"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rusiya və Türkiyə anlaşmaq üzrə – gizli Azərbaycan faktoru…

04 Fevral 2016 - 09:26
in aktual-banner, Banner

Bunu da oxuyun

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb

Rusiya və Türkiyə anlaşmaq üzrə – gizli Azərbaycan faktoru...

Regionun iki supergücü barışır – şok gəlişmə; Son təyyarə insidenti bölgədə müharibə riskini artırmaqla yanaşı, tərəfləri təcili və müdrik addımlar atmaq zorunda qoyub; savaş ən çox kimə sərf edir?; Prezident Ərdoğanın qarşıdakı Bakı səfərinin daha bir pərdəarxası; Qarabağ məsələsi də yeni keyfiyyət mərhələsinə adlaya bilər, əgər…

Rusiyanın hərbi təyyarəsinin Türkiyənin hava məkanını yenidən pozması, gözlənildiyi kimi, iki ölkə münasibətləri ilə yanaşı, regiondakı gərgin və təhlükəli duruma da əlavə gərginlik qatıb. Faktın NATO və Pentaqon tərəfindən də fiksə edilməsinə rəğmən, rəsmi Moskvanın üzrxahlıqdan yayınması bir sıra ekspertlərə görə, situasiyanı daha da tündləşdirib və hətta böyük savaş ehtimalının ciddi olduğunu, “Putinin müharibə bəhanəsi axtardığını” düşünən rusiyalı təhlilçilər var. 
Bu arada vəziyyətin dramatikliyini nəzərə alan NATO-nun “Patriot” raket sistemlərini Türkiyəyə qaytarmaq, ABŞ-ın isə Gürcüstan-Ermənistan sərhədini möhkəmlətmək qərarı verməsi də siyasi müşahidəçilərin diqqətindən yayınmayıb və onlarda müharibə ilə bağlı əminliyi gücləndirib.
Lakin digər qisim analitiklərə görə, situasiya zahirən gərgin və dramatik görünsə də, əslində müharibə riski güclü deyil, çünki tərəflər bunun onların hər ikisi üçün yumsaq yazsaq,  ziyanlı olacağının, hər halda, fərqindədir. Ayrı sözlə, situasiyanı daha da qəlizləşdirmək yox, ondan çıxmaq, hər iki tərəf üçün məqbul barış formatı tapmaq üçün qapalı kanallarla səylər göstərildiyi də gələn informasiyalar sırasındadır. 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın son təyyarə insidentindən sonra rusiyalı həmkarı Vladimir Putinlə görüşə hazır olması haqda açıqlamasını da onlar məhz bu qəbildən qənaətlər üçün qiymətli faktor hesab edirlər.
***
Bu xüsusda əldə elədiyimiz və olduqca şok effektli, dəqiq, eyni zamanda da mötəbər bilgilərə görə, üzümüzə gələn günlərdə böhran yaşayan Rusiya-Türkiyə münasibətləri üzdəki gərginliyə rəğmən, düzələcək. Özü də təmaslarda və vasitəçilikdə Azərbaycan faktorunun da yer aldığı deyilir.
O da bildirilir ki, təmaslar artıq bitmək üzrədir və qısa zamanda hər şey yoluna qayıdacaq. “Təbii ki, bunu Qərb və Alyans istəmir. Amma hər iki ölkənin hökumətləri yaxşı anlayır ki, savaş Rusiya və Türkiyə dövlətləri və xalqlarına yalnız fəlakət gətirəcək və nəticə etibarilə ”üçüncü qüvvə” yaranmış vəziyyətdən ən çox siyasi və iqtisadi divident götürəcək” – əlavə edib mötəbər mənbə.
Təbii ki, “üçüncü qüvvə” dedikdə ABŞ və Avropa Birliyi, daha çox da Birləşmiş Ştatlar nəzərdə tutulur. Çünki Moskva və Ankaranın noyabrın 24-dək bütün sahələr üzrə isti səciyyə daşımış münasibətləri, qardaş ölkənin Kremlə qarşı iqtisadi sanksiyalara qoşulmaması və regionda daha müstəqil siyasət yürütməsi Qərbin bölgəyə yönəlik strateji hədəfləri ilə düz gəlmir. Bu barədə kifayət qədər yazıldığından, üstündə çox dayanmayacağıq…
***
 
Maraqlıdır ki, Türkiyədəki əməkdaşımız Kənan Rövşənoğlunun bir neçə gün öncə Ankarada müsahibə götürdüyü “Kafkassam” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Hasan Oktay da belə bir fikir söyləmişdi ki, yaxın günlərdə barış ola bilər. 
 
