`Gürcüstanın Kaxeti bölgəsində 3,8 trilyon kubmetr təbii qaz ehtiyatı olması barədə “Frontera” şirkətinin məlumatı inandırıcı deyil`.
Bunu Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze deyib. Onun sözlərinə görə, bu gün heç Türkmənistan və ya digər neft-qaz ölkələri bu qədər təbii qaz ehtiyatına malik deyil.
Nazir əlavə edib ki, iddiann sübuta ehtiyacı var: `Bunun üçün isə milyardlarla investisiya lazımdır. Əgər bu proqnozlar təsdiqini taparsa vəziyyət tam dəyişər. Amma bunun da hansı nəticələr verəcəyini heç kim qabaqcadan proqnozlaşdıra bilməz`.




