq başalıb gedir.Bu azmış kimi qeyd olunan virusa yoluxan xəstə uşaqların çoxluğu vəziyəti bir qədər də çətinləşdirib.Xəstəxanada verilən qidalara gəldikdə isə,ümumiyyətlə danışmağına dəyməz. 1 saylı uşaq infeksion xəstəxanasının baş həkimi isə xəstələrlə mülayim davranmaq əvəzinə, gobudluğu ilə xəstə yaxınlarını incitməkdədir.
Redaksiyadan: 1 saylı uşaq infeksion xəstəxanasının rəhbərliyinin məlumatlarla bağlı mövqeini dərc etməyə hazırıq.



