"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Böyük əmanətlər qaytarılmaya bilər…”

04 Fevral 2016 - 09:39
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Əmanətlərə təhlükə: “Böyük əmanətlər qaytarılmaya bilər...”

Vüqar Bayramov: “Belə əmanətlərin geri ödənilməsi ilə bağlı kifayət qədər ciddi risk var”

Bankların bir-birinin ardınca müflis elan edilməsi əmanətçiləri çətin vəziyyətdə qoyub. Hazırda banklarda  30 min manatdan çox əmanətləri olanlar və manatın devalvasiyası səbəbindən dollarla olan əmanətlərinin manat ifadəsində 30 min manatı keçən əmanətçilər qoyduqları vəsaitləri itirmək təhlükəsi yaşayır. Banklarda olan vəsaitlər əmanətlərin tam qaytarılması üçün yetərli olmadığından əmanətçilərin yeganə ümidi Əmanətlərin Sığortalanması Fondudur. 
Bəs görəsən, hazırda müflis elan edilən banklardakı əmanətlərin geri qaytarılması üçün hansı mexanizmlər mövcuddur?  İqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, banklar müflis elan olunan zaman onların funksiyaları agent banka verilir və əmanətlərin qaytarılmasını agent bank həyata keçirir: “Mövcud qanunvericiliyə əsasən, Mərkəzi Bankın qərarı ilə bankın lisenziyası geri alındıqdan sonra Mərkəzi Bank agent bankı müəyyənləşdirir. Bundan sonra müflis olmuş bankın funksiyaları agent banka transfer edilir. Bu zaman artıq bankın aktivləri ilə passivləri müqayisə olunur. Əgər bankın aktivləri passivlərindən çoxdursa, o zaman bütün öhdəliklər, o cümlədən əmanətlərin geri qaytarılması məhz bankın öz vəsaitləri hesabına həyata keçirilir. Ancaq əgər bankın aktivləri onun passivlərindən azdırsa, bu  zaman artıq sığorta hadisəsi baş verir. Sığorta hadisəsi baş verdiyi üçün artıq Əmanətlərin Sığortalanması Fondu sığorta qaydaları çərçivəsində bankda yerləşdirilən əmanətlərin geri qaytarılmasını həyata keçirməyə çalışır”.
Ekspertin fikrincə, narahatçılıq doğuran məqam ondan ibarətdir ki, fondun qaydaları ilə banklarda olan əmanətlərin həcmi arasında fərq var: “Əmanətlərin Sığortalanması Fondu 30 min manat və ya həmin məbləğin dollar ekvivalenti həcmində olan əmanətləri sığortalayır. Bu əmanətlərin də illik faizi 12 faizdən çox olmamalıdır. Əgər əmanətin məbləği 30 min manatadəkdirsə, dollar ifadəsində mövcud məzənnə nəzərə alınmaqla 30 min manatdan çox deyilsə, o zaman  həmin vəsait tam olaraq Əmanətlərin Sığortalanması Fondu tərəfindən geri qaytarılır. 30 min manatdan çoxdursa, bu halda yalnız 30 min manatadək olan əmanətin qaytarılması həyata keçirilir. Bu  da həcmi böyük olan əmanətin qaytarılması ilə bağlı ciddi çətinlik yaradır. Fond sığortalanan əmanəti qaytardıqdan sonra qalan əmanət bankın vəsaitləri hesabına qaytarıla bilər. Problem ondan ibarətdir ki, belə olan halda bankların bir qisminin əmanətləri qaytarmaq imkanı məhduddur.
Bu, o deməkdir ki, məbləği böyük olan əmanətlərin qaytarılması ilə bağlı ciddi risk var. Aparılan monitorinqlər də göstərir ki, məbləği böyük olan əmanətlərin bir sıra banklardan geri qaytarılması mümkün olmayacaq”.
 
Vüqar Bayramov onu da vurğuladı ki, vətəndaş məhkəməyə müraciət etməklə də həmin əmanətin geri qaytarılmasını  tələb edə bilər: “Lakin Mərkəzi Bank  və Əmanətlərin Sığortalanması Fondu məbləği 30 min manatdan az olan əmanətlərin geri qaytarılması ilə bağlı məsul deyil. Vətəndaşın 30 min manatdan artıq əmanətini məhkəmə yolu ilə fondan alması qanunvericiliyə görə mümkün deyil. Ona görə də təəssüf ki, bankların müflisləşməsi böyük məbləğdə əmanətləri olan vətəndaşlarımızın pullarının geri alınması ilə bağlı ciddi çətinliklər yaranıb. İndiki məqamda bankların imkanlarının məhdud olduğunu nəzərə alsaq, həmin vəsaitlərin geri alınması üçün mexanizmlər olduqca məhduddur.
Biz əvvəllər də vətəndaşlara müraciət edirdik ki, əgər əmanətiniz böyükdürsə, onu bir neçə əmanətçinin adına bölüşdürüb banklara qoyun və ya 30 min manatdan çox olmayaraq bir neçə bankda yerləşdirin ki, həmin əmanət sığortalanmış olsun. Yüksək faizli əmanətlərə üstünlük verməyin, çünki yüksək faizli əmanətlər sığortalanmır. Ona görə ki, indiki məqamda məbləği böyük olan əmanətlərin geri ödənilməsi ilə bağlı kifayət qədər ciddi risk var”.
Ekspertin sözlərinə görə, məbləğindən asılı olmayaraq bütün əmanətlərin sığortalanması ilə bağlı qanun qəbul edilərsə, o çox güman ki, geriyə şamil edilməyəcək: “Bu, yalnız o banklara aid ediləcək ki, həmin banklar qanun  qəbul edildikdən sonra müflis olublar. Bu məqamda onu da demək olar ki, bankların qanun qəbul edilənədək müflis olması Mərkəzi Bank üçün daha sərfəlidir. Çünki o halda Mərkəzi Bankın öhdəliyi artmış olacaq. Əgər bu günədək əmanətlər tam sığortalansa idi, Mərkəzi Bank daha çox əmanət ödəmək məcburiyyətində qalacaqdı. İndiki halda isə Mərkəzi Bank vəsaitlərinə ciddi şəkildə qənaət etmiş oldu. Əgər bankların üzvlük haqqı artmırsa, banklar üçün əmanətlərin tam sığortalanması daha cəlbedicidir”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan nefti də bahalaşdı

Next Post

Səkkiz ölkə neft qiymətlərini qaldırır – Şok ssenari

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Səkkiz ölkə neft qiymətlərini qaldırır – Şok ssenari

“Öldürülən kürdlərin üstündən götürülən silahların əksəriyyəti Rusiya istehsalıdır”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.