"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İlhamə Quliyeva Hacı Məmmədovla əkiz imiş

04 Fevral 2016 - 22:32
in KÖŞƏ YAZILARI

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

İlhamə Quliyeva Hacı Məmmədovla əkiz imiş

Onlar ruh əkizləridir – İlhamə Quliyevanın kefi istəyən adama, kefi istədiyi cür, kefi istəyən yerdə və yerdən saldırmasının ayrı cür yozumu yoxdur…

“Azadlıq” radiosunda çalışırdım. Səhər efirinə Azərbaycan mətbuatının icmalını hazırlayırdım. Səhər saat yeddi-səkkiz arası iş başında olmalı idim hər gün. Olurdum da… Məsələ bu deyil. Deməli günlərin birində radionun ofisi yerləşən həyətdən iki güllə səsi eşitdim. Daha sonra mənzərə qarışdı, əraziyə, həyətə polislər doldu, prokurorluq orqanlarından gələn kim, gördüyü mənzərəni hələ anlaya bilməyən kim… O qarışıqlıqda eşitdiyim ən vacib söz bu idi: “Qara polkovnik”i vurdular!

 
 
 
***
 
Üstündən xeyli keçdi. Hacı Məmmədov və onun yüksək çinlilərindən ibarət dəstəsinin həbsi başlandı. O qədər ağır cinayətlər ortaya çıxdı ki, adam dəhşətə gəlməyə bilmirdi. Onların məhkəmə prosesi sonuna qədər qəzetlərin manşeti oldu.  Və ağır cəzalar aldılar…
***
Olaydan da xeyli keçdi. Günlərin birində iş icabı, yəni yazılar, reportajlar hazırlamaq üçün Qadın Həbsxanasına getməli oldum. Bir qadın diqqətimi çəkmişdi. Yaxınlaşmaq istəyimə mühafizəçilər razı olmadı. Nə qədər soruşdum, gördüm yayınırlar kimliyini söyləməkdən. Amma onun üzü mənə haradansa çox tanış idi. Mühafizəçinin gözündən yayınan bir məhbus o qadını göstərib  yavaşca qulağıma pıçıldadı ki, “Hacı Məmmədovun arvadıdır”…
…Bu o Hacı Məmmədov idi ki, yuxarıda qeyd elədiyim sui-qəsd olayının müəlliflərindən biri kimi düşmüşdü adı tarixə və istintaq sənədlərə. İndi onun qadını da ərinin əməllərinin cəzasını çəkirdi. Bəlkə “o əməllərdən gələn pulu yeməsinin, xərcləməsinin, baş verənlərə göz yummasının cəzası idi” də demək olar.
***
Hacı Məmmədovu və xanımını yadıma salan isə  İlhamə Quliyeva oldu.  Daha doğrusu Hacı Məmmədovla İlhamə Quliyevanın şəkilini gündəmə gətirənlər. Əslində şəkildir, qeyri-adi heç nə yoxdur. Və kimsə dost dediyinin harada nə ilə məşğul olmasına görə məsuliyyət daşımır. Faciəli olan budur ki, adam o boyda əməl sahibinə hələ də dost deyə bilir. Təbii ki, ruh əkizliyi mövcuddur olduğuna görə . Yəni İlhamə Quliyevanın kefi istəyən adama, kefi istədiyi cür, kefi istəyən yerdə və yerdən saldırmasının ayrı cür yozumu yoxdur. Adamın inkar olunmaz “məktəbi” var – “Hacı Məmmədov məktəb”i.
***
Və yadıma düşən daha bir məqam. Buna manıslarla  siyasilər arasındakı oxşarlıq da demək olar.
Son olaylar yəni siyasi islahatlar, işdən çıxarılmalar, yeni təyinatlar bizə bir məqama da əməlli başlı diqqət yetirməyə məcbur elədi. Sözügedən prosesə aidiyyəti olmayan adamların da epizodik olsa belə “vurulma” məqamları diqqəti çəkdi. Və anlamaq çətin deyil ki, bizim siyasilər arasında da bir birinə əcaib nifrəti olanlar var.  Şərait yaranan kimi məsələn “ filankəsin əmisi oğlunun xalası nəvəsinin qudasının dayısı qızı filan işi gördü, çünki vəzifədəki  qohumuna güvənir” kimi “dəlillər” gündəmi zəbt elədi…
Bir də bu günlərdə bir dostun mənə iradını xatırlayıram. Deyir ki, onu edənlər “akuladır”. Yəni siyasətin də, ölkənin də nəhəng simalarıdır. Razıyam, düz deyir. Amma o nəhənglərin “akulalığı” qarşılarındakı gerçək akulanı  “kilkə balıq” bildikləri andan, özləri də bilmədən bitib. Və sadəcə yem olublar. Bunu ancaq düşdüklərin yerin akulanın mədəsi olduğunu anlayanda başa düşəcəklər ki, onda da çox gec olacaq…
***
 
Gəlib çatdıq rica məqamına.  Bu həmkarlarıma ünvanlıdır. Lütfən amma lütfən məsələn Aygün-İlhamə qovğasında Alim Qasımovun mövqeyini onların yarıçılpaq şəkilləri arasında camaata təqdim eləməyin...
Bilirsiniz niyə?.. Elə simalar var ki, adları çəkiləndə həm də AZƏRBAYCAN yada düşür.  Yəni özündən başqa bir də AZƏRBAYCANı ifadə eləyən Alimi İP-ə qurban verməkdənsə, ip tapıb özümüzü asmaq da olar…
Yadıma düşmüşkən imkanı olan həmkarlarım deputat qardaş və bacılardan, alimlərdən soruşsun ki, manıs arvadların arasında nə işləri var?!  Axı ölkədə gündəmə gəlmək üçün bu günki qədər iş və mövzu bolluğu olmayıb. Hə, o alayı məsələdir ki, bəlkə özlərinə “siz də manısınız” dedirtmək keçir könüllərindən…
***
Sonda onu da deyim. Günah sizlərdədir cənab məmurlar, daha doğrusu cənab mədəniyyət və turizm naziri Əbülfəs müəllim,  hüquq məhkəmə orqanlarının təmsilçiləri, rəhbərləri, lap elə hörmətli baş prokuror cənab Qaralov və sair…
Ordenlərinə, medallarına, ata-anasına, bizim də sayğımız var. Amma İlhamənin bu ölkədə udmadığı məhkəmə prosesi, söydürüb, döydürmədiyi adam qalmadı axı…
Ədalətin qapıları bu qədər geniş olmaz! Bir adamın üzünə belə  gülə bilməz ədalət! Bir adam bu qədər ədalətli zəfər çala bilməz!… Bir sözlə bu boyda “ƏDALƏT” olmur!
Ədalət bircə damla, zərrə boyda olar… O da varsa  zəhmət çəkib kimsə Hacı “müəllimin” dostu İlhaməyə “DUR!” desin…
Yazar : Jalə Mütəllimova
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycana okeana çıxış imkanı: Xəzər dənizi Fars körfəzinə birləşdirilir?

Next Post

Əhali pullarını banklardan çıxarır

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Əhali pullarını banklardan çıxarır

Rusiyanın "Türkiyə Suriyaya hərbi müdaxiləyə hazırlaşır" iddiasına Ankaradan cavab - "Hər şeyə hazırıq..."

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.