Sitat: “Növbəti dəfə sərhəd pozuculuğu baş verərsə, Türkiyə Rusiyanın daha bir təyyarəsini vura bilər. Bu səbəbdən tərəflər böhran daha da qanlı toqquşmaya çatmamış diplomatik danışıqlara başladılmalıdır. Türkiyənin Rusiya ilə qarşıdurmaya girməsi Qərb ölkələrinin marağına uyğundur. ABŞ-dakı seçkilərə qədər ABŞ və İran bloku Rusiya ilə Türkiyəni savaşın sərhədinə gətirə bilər. Bunu önləmək üçün iki ölkə qısa zamanda bir araya gəlməlidir. Əgər gələ bilmirlərsə, ən azı diplomatlar səviyyəsində danışıqlar başlamalıdır. Əks halda, bu qarşıdurmada Rusiya və Türkiyə böyük fəlakətlə üz-üzə qala bilər. Rusiya və Türkiyə bir an öncədə bu gərginliyi bir kənara buraxıb, ən ciddi səviyyədə danışıqlara başlamalıdır. Son olay əslində danışıqların başlanmasına səbəb olmalıdır”.
***
 
Nəhayət, diqqətçəkici başqa bir məqam son baş verənlərin fonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tezliklə (fevralın 18-də) Bakıya səfərə hazırlaşmasıdır. Yayılan xəbərə görə, Bakıda iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı keçirilməlidir. 
Sözsüz ki, Moskva ilə münasibətlərin durumu və Dağlıq Qarabağ məsələsi də Bakıda diqqət mərkəzində olacaq. Bəzi mənbələrə görə, səfər çərçivəsində bu və digər aktual mövzulardan dolayı bir sıra “i”lərin üzərində nöqtə qoyula bilər.
Rusiya-Türkiyə münasibətlərinin normallaşması isə Azərbaycanın da köklü maraqlarına cavab verir. Təsadüfi deyil ki, prezident İlham Əliyev 24 noyabr insidentindən sonra vasitəçilik təşəbbüsü ilə çıxış eləmişdi. Yəni rəsmi Bakının da son proseslərdən dolayı işin içində olduğu deyilir.
***
Əlbəttə ki, bölgə və ətrafında gedən son həyəcanlı proseslər, Ankara-Moskva münasibətlərinin kəskin şəkil alması Azərbaycanın maraqlarına da ziddir. Ən azından bizim Dağlıq Qarabağ kimi çox qəliz problemimiz var və məntiq diktə edir ki, onun həllinə Moskva-Ankara müttəfiqliyi daha çox töhfə verə bilər, nəinki bu iki regional güc arasında ziddiyyətli münasibətlərin davam eləməsi.
Nəzərə alsaq ki, “erməni kartı” Kremlin əlində ən çox Bakıya qarşı yönəlib və şimal qonşumuz istənilən an münaqişə zonasında ermənin əli ilə təxribata əl ata bilər, o zamana qardaş ölkə ilə Rusiya arasında barışıq Qarabağ məsələsi ətrafında situasiya da keyfiyyətcə yeni və daha əlverişli mərhələyə də keçə bilər.  
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiyanın sanksiyalarına Türkiyədən daha bir cavab

Next Post

ABŞ-da fövqəladə vəziyyət elan edilib

Bənzər yazılar

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

26 Aprel 2024 - 19:23

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Dəstək Qüvvələri komandanı Aleksandr Yakovetsi vəzifəsindən azad edib. Elchi.az  xəbər verir ki, bu...

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

09 Aprel 2024 - 14:05

Avropa İttifaqının  yaxın gələcəkdə ümumi ordusu olmayacaq. Elchi.az  RİA Novostiyə istinadən xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri Xosep Borrell onun...

Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb

Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb

08 Aprel 2024 - 10:06

Xankəndi şəhərində 12 silah, 18 qumbara aşkarlanıb. Elchi.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib...

Britaniya və Fransa Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətinin qarşısını almağa çağırıb

Britaniya və Fransa Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətinin qarşısını almağa çağırıb

08 Aprel 2024 - 09:26

Böyük Britaniya və Fransanın xarici işlər nazirləri Devid Kemeron və Stefan Sejournet Ukrayna Silahlı Qüvvələrinin  Rusiya Federasiyası ilə münaqişədə məğlubiyyətinin...

Next Post

ABŞ-da fövqəladə vəziyyət elan edilib

Rail Rzayevin qətlində Akif Çovdarov izi - Dəhşətli faktlar üzə çıxır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.